Məhkəmə qərarları › İş №2(018)-665/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-665/2024

30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-665/2024 30.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi Askerov Farizin və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 iyun 2017-ci il təvəllüdlü X2 üçün Astara rayon məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(018)-690/2023 saylı qətnaməsi ilə təyin olunmuş aliment məbləğinin artırılaraq hər ay 300 (üç yüz) manat sabit pul məbləğində Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Askerov Fariz iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Astara rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(018)-715/2020 saylı qətnaməsi ilə iddiaçı X7 və Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin nikahından doğulmuş 10 iyun 2017-ci il təvəllüdlü X1 üçün Astara rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(018)-690/2023 nömrəli qətnaməsinə əsasən hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Halhazırda qızı X3 6 yaşı var. Astara rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqın bir çox tələbatının ödənilməsinə yetmir. Sona artıq orta məktəbdə təhsil alır və buna görə məsrəfləri kifayət qədər artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildən hər uşaq üçün 235 AZN (iki yüz otuz beş manat) müəyyən edilmişdir. Sonaya anadan gəlmə aşağı ətrafın Serebral paraparezi diaqnozu qoyulmuşdur. Mütəmadi olaraq Bakı şəhəri Elmi-tədqiqat travmatologiya və ortopediya institutunda həkim yoxlanışından keçir. Xəstəliyin irəliləməməsi üçün hər il 2 dəfə olmaqla müayinə və müalicə olunur. Onun bütün qayğı və ehtiyaclarını anası olaraq o çəkir. Sona böyüdükcə atasına qarşı ehtiyac və tələbatı artsa da atası ona qarşı heç bir diqqət və maddi dəstək göstərmir. Halbuki atasının sabit iş yeri və əmək bazarına uyğun əməkhaqqısı vardır. Uşağının sağlamlıq problemləri və təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 10 iyun 2017-ci il təvəllüdlü X2 üçün Astara rayon məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(018)-690/2023 saylı qətnaməsi ilə təyin olunmuş aliment məbləğinin dəyişdirilərək hər ay uşaq üçün 300 manat məbləğində müəyyən edilməsi və bu məbləğin Cavabdeh tutularaq ona, iddiaçı X5 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, övladının saxlanması üçün aliment öhdəliyindən kənar imkanı çatdığı qədər köməklik edir və bundan sonra da edəcək. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi Askerov Farizi, Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 2(018)-690/2023 saylı qətnaməsinə əsasən aliment artılıraraq, İddiaçı Cavabdeh ilə birgə nikahlarından doğulmuş 10 iyun 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində müəyyən olunması qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Astara rayonu Suparibağ kəndində yaşayır. İş materiallarına əlavə edilmiş 027 nömrəli X6 sənədinin surətindən görünür ki, X3 “Kvadroplegik spastik serebral iflic” , “spastik tetraparez”, “OS görmə sinir məməciyin hissəvi atrojiyası xarici çəpgözlük” xəstəlikləri vardır. İş materialında olan AZE seriyalı 18228251 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2017-ci ildə Astara şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2024cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(018)-690/2023 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, 10 iyun 2017-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(018)-690/2023 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar