Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-676/2024 31.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc verilmiş pulun və əldən çıxmış faydanın geri” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15627 (on beş min altı yüz iyirmi yeddi) manat əsas borc, 4000 (dörd min) manat əldə çıxmış fayda və ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumununun dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Cavabdeh tanıyır, onunla yaxın dostluq münasibətləri olmuşdur. Cavabdeh 10 dekabr 2021-ci il tarixdə işlədiyi mağazadan 15627 manat dəyərində kartof, və heyvan yemləri nisyə olaraq almış və vəd vermişdir ki, qisa bir vaxtda satıb borcunu ödəyəcəkdir. Aradan xeyli vaxt keçməsinə və nisyə aldığı malları satmasına baxmayaraq bəhanələrlə borcunu qaytarmamışdır. Nəhayət Cavabdeh özü könüllü olaraq 10 sentyabr 2023-cü il tarixdə qəbz yazmış və qəbzdə qeyd etmişdir ki, ona 15627 manat borcu vardır və borcunu işləyib qaytaracaqdır. Cavabdeh verdiyi vədlərə bəhanələrlə əməl etməmişdir. Odur ki, məcbur olub, məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin, Cavabdeh xx.xx.2021-ci il tarixdə nisyə aldığı malların pulunu yəni, 15627 manatı bu günə kimi qaytarmadığına görə ona küllü miqdarda ziyan vurmuşdur. Həmin pulu dövriyyə buraxıb xeyli məbləğdə qazanc əldə edə bilərdi. Beləlikə cavabdeh 15627 manat borcdan başqa 2 il 4 ay ərzində onu 4000 manat mənfətdən məhrum etmişdir. Əgər cavabdeh borcunu vaxtında qaytarsaydı ötən müddət ərzində qeyd edilən məbləğdə qazanc əldə edərdi. Cavabdehdan 15627 (on beş min altı yüz iyirmi yeddi) manat əsas borc, 4000 (dörd min) manat əldə çıxmış fayda və ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunu alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh bildirdi ki, iddia tələbini qismən qəbul edir. 15627 (on beş min altı yüz iyirmi yeddi) manat əsas borcu hissə-hissə qaytarmağa razıdır, lakin tələbin əldə çıxmış fayda kimi irəli sürülən 4000 (dörd min) manat məbləğini qəbul etməyərək iddianın qismən təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə iş üzrə şahid X4 bildirdi ki, İddiaçı onun əmisi oğludur. Cavabdeh onun şahidliyi ilə İddiaçı mağazasından müxtəlif vaxtlarda 15627 (on beş min altı yüz iyirmi yeddi) manat dəyərində ərzaq və digər məhsulları borc olaraq götürmüşdür. Məhkəmə İddiaçı, Cavabdeh dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Beləki, iş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. İş materialında olan AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1982-ci il tarixdə ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 548 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. İş materialında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 180 (yüz səksən) manat dövlət rüsumu ödənilmişdir. İş materialında olan 10 sentyabr 2023-cü il tarixli əlyazma kağızından görünür ki, Cavabdeh 10 dekabr 2021-ci il tarixdə İddiaçı 15627 (on beş min altı yüz iyirmi yeddi) manat borcu vardır. Əlyazma kağızını Cavabdeh və İddiaçı X2 şahidliyi ilə izalamışlar. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh İddiaçı 15627 (on beş min altı yüz iyirmi yeddi) manat məbləğdə borcu vardır və həmin borcu qaytarmamışdır. Göstərilənləri və cavabdehin iddianı qismən qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15627 (on beş min altı yüz iyirmi yeddi) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 180 (yüz səksən) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15627 (on beş min altı yüz iyirmi yeddi) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 180 (yüz səksən) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-676/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-676/2024
31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver