Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-699/2024 08.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5600 (beş min altı yüz) manat məbləğində pulun, 01 (bir) ədəd qızıl üzüyün və ya onun dəyəri olan 300 (üç yüz) manatın, həmçinin ödənilmiş 79 (yetmiş doqquz) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X5 iddianı müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tanışı Cavabdeh 10 avqust 2023-cü il tarixində 1600 manat və 30 oktyabr 2023-cü tarixində 4000 (dörd min) manat məbləğində borca pul vermiş, həmçinin 01 ədəd 300 manat dəyərində qızılı Cavabdeh kredit borcuna görə vermişdir. Dəfələrlə Cavabdeh ona olan borcunu qaytarmasını xahiş etsə də bir manat belə qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 5600 (beş min altı yüz) manat məbləğində pulun, 01 ədəd qızıl üzüyün və ya onun dəyəri olan 300 manatın, həmçinin ödənilmiş 79 (yetmiş doqquz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, borc müqaviləsində göstərilən 1600 (min altı yüz) manat pulu İddiaçın borc olaraq almış və müqaviləni imzalamışdır. Lakin xx.xx.2023-cü il tarixli qəbzdə nəzərdə tutulan 4000 (dörd min) manat məbləğdə pulu İddiaçı ona verməmiş, faiz kimi borc hesablamışdır. 01 (bir) ədəd qızıl üzüyü o, görməmişdir. İddianı 4000 (dörd min) manat borc və 01 (bir) ədəd qızıl üzüklə bağlı hissədə qəbul etmir. İddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi X3 və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA******* seriyalı və nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, İddiaçı xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın yanında Astara şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 7E-5519 nömrəli etibarnamə sənədindən görünür ki, İddiaçı etibarnamədə nəzərdə tutulan səlahiyyətlərini həyata keçirməyi xx.xx.2029-cu il tarixədək X4 etibar etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsiylə əlaqədar 79 (yetmiş doqquz) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əlyazma kağızında qeyd olunanlardan görünür ki, Cavabdeh İddiaçı borc aldığı 4000 (dörd min) manat məbləğdə pulu xx.xx.2024-cü il tarixədək geri qaytaracağını öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 1600 (min altı yüz) manat məbləğində borc pul almış və müqavilə şərtlərinə uyğun geri qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh yazılı kağız üzərində qeyd edilənlər əsasında 5600 (beş min altı yüz) manat məbləğində pul verib. Cavabdeh İddiaçı cəmi 1600 (min altı yüz) manat qaytarmaq şərti ilə borc pul aldığını, 4000 (dörd min) manat məbləğdə pulun isə faiz kimi nəzərdə tutulduğunu bildirsə də, bu barədə sübutları məhkəməyə təqdim edə bilmədi. “İnsan Hüquqları və X7 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5600 (beş min altı yüz) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 79 (yetmiş doqquz) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5600 (beş min altı yüz) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 79 (yetmiş doqquz) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 01(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-699/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-699/2024
08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver