Məhkəmə qərarları › İş №2(018)-70/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-70/2023

15.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-70/2023 15.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və X2 cavabdeh Abdullayeva (Cəlilova) Bibixanım Cəlil qızına qarşı “Maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X4 cavabdeh Abdullayeva (Cəlilova) Bibixanım Cəlil qızına qarşı “Maneələrin aradan qaldırılması tələbinə dair” iddia qaldıraraq, cavabdeh Abdullayeva (Cəlilova) Bibixanım Cəlil qızı tərəfindən Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı, onların mülkiyyyətinə verilmiş, Astara rayonu Təngərüd kəndi ərazisində yerləşən, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-356 (Kod:********) nömrəli şəhadətnamədə qeyd edilən 0,09 hektar həyətyanı torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin adlarına rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşlarına yaradılan süni maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 məhkəmə iclasında iştirak etmədi onu məhkəmədə nümayəndəsi (qardaşı) İddiaçı1 təmsil etdi. Məhkəmə mülki işə iddiaçı X2 iştirakı olmadan baxmağı mümkün hesab etdi. İddiaçı1 məhkəmə iclası zamanı iddianı müdafiə edib verdiyi izahatında bildirdi ki, ona və ailə üzvülərinin mülkiyyətinə Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı ilə, Astara rayonu Təngərüd kəndi ərazisində yerləşən, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-356 (Kod:********) nömrəli şəhadətnamədə qeyd edilən 0,09 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Onlar həmin 0,09 hektar həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. Onlar qeyd edilən 0,09 hektar həyətyanı torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almaq istəsələrdə cavabdeh Abdullayeva (Cəlilova) Bibixanım Cəlil qızı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşlarına müvafiq ölcmə işləri aparılması üçün müəyyən maneələr yaradır və onlara öz işlərini aparmağa imkan vermir. Bu isə onların mülkiyyət hüquqlarının pozulmasına, mülkiyyətlərində olan daşınmaz əmlakdan istifadə etmələrinə imkan vermir. Buna görə də, 28 mart 2022-ci il tarixli, qeydiyyat nömrəsi ********* saylı müraciət DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi 08 aprel 2022-ci il tarixli, **********99 saylı, “Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında bildiriş”-lə rədd etmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Abdullayeva (Cəlilova) Bibixanım Cəlil qızı izahat verərk bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, o, iddiaçıların mülkiyyətində olan 0,09 hektar həyətyanı torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin ölçülməsinə maneələr yaratmamışdır. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən şahid X5 ifadəsində göstərdi ki, o, Astara rayonu Təngərüd kəndində, tərflərin qonşuluğunda yaşayır. İddiaçı1 mülkiyyətində olan 0,09 hektar həyətyanı torpaq sahəsində və onun üzərində inşa edilmiş fərdi yaşayış evində olcmə işləri apardırarkən cavabdeh Abdullayeva (Cəlilova) Bibixanım Cəlil qızı onlara maneə yaratmışdır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmaldır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı1 xx xxxxxx 1954-cü il tarixdə anadan olmaqla Astara rayonu Təngərüd kəndində yaşayır. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-356 (Kod:********) nömrəli şəhadətnamənin surətindən məlum olur ki, iddiaçılar İddiaçı1 və X2 və onların anaları X1 mülkiyyətlərinə Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı ilə, Astara rayonu Təngərüd kəndi ərazisində 0,09 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamənin” surətindən məlum olur ki, X3 10 may 2002-ci il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı1 ünvanladığı “Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” 08 aprel 2022ci il tarixli, **********99 saylı, bildiriş məktubundan görünür ki, 0,09 hektar həyətyanı torpaq sahəsinə dair vərəsəlik üzrə yaranmışmülkiyyət hüquqlarının müvafiq qeydiyyatlarının aparılması məqsədi ilə faktiki yerində müayinə aparılmaqla, koordinat nöqtələri dəqiqləşdirilməli, mövcud vəziyyətə uyğun olaraq həmin həyətyanı torpaq sahəsinin plan və ölcüsü tərtib edilməlidir. Faktiki yerində müayinə aparılması üçün İddiaçı1 tərəfindən şərait yaradılmadığına görə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçı Astara Rayon Məhkəməsinin sorğusuna 18 aprel 2023-cü il tarixli cavab məktubundan məlum olur ki, qanunverciliyə uyğun olaraq 0,09 hektar həyətyanı torpaq sahəsinə tərəflərin iştirakı ilə faktiki yerində müayinə aparılmasına (çöl ölcmə işlərinə) həmin ərəfədə aidiyyəti mütəxəssislərimizə şərait yaradılmadığından 28 mart 2022-ci il tarixli, qeydiyyat nömrəsi ********* saylı müraciətin icrasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçıların və analarının mülkiyyətinə Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı ilə, Astara rayonu Təngərüd kəndi ərazisində yerləşən, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-356 (Kod:********) nömrəli şəhadətnamədə qeyd edilən 0,09 hektar həyətyanı torpaq sahəsi verilmiş, onlar həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. İddiaçılar tərəfindən qeyd edilən daşınmaz əmlaklara onların adına müvafiq qeydiyyatın aparılması üçün iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət olunmuş, buna görə də həmin idarənin əməkdaşları tərəfindən torpaq sahəsinə və fərdi yaşayış evinə faktiki yerində müayinə aparılmasına (çöl ölcmə işlərinə) yerində baxış keçirilməsi üçün mübahisəli torpaq sahəsinə gedilmiş, həmin vaxt cavabdeh Abdullayeva (Cəlilova) Bibixanım Cəlil qızı tərəfindən faktiki yerində müayinə aparılmasına (çöl ölcmə işlərinə) maneələr yaradılmışdır. İşin faktiki hallarından göründüyü kimi hazırda torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə görə iddiaçı və cavabdeh arasında mübahisə yaranmış, iş üzrə cavabdeh olan cavabdeh Abdullayeva (Cəlilova) Bibixanım Cəlil qızı torpaq sahəsinin ölçülməsi üçün mübahisə predmeti olan torpaq sahəsinə gəlmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşlarının işinə maneçilik yaratmış və müvafiq sənədləşmənin həyata keçirilməsini mümkünsüz etmişdir. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə ülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

4. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 6.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ:

İddiaçı1 və X2 cavabdeh Abdullayeva (Cəlilova) Bibixanım Cəlil qızına qarşı “Maneələrin aradan qaldırılması tələbinə dair” iddiası təmin edilsin. Cavabdeh Abdullayeva (Cəlilova) Bibixanım Cəlil qızı tərəfindən Astara rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1997-ci il tarixli, 88 saylı qərarı, iddiaçılar İddiaçı1 və X2 mülkiyyyətinə verilmiş, Astara rayonu Təngərüd kəndi ərazisində yerləşən, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-356 (Kod:********) nömrəli şəhadətnamədə qeyd edilən 0,09 hektar həyətyanı torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin ölçülməsinə edilən süni maneələr aradan qaldırılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Sədrlik edən: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar