Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-695/2023 12.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun ödənilməsi tələbinə dair» kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun ödənilməsi tələbinə dair» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 1115 (bir min yüz on beş) manat, 92 (doxsan iki) qəpik, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki) manat, 18 (on səkkiz) qəpik və borca illik 5%-lə hesablanmış 102 (bir yüz iki ) manat, 29 (iyirmi doqquz) qəpik əldən çıxarmış faydanın Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki,Cavabdeh (bundan sonra cavabdeh ) İddiaçı ASC-yə (bundan sonra “iddiaçı” və ya “Bank”) məxsus plastik kart cavabdeh tərəfindən istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından ona aid olan olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının №********************) 22 iyun 2021-ci il tarixində “onlayn” ödəniş əməliyyatları icra etmişdir. Nəticədə Cavabdeh banka cəmi 1115 (bir min yüz on beş) manat 92 (doxsan iki) qəpik ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Mülki işin materiallarında olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh ona məxsus kart hesabından (№********************) 16 iyun 2021-cü il və 17 iyun 2021-ci il tarixlərdə ödənişlər etmişdir. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 32 (otuz iki) manat, 18 (on səkkiz) qəpik dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmədə aydın oldu ki, İddiaçı ASC-nin Cavabdeh ona məxsus kart hesabından ona aid olan olmayan bankın vəsaitini 22 iyun 2021-ci il tarixində bir neçə dəfə əməliyyatlar apararaq istifadə etməklə 1115 (bir min yüz on beş) manat, 92 (doxsan iki) qəpik pul çıxartması öz təsdiqini tapmamışdır. Kartı üzrə çıxarışdan məlum olur ki, Cavabdeh tərəfindən 16 iyun 2021-cü il və 17 iyun 2021-ci il tarixlərdə ödənişlər edilmişdir. Məhkəmədə həmçinin o da aydın oldu ki, iddiaçı tərəfindən Cavabdeh ilə plastik karta dair olan müqavilə ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırki mülki işdə isə Cavabdeh 22 iyun 2021-ci il tarixində bir neçə dəfə əməliyyatlar apararaq istifadə etməklə 1115 (bir min yüz on beş) manat, 92 (doxsan iki) qəpik pulu çıxartmaqla əsassız olaraq varlanması öz təsdiqini tapmamışdır. Ona görə də, Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun ödənilməsi tələbinə dair» kiçik iddiası əsassız olmasına görə rədd edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-695/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-695/2023
12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver