Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-663/2023 31.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X15 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı, Cavabdeh, nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin cavabdeh 01 yanvar 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şirvan Apelyasiya Məhkəməsinin MK-in 02 noyabr 2021-ci il tarixli, 2 (106)-3108/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay 120 manat aliment hissəsi artırılaraq 220 manat sabit pul məbləğində alimentin müəyyən edilərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, iddiasının tam təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Şirvan Apelyasiya Məhkəməsinin MK-in 02 noyabr 2021-ci il tarixli, 2 (106)-3108/2021 nömrəli qətnaməsinə əsasən Astara Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(018)-962/2021 saylı qətnaməsi ləğv edilmiş, Cavabdeh 01 yanvar 2011-ci il təvəllüdlü X5 və 30 dekabr 2011-ci il təvəllüdlü X1 üçün, uşaqlar yetkinlik yaşlarına çatana kimi, hər ay hər uşaqa görə 120 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində aliment tutularaq ona yəni İddiaçı ödənilməsi qət edilmişdir. 30 dekabr 2011-ci il təvəllüdlü X8 12 noyabr 2022-ci il tarixdə durğunluq ürək çatışmamazlığından ölmüşdür. Hazır ki, dövrdə həmin pulla uşaq saxlamaq qeyri-mümkündür. O, isə heç bir yerdə işləmədiyini bildirmişdir. Odur ki, 01 yanvar 2011ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şirvan Apelyasiya Məhkəməsinin MK-in 02 noyabr 2021-ci il tarixli, 2 (106)-3108/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay 120 manat aliment hissəsi artırılaraq 220 manat sabit pul məbləğində alimentin müəyyən edilərək ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, arvadı Mətanət Allahverdiyeva 07 aprel 2018-ci il tarixdə “böyrək çatışmamazlığı” xəstəliyindən ölmüşdür. Bu səbəbdən az yaşlı uşaqları olan 01 yanvar 2011-ci il təvəllüdlü X5 və 30 dekabr 2011-ci il təvəllüdlü X2 İddiaçı alınaraq ona verilməsi barədə Astara Rayon Məhkəməsinə iddia ilə müraciət etmişdir. 10 iyul 2018ci tarixdə Astara Rayon Məhkəməsinin 2(018)-720/2018-saylı qətnaməsi ilə 01 yanvar 2011-ci il tarixdə anadan olmuş X5 və 30 dekabr 2011-ci il tarixdə anadan olmuş X6 İddiaçı alınıb iddiaçı yəni Cavabdeh verilməsi barədə qətnamə qəbul edilmişdir. 25 oktyabr 2018-ci il tarixli, 2(106)- 3047/2018-ci il saylı Şirvan Apelyasiya Məhkəməsinin qətnaməsi və 11 mart 2019-cu il tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə Astara Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi qüvvədə qalmışdır. Yəni uşaqları xalası İddiaçı alınaraq ona verilməli idi. Lakin Astara Rayon İcra Şöbəsi bügünə kimi qətnaməni icra etməmişdir. Səbəb Astara rayon İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və himayə komisiyası 25 iyul 2019-cu il tarixli №269 saylı rəy vermişdir. Həmin rəydə guya göstərmişdir ki, uşaqlar xalanın evində dünyaya gəldiyi, xalanın qayğısı ilə böyüdüyü, xalaya və bir-birinə bağlı olduqları müəyyənləşdirilmişdir. Bunlar hamısı yalan və iftiradır. Necə ola bilər ki, 2009-cu il arvadı Mətanət Allahverdiyeva ilə ailə qurmuş, həmin münasibətdən iki uşaqı olmuşdur. 2015-ci il tarixə kimi bir yerdə yaşamış, uşaqları bir yerdə böyütmüş, lakin arvadı “böyrək çatışmamazlığından” əziyyət çəkdiyinə görə İddiaçı evinə getmişdir. O, 2016-cı il tarixdə də, uşaqları tələb etməsi üçün Astara Rayon Məhkəməsinə iddia vermişdir. Hesab edir ki, “Qəyyumluq və himayə komisiyası” 25 iyul 2019-cu il tarixli, №269 saylı rəyi tam əsassız vermişdir. Uşaqlar ata nəvazişi görmədiyi üçün artıq bir uşaq xalası İddiaçı evində ölmüşdür. Hələ də, Astara Rayon Məhkəməsinin qətnaməsi icra olunmamışdır. Astara Rayon Məhkəməsinin qətnaməsini yenidən icraya göndərilməsi barədə qərardad qəbul edilmişdir. Ona görə də, alimentin artırılması haqqında iddia əsassızdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili X9 iddianı qəbul etməyərək göstərdi ki, Astara Rayon Məhkəməsinin 10 iyul 2018-ci tarixli, 2(018)-720/2018-saylı qətnaməsi ilə 01 yanvar 2011-ci il tarixdə anadan olmuş X5 və 30 dekabr 2011-ci il tarixdə anadan olmuş X6 İddiaçı alınıb Cavabdeh verilməsi barədə qətnamə qəbul edilmişdir. 25 oktyabr 2018-ci il tarixli, 2(106)- 3047/2018-ci il saylı Şirvan Apelyasiya Məhkəməsinin qətnaməsi və 11 mart 2019-cu il tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə Astara Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi qüvvədə qalmışdır.Hələ də, Astara Rayon Məhkəməsinin qətnaməsi icra olunmamışdır. Astara Rayon Məhkəməsinin qətnaməsini yenidən icraya göndərilməsi barədə qərardad qəbul edilmişdir. Ona görə də, alimentin artırılması haqqında iddia əsassızdır İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2 (102)-1571/2019 nömrəli qərarından görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin MK-in xx.xx.2018-ci il tarixli, 2(106)-3047/2018 nömrəli qətnaməsinə dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan Astara rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Astara Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2(018)-720/2018 saylı icra sənədi, 01 yanvar 2011-ci il təvəllüdlü X7 İddiaçı alınıb Cavabdeh Mədəd oğluna verilməsi hissəsində, yenidən icraya yönəldilməsi qərara alınmışdır. İş materiallarında olan Astara rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, icra sənədinin tələbinə əsasən 01 yanvar 2011-ci il təvəllüdlü X10 və 30 dekabr 2011-ci il təvəllüdlü X8 borclu İddiaçı alınıb tələbkar Cavabdeh verilməlidir. İcraat zamanı məlum olmuşdur ki, 30 dekabr 2011-ci il təvəllüdlü X8 ölmüşdür. İcra sənədi icraatda olmaqla X5 Cavabdeh təhvil verilməsi istiqamətində icra tədbirləri davam etdirilir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin MK-in 02 noyabr 2021-ci il tarixli, 2 (106)-3108/2021 nömrəli qətnaməsinə əsasən Astara Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(018)-962/2021 saylı qətnaməsi ləğv edilmiş, Cavabdeh 01 yanvar 2011-ci il təvəllüdlü X5 və 30 dekabr 2011-ci il təvəllüdlü X1 üçün, uşaqlar yetkinlik yaşlarına çatana kimi, hər ay hər uşaqa görə 120 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində aliment tutularaq ona yəni İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Astara rayon İHB-nın Kijəbə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayonu, Ojəkəran kəndində yaşayır. İş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Astara rayonu Tüləgüvan kəndində anadan olmaqla orada qeydiyyatdadır.. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 01 yanvar 2011-ci il təvəllüdlü X5 və 30 dekabr 2011-ci il təvəllüdlü X8 İddiaçı himayəsinə verilmişdir. Lakin uşaqlardan biri 30 dekabr 2011ci il təvəllüdlü X8 xəstə olduğundan ölmüşdür. Hazırda 01 yanvar 2011-ci il təvəllüdlü X10 xalası İddiaçı ilə yaşayır. Şirvan Apelyasiya Məhkəməsinin MK-in 02 noyabr 2021-ci il tarixli, 2(106)- 3108/2021 nömrəli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün, Cavabdeh hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilir. Hazırda iddiaçı dolanışığın çətin olduğundan, təyin edilmiş alimentin miqdarının artırılması, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh isə Astara Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2(018)-720/2018 saylı qətnaməsinə əsasən övladı-01 yanvar 2011-ci il təvəllüdlü X7 İddiaçı alınıb ona verilməli olduğunu bildirib iddia tələbinə etiraz etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə şərh edilənləri və Astara Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2(018)- 720/2018 saylı qətnaməsinə əsasən 01 yanvar 2011-ci il təvəllüdlü X7 İddiaçı alınıb atası Cavabdeh verilməsi barədə Astara Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2(018)-720/2018 saylı qətnaməsi əsasən icra sənədinin təkrarən hazırda Astara rayon İcra və Probasiya şöbəsinin icraatında olmasını, iddiaçı ərizəsində məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun və yaxud cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə sübut təqdim etmədiyindən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-663/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-663/2023
31.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver