Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-64/2023 05.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X5, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh2 vəkili X13 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «27198 (iyirmi yeddi min bir yüz doxsan səkkiz) manat pulunun alınması tələbinə dair» iddiası üzrə mülki Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «27198 (iyirmi yeddi min bir yüz doxsan səkkiz) manat pulunun alınması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2020-ci ilin oktyabr ayından 2021-ci ilin iyun ayıda daxil olmaqla şəhid X4 əmək haqqı kimi, ailə başçısını itirməyə görə ona çatmalı olan 9 aylıq əmək haqqının məbləği olan 12798 (on iki min yeddi yüz doxsan səkkiz) manat pulun hamısının, “Heydər Əliyev” fondunun əməkdaşları təqdim edilmiş 10000 (on min) manat pulun, dövlət tərəfindən şəhidə verilən 11000 (on bir min) manat pulun və şəhidin iş yerindən verilən son haqq-hesabı olaraq 6000 (altı min) manat pulun cavabdehlərin mənimsədiyi 3000 (üç min) manat pulun, şəhid X4 uşaqlarının onun himayəsində olmasının nəzərə alınaraq 5/3 hissəsi olan cəmi 27198 (iyirmi yeddi min bir yüz doxsan səkkiz) manat pulunun alınması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, izahat verərək bildirdi ki, o, Astara rayonu Artupa kənd sakini X6 06 iyul 2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onların birgə nikahlarından 22 avqust 2019-cu il tarixdə X14 və 14 fevral 2021-ci il tarixdə isə X7 adlı 2 nəfər uşaqları olmuşdur. Onlar birgə yaşadıqları dövrdə mehriban yaşamışlar. 27 sentyabr 2020-ci il tarixdə başlayan 2-ci Qarabağ Müharibəsində X3 vəzifə borcunu yerinə yetirərək Vətənin müdafiəsinə qalxmış və 27 sentyabr 2020-ci il tarixdə düşmən mərmisindən şəhid olmuşdur. X3 şəhid olduqdan sonra “Heydər Əliyev” fondunun əməkdaşları ona imza etdirməklə 10000 (on min) manat pul təqdim etmişlər. Daha sonra dövlət tərəfindən şəhidin ailə üzvü kimi ona, qızı nikahlarından 22 avqust 2019-cu il tarixdə X8, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11000 (on bir min) manat pul verilərək imzaları alınmışdır. Bundan başqa X3nun iş yerindən son haqq-hesabı olaraq 6000 (altı min) manat pul verilmişdir. X3 şəhidliyinə görə verilən həmin 10000 (on min) manat, 11000 (on bir min) manat və 6000 (altı min) manat pulun hamısını Cavabdeh1 almışdır. O, Cavabdeh1 ədalətli olacağına inanmışdır. Cavabdeh1 həmin pulları aldıqdan sonra öz ehtiyaclarına, evinin təmirinə xərcləmişdir. Həmçinin Cavabdeh1 uşaqlarına görə ayrılmış sosial yardım olan 321 (üç yüz iyirmi bir) manat və şəhid X6 1402 (bir min dörd yüz iki) manat əmək haqqını 2021-ci ilin iyun ayına kimi hər ay almaqla ona hər ay cəmi 450 (dörd yüz əlli) manat pul vermişdir. O, müxtəlif orqanlara şikayət etdikdən sonra Cavabdeh1 plastik kartlar alınmışdır. Bütün bunlara görə o, 06 iyun 2021-ci il tarixdə öz valideyinlərinin evinə getmişdir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X9 iddianı müdafiə edərək, əsasən eyni məzmunlu ifadə verməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iidia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, İddiaçı oğlu X6 06 iyul 2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onlar evləndikdən sonra ona məxsus olan evdə yaşamışlar. Onların birgə nikahlarından 22 avqust 2019-cu il tarixdə X14 və 14 fevral 2021-ci il tarixdə isə X7 adlı 2 nəfər uşaqları olmuşdur. 27 sentyabr 2020-ci il tarixdə başlayan 2-ci X1 İlkin Xanməmməd oğlu vəzifə borcunu yerinə yetirərək şəhid olmuşdur. İddiaçı 06 iyun 2021-ci il tarixə kimi onlarla yaşamış və sonra öz valideyinlərinin evinə getmişdir. Onlarla birlikdə yaşadıqlar müddət ərzində şəhid ailəsi kimi ona “Heydər Əliyev” fondunun əməkdaşları imza etdirməklə 10000 (on min) manat pul vermişlər. Bundan başqa İddiaçı savadı olmadığına görə ona verilmiş plastik kartı, öz razılığı ilə ailə üzvü kimi ona vermişdir ki, ondan olan pulu çıxartsın. O, da İddiaçı adına verilən plastik kart vasitəsi ilə verilən pulların hamısını çıxardıb, İddiaçı vermişdir. İddiaçı isə həmin pulları özünə məxsus olan evin tikintisinə və təmirinə xərcləmişdir. İddiaçı ilə münasibətləri pozulandan sonra o, 06 iyun 2021-ci il tarixdə atası evinə gedəndən sonra ondan pul tələb etməyə başlamışdır. Belə olmasaydı o, əvvəldən pulunu tələb edərdi. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etmədi, əsasən eyni məzmunlu ifadə verməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxx 1994-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş şəhid ailəsi üzvünün 003074 saylı vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı şəhid ailəsi üzvüdür. Mülki işə əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsinin 09 iyul 2021-ci il tarixli 1499 saylı arayışından məlum olur ki, X14 22 avqust 2019-cu il tarixdə anadan olmuşdur. Onun atası kimi X6, anası kimi isə İddiaçı qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsinin 09 iyul 2021-ci il tarixli 1496 saylı arayışından məlum olur ki, X7 14 fevral 2021-ci il tarixdə anadan olmuşdur. Onun atası kimi X6, anası kimi isə İddiaçı qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsinin 09 iyul 2021-ci il tarixli 1497 saylı arayışından məlum olur ki, X6 ilə X10 Nikahı haqqında 06 iyul 2017-ci il tarixdə 113 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Kazımova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-İİ 180057 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən məlum olur ki, X6 27 sentyabr 2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində digər növ partlayıcı və ya qəlpədən törənmiş zədələrdən Döyüş meydanında ölmüşdür. Mülki işə əlavə edilmiş çıxarışdan məlum olur ki, İddiaçı istifadəsində olmuş plastik kart üzrə 01 mart 2021-ci il tarixdən 31 iyul 2021-ci il tarixə kimi olan müddət ərzində 8406 (səkkiz min dörd yüz altı) manat, 53 (əlli üç) qəpik pul mədaxil olmuş və 7005 (yeddi min beş) manat məxaric olmuşdur. Mülki işə əlavə edilmiş çıxarışdan məlum olur ki, İddiaçı istifadəsində olmuş plastik kart üzrə 01 oktyabr 2019-cu il tarixdən 10 oktyabr 2022-ci il tarixə kimi olan müddət ərzində 26554 (iyirmi altı min beş yüz əlli dörd) manat, 14 (on dörd) qəpik pul mədaxil olmuş və 26553 (iyirmi altı min beş yüz əlli üç) manat, 36 (otuz altı) qəpik pul məxaric olmuşdur. Mülki işə əlavə edilmiş Şirvan Apelyasiya Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(106)- 290/2022 saylı qərardadından məlum olur ki, Astara Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(018)-1071/2021 saylı qətnaməsi üzrə “Heydər Əliyev” fondu tərəfindən verilmiş 10000 (on min) manat pul və dövlət tərəfindən şəhidin ailə üzvlərinə verilmiş 11000 (on bir min) manat pul tələbinin rədd edilməsi hissəsi ləğv edilmiş və həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Beləliklə məhkəmə iclasında aydın oldu ki, İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «27198 (iyirmi yeddi min bir yüz doxsan səkkiz) manat pulunun alınması tələbinə dair» iddia ərizəsi ilə müraciət edib, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2020-ci ilin oktyabr ayından 2021-ci ilin iyun ayıda daxil olmaqla şəhid X4 əmək haqqı kimi, ailə başçısını itirməyə görə ona çatmalı olan 9 aylıq əmək haqqının məbləği olan 12798 (on iki min yeddi yüz doxsan səkkiz) manat pulun hamısının, “Heydər Əliyev” fondunun əməkdaşları təqdim edilmiş 10000 (on min) manat pulun, dövlət tərəfindən şəhidə verilən 11000 (on bir min) manat pulun və şəhidin iş yerindən verilən son haqq-hesabı olaraq 6000 (altı min) manat pulun cavabdehlərin mənimsədiyi 3000 (üç min) manat pulun, şəhid X4 uşaqlarının onun himayəsində olmasının nəzərə alınaraq 5/3 hissəsi olan cəmi 27198 (iyirmi yeddi min bir yüz doxsan səkkiz) manat pulu tələb etmiş olsa da həmin halları, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeyd eddilən pulları alıb, özlərində saxlamasını təsdiq edən, hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etmədi. İddiaçı məxsus olan plastik kardan müxtəlif məbləğdə pulun mədaxil olması və məxaric olması bardə çıxarış isə həmin pulların cavabdehlər tərəfindən çıxarılıb, mənimsənməsini təsdiq etmir. Cavabdeh1 İddiaçı məxsus olan plastik kardan sonuncunun razılığı ilə, ailə üzvü kimi 06 iyun 2021-ci il tarixədək olan müddət ərzində pul çıxartmış və İddiaçı vermişdir. İddiaçı həmin müddət ərzində narazılığını və ya etirazını bildirməmişdir. Onların münasibəti pozulduqdan sonra İddiaçı pul tələb etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırki mülki işdə isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 cəmi 27198 (iyirmi yeddi min bir yüz doxsan səkkiz) manat pulu İddiaçı verməməklə özündə saxlayıb, əsassız olaraq varlanması halı öz təsdiqini tapmamışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində gostərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cu bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəssinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiyanın 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X12 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və s.) Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «27198 (iyirmi yeddi min bir yüz doxsan səkkiz) manat pulunun alınması tələbinə dair» iddiası əsassız olduğundan rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra ondan bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-64/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-64/2023
05.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver