Məhkəmə qərarları › İş №2(018)-70/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-70/2024

01.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-70/2024 01.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona vürdüğu 2815 (iki min səkkiiz yüz on beş ) manat maddi ziyanı və ödənilmiş 50 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstəmişdi ki, onun mülkiyyətində “Ford Tranzit” markalı, **-HR-*** dövlət nömrə nişanlı minik avtomobili vardır. 12 avqust 2023 - cü il tarixdə, saat 21:25 radələrində idarə etdiyi avtomaşınla yolda Astara rayonu Ərçivan qəsəbəsi ərazisində hərəkətdə olduğu zaman Astara rayonu Ərçivan qəsəbə sakini Cavabdeh məxsus, asfalt örtüklü yolda nəzarətsiz qoyulmuş 01 baş iribuynizlu heyvana dəymiş və nəticədə avtomobilinə maddi ziyan dəymişdir. Hadisə yerinə gəlmiş DYP əməkdaşları hadisəni qeydə almış və heyvan sahibi Cavabdeh barəsində Azərbaycan Respublikası İXM - nin 338.7 - ci maddəsi ilə inzibati iş başlanmış və Astara rayon Məhkəməsi onu 12 avqust 2023 - cü il tarixdə 100 (bir yüz) manat cərimə etmişdir. Cavabdeh inzibati materiala baxılarkən, məhkəmə iclası zamanı təqsirini boynuna almış, sahibliyində olan iribuynuzlu heyvanın ona məxsus olmasını və həmin heyvanı nəzarətsiz saxladığını etiraf etmişdir, lakin o, avtomaşına vurduğu maddi ziyanı ödəməkdən imtina etmişdir. Maşına mütəxəssis tərəfindən baxış keçirilmiş və avtomaşına vurulmuş maddi ziyan müəyyən edilmişdir. Belə ki avtomaşına aşağıdakı miqdarda maddi ziyan vurulmuşdur: kapot qabaq - 350 manat, bufer qabaq - 300 manat, fara- 1 ədəd, sağ- 170 manat, setka- 45 manat, alın şüşəsi- 350 manat, kondisanerin hava qabı- 95 manat, matorun hava filter qabı- 160 manat, buferin dumannısı- 40 manat, radiatorun baçoku- 35 manat, matorun üst krişkası- 80 manat, matorun su radiyatoru- 270 manat, kondisonerin radiatoru- 300 manat, elektro lopus- 120 manat, dəmir işi- 200 manat, rəng işi- 300 manat olmaqla cəmi vurulmuş ziyanın miqdarı 2815 (iki min səkküz yüz on beş) manat təşkil etmişdir. Cavabdeh səhlənkarlığı nəticəsində ona 2815 (iki min səkküz yüz on beş) manat maddi ziyan vurmuş, lakin o, həmin ziyanı ödəmək istəmir. Dəfələrlə ona xəbər göndərilməsinə baxmayaraq o, həmin xəbərdarlıqlardan heç bir nəticə çıxarmamışdır. Astara rayonu Ərçivan qəsəbə sakini Cavabdeh 2815 (iki min səkkiz yüz on beş) manat vurulmuş maddi ziyanı və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək, ona qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarında olan ekspert rəyini nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 3(018)-711/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2016-ci il tarixli nəqliyyat vasitəsinin şəhadətnaməsindən görünür ki, “Fort Tranzit” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 məxsusdur. İş materiallarına əlavə edilmiş 7E-3326 nömrəli etibarnamə sənədindən görünür ki, “Fort Tranzit” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 tərəfindən 30 mart 2022-ci ildən 18 fevral 2029-cu il tarixədək İddiaçı etibar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli № 3-16-16/2-9/2067/2024 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş xx.xx.2023-cü il tarixli 110778 nömrəli qüsur aktında baş vermiş yol-nəqliyyat hadisə nəticəsində 2009-cu il buraxılışlı, “Fort Tranzit” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2815 (iki min səkkiz yüz on beş) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildiki, İddiaçı 12 avqust 2023-cü il tarixdə saat 21:25-də idarə etdiyi “Fort Tranzit” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Ərçivan qəsəbəsində hərəkətdə olduğu zaman Cavabdeh məxsus, asfalt örtüklü yolda nəzarətsiz qoyulmuş 01 baş iri buynuzlu heyvana dəymiş və nəticədə idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə və ekspert rəyinə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilərək, Cavabdeh 2815 (iki min səkkiz yüz on beş) manat dəymiş maddi zərər və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE**********002088501 hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2815 (iki min səkkiz yüz on beş) manat dəymiş maddi zərər və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE**********002088501 hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar