Məhkəmə qərarları › İş №2(018)-62/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-62/2023

10.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-62/2023 10.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və iddiaçı X3 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “Dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “Dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona vurduğu maddi ziyana görə 4000 (dörd min) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X7 iddianı müdafiə edib izahat verərək bildirdi ki, özünəməxsus olan ünvan 1 ünvanda yerləşən mənzilini təmir etdirmək üçün santexnik ustası ona lazım olmuşdur. Buna görə də 2022-ci ilin iyun ayında tanış şəxslərin usta kimi təqdim etdiyi Cavabdeh ilə görüşüb, danışmışdır. Aralarındakı razılığa əsasən o, mənzili təmir etdirmək üçün Cavabdeh X1 yanında 1350 (bir min üç yüz əlli) manat pul vermişdir. Bundan başqa da əlavə olaraq tikinti materialları da alıb, Cavabdeh vermişdir. Sonra isə məlum olmuşdur ki, Cavabdeh onun mənzilində əxlaqsızlıqla məşğul olmuş, mənzili təmir etməmişdir. Ancaq Cavabdeh ona həvalə edilmiş işin öhdəsindən gəlməmiş və ona cəmi 4000 (dörd min) manat ziyan dəymişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Mülki iş üzrə şahid X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddiaçı X4 tanıyır. Ona məxsus olan şadlıq sarayında işləyir. İddiaçı X7 özünəməxsus olan Astara şəhərində yerləşən mənzilini təmir etdirmək üçün 2022-ci ilin iyun ayında, onun yanında Cavabdeh 1350 (bir min üç yüz əlli) manat pul vermişdir. Məhkəmə iddiaçı X3 izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X7 05 fevral 1957-ci il tarixdə Astara şəhərində anadan olmuş və Astara şəhəri Nizami küçəsi ev 56-da yaşayır. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı X7 özünəməxsus olan ünvan 2 ünvanda yerləşən mənzilini təmir etdirmək üçün 2022-ci ilin iyun ayında Cavabdeh ilə görüşüb, danışmışdır. Aralarındakı razılığa əsasən o, mənzili təmir etdirmək üçün Cavabdeh X1 yanında 1350 (bir min üç yüz əlli) manat pul vermişdir. Cavabdeh mənzili təmir etməmiş və 1350 (bir min üç yüz əlli) manat pulu qaytarmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. İddia 2650 (iki min altı yüz əlli) manat hissədə isə təmin edilməməlidir. Belə ki, iddiaçı X7 iddianın həmin hissədə təmin edilməsini əsaslandıran subutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin “maddi ziyanın ödənilməsi tələbinə dair” hissəsini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəssinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “Dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilsin. Cavabdeh 1350 (bir min üç yüz əlli) manat məbləğində pul alınaraq iddiaçı X5 verilsin. İddia 2650 (iki min altı yüz əlli) manat hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar