Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-686/2024 01.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X21 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı X2 və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan 22 iyul 2010-cu il təvəllüdlü X12, 11 iyun 2012-ci il təvəllüdlü X8 və 21 may 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşma çatana qədər saxlanılması üçün Astara Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində 90 (doxsan) manat aliment hissəsi artırılaraq 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi, habelə ödənilmiş 112 (yüz on iki) manat rüsumun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı X7 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı X10 iddia ərizəsində göstərmişdi ki, Astara Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı X6 ilə Cavabdeh birgə nikahlarından doğulmuş 22 iyul 2010-cu il təvəllüdlü X12, 11 iyun 2012-ci il təvəllüdlü X8 və 21 may 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Astara Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(018)-1869/2017 saylı qətnaməsi əsasında tutulan hər ay, hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, hər ay, hər uşaq üçün 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində müəyyən edilmiş və həmin pul vəsaiti qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. Hazırki dövrdə həmin pulla uşaqları saxlamaq qeyri-mümkündür. O, isə heç bir yerdə işləmir. Cavabdeh ilə birgə nikahlarından olan 22 iyul 2010-cu il təvəllüdlü X12, 11 iyun 2012-ci il təvəllüdlü X8 və 21 may 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Astara Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində 90 (doxsan) manat aliment hissəsi artırılaraq 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi, habelə ödənilmiş 112 (yüz on iki) manat rüsumun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, iddianın təmin edilməməsini barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı X4 və Cavabdeh nümayəndəsi Nümayəndə dinləyib,iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(018)- 295/2019 saylı qətnaməsinə əsasən 22 iyul 2010-cu il təvəllüdlü X17, 11 iyun 2012-ci il təvəllüdlü X13 və 21 may 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Astara rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(018)-1869/2017 saylı qətnaməsi ilə qət edilmiş hər ay hər uşaq üçün 80 (səksən) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul mənləğində müəyyən edilsin və həmin pul vəsaiti qətnamənin qanunu qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. İş materiallarında olan AZE seriyalı 12481125 nömrəli şəxsiyyət vəsiqəsinin surətinin sürətindən görünür ki, X17 22 iyul 2010- cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 12481126 nömrəli şəxsiyyət vəsiqəsinin surətinin sürətindən görünür ki, X13 11 iyun 2012-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 12279737 nömrəli şəxsiyyət vəsiqəsinin surətinin sürətindən görünür ki, X14 21 may 2015-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli №563 nömrəli arayışdan görünür ki, X1 şəhəri Ş.Əliyev küç., 14a ünvanında yaşayır. İş materiallarında olan ilkin mediasiya sesiyasında (İMS) iştirak edilməsi barədə xx.xx.2024cü il tarixli MŞL-00598 № arayışdan görünür ki, iddiaçı və cavabdeh mediasiya prosesində iştirak etmiş və mediasiya prosesindən keçmişdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2024cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli,Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(018)-295/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, 22 iyul 2010- cu il təvəllüdlü X17, 11 iyun 2012-ci il təvəllüdlü X13 və 11 iyun 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşınadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 120 (yüz iyirmi) manat olmaqla, üç uşağa görə 360 (üç yüz altmış) sabit pul məbləğində aliment alınıb iddiaçı X5 verilməli və Cavabdeh ödənilmiş mediasiya xərci və dövlət rüsumu üçün ödənilmiş 112 manat məbləğində pul vəsaiti tutulub X5 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(018)-295/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X17, xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşınadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 120 (yüz iyirmi) manat olmaqla, üç uşağa görə 360 (üç yüz altmış) sabit pul məbləğində aliment alınıb iddiaçı X5 verilsin. Cavabdeh ödənilmiş mediasiya xərci və dövlət rüsumu üçün ödənilmiş 112 manat məbləğində pul vəsaiti tutulub X5 verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-686/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-686/2024
01.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver