Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-690/2025 17.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı və Cavabdeh3 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonun Təngərüd kənd sakinləri Cavabdeh1, Cavabdeh2 qızından, Cavabdeh3 nişan və toy xərcləri 8680 (səkkiz min altı yüz səksən) manatının, bayramlarda aparılmış hədiyyələrə görə 2500 (iki min beş yüz) manatının İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı qismən müdafiə edərək bildirdi ki, iddiasının bayramlarda aparılmış hədiyyələrə görə 2500(iki min beş yüz) manat hissəsindən imtina edir. Onun tərəfindən cavabdehlərə bir baş iribuynuzlu heyvan 600 manat dəyərində, mişar daşı 5000 ədəd, nişan üzüyü 3000 manat dəyərində gəlin üçün don 80 manat dəyərində vermişdir. iddiasının qismən təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində gösdərilmişdir ki, Astara rayonun Təngərüd kəndində yaşayan Cavabdeh1 Naidə adlı qızını oğlu X1 2020-cı ildə nişanlamışlar. Qizla oğlan arasında bu nişan razılıq əsasında olmuş və heç bir məcburiyyət olmamışdır. Rəsmi nikahıları rəsmiləşdirilməmişdir. Qızın ata və anasıda bu evliliyə razı olmuşlar. Münasibətləri həmişə mehriban və səmimi olmuşdur. Qız üçün nişanla toy eyni vaxtda olmuşdur. Qız toyundan sonra noyabr 2024-cü ildə oğlan üçün toy emək istəyirlərdi və qayınatası ilə birlikdə Cavabdeh1 evinə getmiş, oğlan toyu etmək istədiylərini ona bildirmişdirlər. Qızın anası deyib ki, bu toy baş tutmayacaq və qızın atası deyib ki, bu evliliyə razıdır, qız və anası razı deyil. Həmin tarixdən nişan pozulmuş, bu evlilik baş tutmamışdır. Bunlarda təsdiq edir ki, qız ilə oğlanın evliliyin baş tutmaması bizim tərəfimizdən baş verməmiş, qız evi tərəfindən baş vermişdir. Münasibətləri pozulduğuna görə bu evliliklə bağlı ona maddi ziyan vurulmuşdur. Nişandan tutmuş toya kimi pul xərclənmiş və evliliyin pozulması oğlan tərəfinin deyil, qız tərəfinin hərəkətləri ilə bağlı olduğundan həmin xərclər ona qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş qəbzə əsasən Cavabdeh1, İddiaçı 8680 (səkkiz min altı yüz səksən) manat pul verməlidir. Həmin məbləğ nişan və toyun edilməsi xərcləridir. Qəbzdə olan imza Cavabdeh1 tərəfindən İddiaçı icra edilmiş və ona 8680 manat vercəyinə vəd etmiş və indiyə kimi həmin pulu İddiaçı qaytarmamışdır. Qeyd edir ki, hər il bayramlarda qız evinə hədiyyələr aparılmış və bunlarda 2500 manat təşkil edir. Bu xərclər baş tutacaq rəsmi nikahın bağlanması ilə xərclənmiş və rəsmi nikahın bağlanmasından imtina edilməsi qız evinin imtinası ilə bağlı olmuş və bu da vəziyyətin əvvəlki formasına qayıtmasını şərtləndirir. Rəsmi nikahın bağlanması müqavilə hesab edilir və nikah müqaviləsinin bağlanmaması qız evinin, yəni cavabdehlərin Cavabdeh1 Məbud oğlunun, Cavabdeh2 qızının, Cavabdeh3 hərəkətləri ilə bağlı olmuşdur. Tərəfimdən cavabdehlərdən 11.180 manat maddi ziyanın tələbi qanuni və əsaslıdır. Qızın nişanlanmaq üçün xərclənən pul müəyyən məqsədlə və bu məqsədin nədən ibarət olduğunu qarşı tərəf də bilir, bununla. qarşı tərəf nikaha daxil olmaqla bağlı vəd verir, lakin vədinə xilaf çıxması digər tərəfin hüquqlarının pozulmağı ilə nəticələnir ki, bu da vəziyyətin əvvəlki formasına qayıtmasını şərtləndirir. Odur ki, Astara rayonun Təngərüd kənd sakinləri Cavabdeh1, Cavabdeh2 qızından, Cavabdeh3 nişan və toy xərcləri 8680 (səkkiz min altı yüz səksən) manatının, bayramlarda aparılmış hədiyyələrə görə 2500(iki min beş yüz) manatının İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçı tərəfdən onlardan tələb edilən bir baş iribuynuzlu heyvanın dəyəri olan 600 manatı qəbul edir. Əlavə olaraq bildirdi ki, iddiaçı onlara 5000 ədəd mişar daşı deyil 1200 ədəd mişar daşı gətirmişdir. Onun dəyəri 1200 manat təşkil edir.Əlavə olaraq bildirdi ki,donu onların üzləri almışlar və nişan üzüyü iddiaçının özündədir. Məhkəmədə Cavabdeh2 qızı iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçı tərəfdən onlardan tələb edilənbir baş iribuynuzlu heyvanın dəyəri olan 600 manatı qəbul edir. Əlavə olaraq bildirdi ki, iddiaçı onlara 5000 ədəd mişar daşı deyil 1200 ədəd mişar daşı gətirmişdir.Onun pulunu verməmişlər. Əlavə olaraq bildirdi ki,donu onların üzləri almışlar və nişan üzüyü iddiaçının özündədir.İddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızını dinləyib, iş materiallarında olan ekspert rəyini nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Astara Rayon İHB-nın Pəlikeş kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Astara rayonu, Şümrüd kəndində yaşayır. İş materiallarında olan AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Astara rayonu, Şümürüd kəndində anadan olmuşdur. İş materiallarında olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. İş materialında olan əlyazmadan görünür ki, kələ 100 kq. 600 manat, daş 5000 ədəd, 5000 manat, nişan üzüyü 3000 manat, gəlin üçün don 80 manat. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı oğlunun nişanı üçün cavabdehlərə bir baş iribuynuzlu heyvan 600 manat dəyərində və 1200 ədəd mişar daşı vermişdir.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə görə, bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya. Həmin Məcəllənin 1092.1.2-ci maddəsinə görə, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2-ci maddəsinə görə Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-ci maddəsinə görə Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Məhkəmədə iddiaçı iddiasınının nişan üzüyü, gəlinlik donu və mişar daşının bir hissəsi hissəsində sübut edə bilmədi və o barədə sübutları məhkəməyə təqdim etmədi. Şərh edilənləri və cavabdehlərin iddianı qismən qəbul etmələrini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı və Cavabdeh3, müştərək qaydada, 1800 (min səkkiz yüz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı və Cavabdeh3, müştərək qaydada, 1800 (min səkkiz yüz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-690/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-690/2025
17.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver