Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-689/2025 01.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı və Cavabdeh qarşı “daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqların qeydiyyatı üçün zəruri olan çöl ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Astara rayonu "Komsomol” adına sovxozun 05 dekabr 1987-ci il tarixli 294 nömrəli əmri ilə verilmiş 0.06 ha həyətyani torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş üç otaqdan və eyvandan ibarət yaşayış evinin qeydiyyata alınması üçün mütəxəsislər tərəfindən həmin fərdi yaşayış evinə baxış keçirilməsinə və daşınmaz əmlakınların həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktının tərtib edilməsinə cavabdeh X5 tərəfindən edilən maneənin aradan qaldırılması barədə qətnamə qçıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafə edərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbini belə əsaslandırmışdı ki, Astara rayonu "Komsomol" adına sovxozun 5 dekabr 1987-ci il tarixli 294 nömrəli əmri ilə Azərbaycan Respublikası Nazirlər Sovetinin 12 dekabr 1986-ci il tarixli 406 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikməkdən ötrü 0.06 ha torpaq sahəsi ayrılaraq ona verilmişdir. Qeyd edilən torpaq sahəsində 1987-ci ildə 3 otaq və eyvandan ibarət fərdi yaşayış evi inşa edib orada yaşayır. Qeyd edilən torpaq sahəsinə və orada inşa edilən fərdi yaşayış evinə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinə müraciət etmişdi. 09 sentyabr 2024-cü il tarixli, 3-21-3-43/2-2755/2024 saylı məktubları ilə bildirmişlər ki, idarənin Astara rayon şöbəsinin aidiyyəti mütəxəssisləri tərəfindən həmin mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə baxış keçirilməli və sözügedən daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib etmək üçün çöl ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən maneə olmuşdur. Bu səbəbdən müayinə aktı tərtib edilməmişdir. Bu səbəbdən mülkiyyət hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Odur ki, Astara rayonu "Komsomol” adına sovxozun 05 dekabr 1987-ci il tarixli 294 nömrəli əmri ilə verilmiş 0.06 ha həyətyani torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş üç otaqdan və eyvandan ibarət yaşayış evinin qeydiyyata alınması üçün mütəxəsislər tərəfindən həmin fərdi yaşayış evinə baxış keçirilməsinə və daşınmaz əmlakınların həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktının tərtib edilməsinə cavabdeh X5 tərəfindən edilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi X4 onlara qarşı verilmiş iddianı qəbul etməyərək bildirdi 2022-ci ildə evin sahibi Şirinbəyova Hafizə xanımdan şifahi alqı- satqı yolu ilə ev alınmışdır.(2003-cü ildə də iddiaçı evi Şirinbəyova Hafizəyə satmışdır). Bizim evi almağımız Rəsmi sənədlər olmasa da, alqı-satqı əməliyyatı tərəflər arasında Kənd icra nümayəndəliyi tərəfindən imza təsdiqi ilə həyata keçirilmişdir. Son iki ildə iddiaçı Kişiyev Rafail müxtəlif hədə-qorxu, təzyiq, evə hücum etmə, alçaldıcı və rüsvayedici.sözlərlə bizim ailəmizin sakitliyini pozmağa çalışmışdır və 5000 (beş min) manat pul tələb etmişdir. Bu səbəbdən hüquq mühafizə orqanlarına iki dəfə müraciət olunmuş və izahatlar alınmışdır. İndi iddiaçı güya evi sənədləşdirib bizə vermək istədiyini məhkəmədə bildirir. Amma üz-üzə gələndə onları evdən qovacağı ilə hədələyir.Məhkəmədən xahiş edir ki, iddiaçının yalançı və əsassız iddiası rədd edilsin. Məhkəmə İddiaçı və Cavabdeh nümayəndəsi X2 dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-43/2-2755/2024 saylı məktubdan görünür ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması, mövcud texniki vəziyyəti yerində dəqiqləşdirmək məqsədi ilə habelə müvafiq texniki sənədlərin tərtib edilməsindən ötrü 10 saylı Lənkəran Ərazi İdarəsinin Astara rayon Şöbəsinin aidiyyəti mütəxəssisləri tərəfindən həmin torpaq sahəsinə baxış keçirilməli və sözügedən daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilməlidir.Faktiki yerində müayinənin keçirilməsi məqsədilə aidiyyəti mütəxəssisin ayrılmasına baxmayaraq, həmin torpaq sahəsi ilə bağlı tərəflər arasında mübahisə mövcud olması səbəbindən müayinənin (çöl-ölçmə işləri) aparılması mümkün olmamışdır.Həmçinin bildiririk ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4 maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir İş materialında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Astara rayonu Hamuşan kəndində anadan olmuşdur. İş materiallarında olan Astara RİHB-nın Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 119 saylı arayışından görünür ki, İddiaçı Astara rayon Maşxan kəndində yaşayır. İş materialında olan xx.xx.2025-ci il tarixli, ********** mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilərək, Astara rayonu “Komsomol” adına sovxozun 05 dekabr 1987-ci il tarixli, 294 nömrəli əmri ilə verilmiş 0,06 ha həyətyani torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinin qeydiyyata alınması üçün mütəxəssislər tərəfindən həmin fərdi yaşayış evinə baxış keçirilməsinə və daşınmaz əmlakların mövcud texniki vəziyyəti əks etdirən müayinə aktının tərtib edilməsinə cavabdeh X5 tərəfindən edilən maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Astara rayonu “Komsomol” adına sovxozun 05 dekabr 1987-ci il tarixli, 294 nömrəli əmri ilə verilmiş 0,06 ha həyətyani torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinin qeydiyyata alınması üçün mütəxəssislər tərəfindən həmin fərdi yaşayış evinə baxış keçirilməsinə və daşınmaz əmlakların mövcud texniki vəziyyəti əks etdirən müayinə aktının tərtib edilməsinə cavabdeh X5 tərəfindən edilən maneə aradan qaldırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-689/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-689/2025
01.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver