Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-685/2024 29.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X27 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “ yaradılmış maneələrin aradan qaldırılması və əmlakdan kənarlaşdırılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət müraciət edərək, cavabdehlər Cavabdeh1 və X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının Təngərüd meşəbəyliyinin ərazisində yerləşən 07 saylı dolayasındakı 0.30 ha ərazidən, orada inşa edilmiş tövlələrdən və 2 otaqlı evdən kənarlaşdırılması, yaradılmış maneənin aradan qaldırılması, məhkəmə xərci olaraq ödənilmiş cəmi 100 (yüz) manat pulun cavabdehlərdən xeyrinə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, mərhum həyat yoldaşı X19 ilə, 2011-ci il tarixdə rəsmi nigaha daxil olmuşlar. Həmin nikahdan iki azyaşlı uşaqları vardır. Mərhum həyat yoldaşı adına 30 dekabr 2023-cü il tarixdə Astara rayonu Notariat konturunda Qanunun üzrə vərəsəlik şəhadətnaməsi əldə etməklə mərhum həyat yoldaşının vərəsəsidir. Mərhum həyat yoldaşı Eynəli Əzizovla qətlə yetirilən gününə qədər bir yerdə mehriban yaşamışlar. Həyat yoldaşı X20 xx.xx.2023-cü il tarixdə Astara rayonun Şümrüd kəndində özünə məxsus fermasında çoban kimi işləyən X10 tərəfindən qətlə yetirilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X10 Azərbaycan Respubılikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 16 (on altı il) müddətinə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmişdir. Həyat yoldaşının ölümü ilə əlaqədar onun yas mərasimlərinin keçirilməsi, eyni zamanda hüquq mühafizə orqanları tərəfindən işinə dəqiq və ədalətli baxılması ilə əlaqədar o və onun ailə üzvləri qardaşım təqribən bir ilə yaxın istintaq orqanlarına gedib gəlməklə Eynəli Əzizovun ölüm işinin daha dəqiq və ədalətli araşdırılması və təqsirkar şəxslərin layiqli cəzasının alınması üçün müvafiq addımların atılması ilə məşqul olmuşlar. Həmin ərəfədə onların Eynəli Əzizova məxsus hər iki fermadan xəbərləri olmamışdır. Bu ərəfələrdə Hirkan Milli Parkının Təngərüd meşəbəyliyin ərazisində yerləşən 07 saylı dolayasındakı mərhum həyat yoldaşına məxsus olan fermasına baxan cavabdehlər X5 qardaşı X9 və ataları Əizizov Qulamhüseyn ərinə məxsus iki tövləni, yüngül konstruksiya ilə tikilmiş 2 otaqlı olan eyvanlı evi qanunsuz olaraq zəbt edərək orada yaşamaqla oranı hal-hazırki vaxtadək qanunsuz olaraq talayırlar. Həmin əraziyə daxil olmalarına manelər yardırlar. Bu faktllarla əlaqədar dəfələrlə hüquq mühafizə orqanlarına tərəflərindən şikayətlər olsa da hələ də bu vaxtadək heç bir nəticə olmamışdır. Kənddə hamıya məlumdur ki, mərhum həyat yoldaşı Hirkan Milli Parkının 2 iki ayrı meşə dolayısında ferması var idi (yaylaq və qışlaq). Həmin mübahisəli ərazidə arıçılq və maldarlıqla məşqul olurdu. Əlavə olaraq oradan otlaq sahəsi kimi də istifadə edirdi. Sözügedən ərazidən yəni Hirkan Milli Parkının Təngərüd meşəbəyliyin ərazisində yerləşən 07 saylı dolayasındakı 0.30 ha ərazidən koma, arı ailəsi və otlaq sahəsi kimi istifadə edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, mərhum əri Eynəli Əzizov arasında 20 may 2021-ci il tarixli 15 saylı müqaviləsi vardır. Cavabdehlər Həyat yoldaşının fermasında 50 dən artıq arı ailəsi 150 kq dan artıq bal və iribuynuzlu heyvanları qanunsuz olaraq məhv etmişlər. Əlavə olaraq 600 dən artıq preslənmiş ot bağlamaları qanunsuz olaraq satılmış və yox edilmişdir. Hal-hazırda isə cavabdehlər onu və ailə üzvlərini ərinə məxsus fermaya və tikiliyə daxil olmağa maneələr yardırlar.Əmlakını qanunsuz olaraq məhv etməklə talayır və ondan qanunsuz istifadə edirlər. Bununla əlaqədar kənd ərazisində yaşayan şəxsləri də məhkəməyə şahid qismində cəlb etməyə hazırdırlar. İddianın əsasını təsdiq edən sübutlarına Astara rayonun notariat konturunun vərəsəlik haqqında şəhadətnaməsi (surəti), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli 2 Parkının Təngərüd meşəbəyliyinin 7 saylı dolayasında 0.30 ha torpaq sahəsindən istifadəyə dair müqaviləsi (surəti), Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Hökmünün (surəti), iddiaçının şəxsiyyət vəsiqəsinin surəti aiddir. X1 və X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının Təngərüd meşəbəyliyinin ərazisində yerləşən 07 saylı dolayasındakı 0.30 ha ərazidən, orada inşa edilmiş tövlələrdən və 2 otaqlı evdən kənarlaşdırılması və yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını, məhkəmə xərci olaraq ödənilmiş cəmi 100 manat pul cavabdehlərə aid edilməsini xahiş edir. Məhkəmədə Cavabdeh1 nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, təmsil etdiyi Cavabdeh1 onun qızı və Cavabdeh2 isə onun oğludur. Qızı Cavabdeh1 mərhum Eynəli Əzizovla nikahı olmasa da həmin yerdə 10 ildir ki, yaşayır və işləyir. Onun da orada haqqı var. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı və Cavabdeh1 nümayəndəsi X2 dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli 2V-1003 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə sənədindən görünür ki, Astara rayon notariat ofisinin xüsusi notariusu X7 xx.xx.2023ci il tarixdə vəfat etmiş-X12 vərəsələrinin Astara, Ojakəran K., ünvanında qeydiyyatda olan İddiaçı (AZE********), ünvan 2i ünvanında qeydiyyatda olan X16 (AA0673196), ünvan 3 ünvanında qeydiyyatda olan X17 (AA3088184) olduğunu və onların hər birinin miras əmlakdan bərabər hissədə irs almalı olduqlarını təsdiq etmişdir. Şəhadətnamə ilə verilən miras əmlak- Lənkəran RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AC916144 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi “JTEBX9FJ3AK016428”, mühərrikin nömrəsi “2TR0900978” və buraxılış ili 2010-cu il olan “TOYOTA LAND-CRUİSER-PRADO” minik markalı “90RG919” dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə edilməsi barədə” xx.xx.2021-ci il tarixli 15 nömrəli müqavilədən görünür ki, Hirkan Milli Parkının Təngərud meşəbəyliyin yerləşən 07 saylı dolayın ərazisində 0,30 ha koma, arı ailəsi və otlaq sahəsi Hirkan Milli Parkının direktoru X23 30 il müddətinə Astara rayonu Şümşüd kənd sakini X12 ödənişli əsaslarla istifadəsinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Astara RİHB-nın Pəlikəş kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 878 saylı arayışdan görünür ki, İddiaçı mərhum həyat yoldaşı Astara rayonun Şümrüd kəndində qeydiyyatda olmuş X21 uzun müddət Hirkan Milli Parkının Təngərüd meşəbəyliyinin 07 saylı dolayın ərazisində 0,30 ha torpaq sahəsində heyvandarlıq və arıçılıq fəaliyyəti ilə məşğul olmuş, heyvandarlıq və arıçılıq fəaliyyəti ilə bağlı qeyd olunan ərazidə təxminən 6 metr eni, 12 metr uzunluğunda tövlə və 2(iki) otaqdan ibarət ev tikmişdir. İş materiallarında olan Astara rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli 901 saylı arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı vəfat etmiş əri X12 ölümündən sonra Astara rayon notariat ofisində ərizə verməklə mərhumun adından xx.xx.2023-cü il tarixdə 570 nömrə ilə qeyd olunmuş vərəsəlik işi açılmış və mərhumdan qalmış miras əmlakı Astara rayonu Okakəran kəndində qeydiyyatda olan arvadı İddiaçı (FİN; xxxxxxx), Astara rayonu Şümrüd kəndində qeydiyyatda olan qızı X16 (FİN;731TKXH) və Astara rayonu Şümrüd kəndində qeydiyyatda olan qızı X17 (FİN;8QFD7J9) qəbul etmişlər. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildə Astara rayon Ojakəran kəndində anadan olmuşdur. İş materiallarında olan AZ-İ 646156 seriyalı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X21 ilə X13 arasında nikah bağlanmış, arvada Əzizova soyadı verilmiş, xx.xx.2011ci il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 353365 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X21 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, xx.xx.2023-cü il tarixdə 277 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 782202 seriyalı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X16 xx.xx.2011-ci il tarixdə anadan olmuş, atası X21, anası X13 qeyd edilmiş, xx.xx.2012-ci il tarixdə 7 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 746664 seriyalı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X17 xx.xx.2016-cı il tarixdə anadan olmuş, atası X21, anası İddiaçı qeyd edilmiş, xx.xx.2016-ci il tarixində 51 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)- 129/2024 saylı hömkmün surətindən görünür ki, X10 Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ- əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulub pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırki mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh özünə məxsus olmayan torpaq sahəsi və digər əmlakları qeyri-qanuni yol ilə zəbt etməklə hazırda həmin torpaq sahəsinin mülkiyyətçisinə qarşı qanunsuz müdaxiləsi nəticəsində İddiaçı vərəsə kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının Təngərüd meşəbəliyinin ərazisində yerləşən 07 saylı dolayısındakı 0,30 ha ərazidən, orada inşa edilmiş tövlələrdən və iki otaqlı evdən kənarlaşdırılmalı və Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının Təngərüd meşəbəliyinin ərazisində yerləşən 07 saylı dolayısındakı 0,30 ha ərazidən, orada inşa edilmiş tövlələrdən və iki otaqlı evdən kənarlaşdırılsınlar və Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-685/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-685/2024
29.08.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver