Məhkəmə qərarları › İş №2(018)-707/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-707/2023

31.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-707/2023 31.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Səyyat oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(018)-1523/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh Səyyat oğlundan hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Astara rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(018)-1523/2016 saylı qətnaməsinə əsasən birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh Səyyat oğlundan hər ay uşağa görə 80 (səksən) manat pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Cavabdehlə aralarındakı razılığa görə cavabdeh könüllü olaraq ona alimenti ödəyəciyini, lakin cavabdeh verdiyi vədə əməl etməmişdir. Belə ki, qiymətlərin artırılması ilə və geyim paltarlarının, ərzağ məhsullarının qiymətləri artırılması ilə əlaqədar o uşağları saxlamağda çox çətinlik çəkir. Cavabdeh yaxşı qazanc əldə edir, lakin öz doğma balalarına heç bir köməklik etmir və onlaramaddiyardımgöstərmir.Alimentinsabit pul məbləğində ödənilməsi məqsədəmüvafiqdir.Göstərilənlərə əsasən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh Səyyat oğlundan hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh Səyyat oğluna qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh Səyyat oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh Səyyat oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib,iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(018)- 1523/2016 saylı qətnaməsinə əsasən birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh Səyyat oğlundan hər ay uşağa görə 80 (səksən) manat pul məbləğində aliment alınaraq İddiaçı qızna verilməsi qət edilmişdir. İş materiallarında olan AZE ******** şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Astara rayonu Artupa kəndində qeydiyyatdadır. Belə ki məhkəmə iclasında müəyyən edildi ki, Astara Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(018)-1523/2016 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh Səyyat oğlundan hər ay uşağa görə 80 (səksən) manat pul məbləğində aliment alınaraq İddiaçı qızna verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2023cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(018)-1523/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh Səyyat oğlundan hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(018)-1523/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh Səyyat oğlundan hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar