Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-700/2023 22.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 İddiaçı ASC-nin Cavabdeh qarşı «Borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Nazim Babayev Cavabdeh qarşı «Borc tələbinə dair» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2943 (iki min doqquz yüz qırx üç) manat, 13 (on üç) qəpik əsas kredit borcu, 16 (on altı) manat, 57 (əlli yeddi) qəpik kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 2959 (iki min doqquz yüz əlli doqquz) manat, 70 (yetmiş) qəpik borcu və 49 (qırx doqquz) manat, 60 (altmış) qəpik ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Rest№012CASA193640030 saylı güzəştli kredit müqaviləsinə əsasən cavabdehə bir il güzəşt müdddəti olmaqla, beş il müddətinə illik 1% dərəcəsi ilə 2943 (iki min doqquz yüz qırx üç) manat, 13 (on üç) qəpik məbləğində kredit verilmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 20 aprel 2023-cü il tarixinə İddiaçı ASC-nə 2943 (iki min doqquz yüz qırx üç) manat, 13 (on üç) qəpik əsas, 16 (on altı) manat, 57 (əlli yeddi) qəpik faiz, cəmi 2959 (iki min doqquz yüz əlli doqquz) manat, 70 (yetmiş) qəpik borcu yaranmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 49 (qırx doqquz) manat, 60 (altmış) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, Rest№012CASA193640030 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh bir il güzəşt müdddəti olmaqla, beş il müddətinə illik 1% dərəcəsi ilə 2943 (iki min doqquz yüz qırx üç) manat, 13 (on üç) qəpik məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 20 aprel 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2943 (iki min doqquz yüz qırx üç) manat, 13 (on üç) qəpik əsas kredit borcu, 16 (on altı) manat, 57 (əlli yeddi) qəpik faiz, cəmi 2959 (iki min doqquz yüz əlli doqquz) manat, 70 (yetmiş) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sonuncu bildirişdən görünür ki, İddiaçı KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Rest№012CASA193640030 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 49 (qırx doqquz) manat 60 (altmış) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, Rest№012CASA193640030 saylı güzəştli kredit müqaviləsi üzrə 2943 (iki min doqquz yüz qırx üç) manat 13 (on üç) qəpik əsas borc, 16 (on altı) manat 57 (əlli yeddi) qəpik faiz, cəmi 2959 (iki min doqquz yüz əlli doqquz) manat 70 (yetmiş) qəpik və dövlət rüsumu üçün ödənilmiş 49 (qırx doqquz) manat 60 (altmış) qəpik məbləğində pul alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-700/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-700/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver