Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-675/2024 25.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində pulun və ödənilmiş 58 (əlli səkkiz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək bildirdi ki, Cavabdeh qeyd edilən borcdan ödənişlər etmiş və 3800 (üç min səkkiz yüz) manat borcu qalmışdır. İddianın təmin olunması barədə qətnamə çıxarmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, cavabdehlə aralarında bağlanmış 05 mart 2024-cü il tarixli borc müqaviləsinə əsasən Cavabdeh ona 4300 manat məbləğində pul borcludur. Borc müqaviləsi X2 iştirakı ilə bağlanmışdır. Cavabdeh 05 may 2024-cü il tarixə kimi göstərilən borcu tam şəkildə ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin həmin borcdan 500 manat ödəmiş, 3800 manat borcu isə kimi ödəməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbini təmin edərək Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğində pulun və ödənilmiş 58 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, Astara şəhərində yerləşən X1 məxsus daşınmaz əmlakı sonuncu ilə razılaşmalarına əsasən 20000 (iyirmi min) manat ödəməklə almışdır. Həmin daşınmaz əmlakda əvvəllər X8 adlı qardaşı fəaliyyət göstərmişdir. Sözügedən daşınmaz əmlak ilə bağı qardaşların mübahisəsi var imiş. Onunla bağlı məlumatı sonradan olmuş, daşınmaz əmlak alınan zaman İddiaçı da Şahvəli Hüseynovun yanında olmuş bir növ vasitəçilik etmişdir. Aralarında alqı-satqı edildikdən sonra sözügedən obyektin işıq sayğacı Şahvəlinin qardaşı Cəsarət tərəfindən sökülmüşdür. Bununla bağlı Şahvəliyə bildirəndə İddiaçı sayğacı bərpa edəcəyini ona bildirilmişdir. Bundan sonra sayğacın bərpa edilməsi üçün İddiaçıla aralarında danışıqlar olmuş, bu məqsədlə Arifə 700 (yeddi yüz) manat əlbəəl və 500 (beş yüz) manat isə (200, 200 və 100 manat olmaqla) Arifin bank kartına köçürməklə vermişdir. İndi isə Arif ona sayğac üçün ödədiyi pulu elə göstərir ki, guya ona olan borcundan 500 manat ödəmişdir. Bundan sonra İddiaçı onunla görüşmüş, görüş zamanı tərəfindən işıq sayğacı ilə bağlı müraciət ediləcəyini, bu məqsədlə ərizəyə imza çəkməli olduğunu bildirmiş və ona boş kağız parçası təqdim edib imzalamağı bildirmişdir. O, da həmin kağıza imza etmiş, lakin İddiaçı tərəfindən işıq sayğacının quraşdırılması təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X10 bildirdi ki, İddiaçı onun qardaşıdır. Cavabdeh ilə İddiaçı arasında bağlanan 05 noyabr 2024-ci il tarixli borc barədə əlyazma kağızında qeyd olunanları onun şahidliyi ilə imza etmişlər. Məhkəmə İddiaçı, Cavabdeh və şahid X4 dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materialında olan 05 noyabr 2024-ci il tarixli əlyazma kağızında qeyd olunanlardan görünür ki, Rəciyev X5 Arif Əyətulla oğluna 4300 (dörd min üç yüz) manat borcu yarandığını və 05 may tarixinədək ödəyəcəyini X3 şahidliyi ilə imzalanmışdır. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyətin vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 546 nömrəli arayışından görünür ki, İddiaçı oğlu ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyətin vəsiqəsinin sürətindən görünür ki, Cavabdeh xx.xx.1987-ci ildə anadan olmuşdur. İş materialında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 58 (əlli səkkiz) manat dövlət rüsumu ödənilmişdir. “İnsan Hüquqları və X6 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh İddiaçı 3800 (üç min səkkiz yüz) manat məbləğdə borcu qalmış və həmin borcu qaytarmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğdə borcun və dövlət rüsumu üçün 58 (əlli səkkiz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 3800 (üç min səkkiz yüz) manat məbləğdə borc və dövlət rüsumu üçün ödənilmiş 58 (əlli səkkiz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-675/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-675/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver