Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-706/2024 08.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 oğlunun katibliyi, İddiaçı və cavabdeh X3 iştirakları ilə, İddiaçi İddiaçı cavabdeh X4 qarşı «alimentin miqdarının artırılması tələbi»ня dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 07 may 2024-cü il tarixdə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, 17 oktyabr 2006-ci il təvəllüdlü X7 və 29 noyabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılıb, cavabdeh X2 hər ay hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə iki uşağa görə 500 sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, həmçinin ödənilmiş 55 manat mediasiya xərcinin və 48 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə verərək, X2 hər ay 250 manat sabit pul məbləğində alimentin alınaraq 29 нойабр 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanаdək saxlanılması üçün xeyrinə verilməsi qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Astara Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(018)-838/2019 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, birgə nikahlarından olan 17 oktyabr 2006-ci il təvəllüdlü X7 və 29 noyabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılıb, cavabdeh X2 hər ay hər uşaq üçün 110 manat olmaqla ümumilikdə iki uşağa görə 220 sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamənin qəbul olunduqdan bir müddət sonra barışmışlar. Barışdıqlarına görə alimentdən imtina etmişdir. Hazırda cavabdehlə münasibətləri korlanmış, ъавабдещ uşaьына heç bir maddi yardım göstərmir. Hal-hazırda uşaqlarından 17 oktyabr 2006-ci il təvəllüdlü X7 atası X3 yanında qalır. 29 noyabr 2010-cu il təvəllüdlü X9 isə onun himayəsində qalır. Aliment qətnaməsi qəbul olunandan sonra 5 (beş) ilə yaxın müddət keçmişdir və hazırki dövrə münasibətdə həmin məbləğ uşağın saxlanması üçün real deyil. Bir uşaq üçün 110 (yüz on) manat aliment həddən artıq azdır. Tələb etdiyi məbləğdə alimentin məhkəmə tərəfindən təyin edilməməsi uşağının mənafeyinə uyğun olmaz. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X6 izahatında göstərdi ki, iddianı qismən qəbul edir. Belə ki, İddiaçı ilə münasibətləri korlandığı üçün ayrılmışlar. Uşaqlarını saxlamaqdan imtina etmir. Hal-hazırda heç yerdə işləmir. Uşaqlarından 17 oktyabr 2006-ci il təvəllüdlü X7 onun himayəsində qalır. Tələb olunan məbləğdən hər ay 200 manat miqdarında alimenti гызынын сахланылмасы цчцн ödəyə bilər. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı və cavabdeh X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır:
1. Şəxsiyyət vəsiqəsinin surətindən və yaşayış yeri barədə arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır.
2. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 şəhəri, S.Vurğun küçəsin bina 4, mənzil 12-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.
3. İş materiallarda olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X6 ilə İddiaçı birgə nikahlarından 17 oktyabr 2006-ci il təvəllüdlü X7 və 29 noyabr 2010-cu il təvəllüdlü X9 adlı iki uşaqları dünyaya gəlmişdir.
4. Astara Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(018)-838/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı «aliment tələbi»nə dair iddiası qismən olunaraq, cavabdeh X2 hər ay hər uşaq üçün 110 (yüz on) manat olmaqla, ümumilikdə iki uşağa 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq 17 oktyabr 2006-ci il təvəllüdlü X7 və 29 noyabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi qət olunmuşdur.
5. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 48 (qırx səkkiz) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir.
5. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” ayarışdan görünür ki, 23 yanvar 2024-cü il tarixində, saat 11:00 keçirilməli olan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmişdir. İddiaçı 55 (əlli beş) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırki dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı müvafiq xərclərin miqdarından fərqlənir. Bundan başqa uşaq böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı da artır. Məhkəmə hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı 2019-cu ildə müəyyən olunmuş və həmin azyaşlı uşaq üçün 110 manat aliment kəsilmişdir. Hazırda uşaq məktəbli olmaqla, onun saxlanılması üçün xərclər də artmışdır. Məhkəmə iddiaçının alimentin müəyyən olunmuş miqdarının artırılması barədə iddiasının qismən təmin edilməsini, alimentin miqdarı 200 manat müəyyən olunmasını əsaslı və qanuni hesab edir. Hazırki vaxtda bir uşağın 110 (yüz on) manat aliment məbləği ilə saxlanılmasını məhkəmə uşağın saxlama xərclərinə qeyri-mütənasib hesab edir və ona görə də iddiaçının iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq maraqları, Azərbaycan Respublikası üzrə uşaqlar üçün yaşayış minimumunun məbləği nəzərə alınmaqla uşağın mənafeyinə cavabdehdən hər ay 200 manat məbləğində alimentin tutulması hazırki işin faktiki hallarına və sadalanan hüquq normalarının tələblərinə uyğun olmaqla əsaslı və ədalətlidir. Əks halda, hazırki işdə xeyrinə aliment tutulan uşağın maraqları əhəmiyyətli dərəcədə pozulmuş olar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri isə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından müəyyən olundu ki, 23 yanvar 2024-cü il tarixində, saat 11:00 keçirilməli olan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmişdir. İddiaçı 55 (əlli beş) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Ona görə də, 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərcini cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddiaçı cavabdeh X4 qarşı «alimentin miqdarının artırılması tələbinə» dair iddiası qismən təmin edilsin.
2. Astara Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(018)-838/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın.
3. 29 noyabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. İddiaçı tərəfindən ödənilən 48 (qırx səkkiz) manat dövlət rüsumu və 55 (əlli beş) manat məbləğində olan mediasiyaya dair xərc, cəmi 103 (yüz üç) manat pul cavabdeh X2 alınıb İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamin İbrahimov