Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-713/2023 13.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin PİKÜMİD-nin Regional Məhkəmə Hüquq şöbəsinin baş hüquqşunası Elməddin Məmmədov Cavabdeh qarşı «borc tələbi barədə» iddia verərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3099 (üç min doxsan doqquz) manat, 35 (otuz beş) qəpik əsas, 690 (altı yüz doxsan) manat, 42 (qırx iki) qəpik faiz üzrə, 26 (iyirmi altı) manat, 84 (səksən dörd) qəpik cərimə, cəmi 3816 (üç min səkkiz yüz on altı), 61 (altmış bir) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 58 (əlli səkkiz) manat, 57 (əlli yeddi) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 2588sNFT/20 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Bank ”Borcalan”a 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) 10.000 manatadək məbləğdə kredit limiti ayrılır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Ödəniş kartında olan kredit xəttindən istifadəyə görə minimum 1% maksimum 5% nağdsız əməliyyatlar üzrə isə 0% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı Borclan tərəfindən əlavə olaraq ödənilir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit xətti 36 ay müddətinə (kredit xəttindən istofadə müddəti), illik 36 %-dək olmaq şərtilə ayrılır. Kredit xəttindən istofadə müddətində kredit üzrə hər ay minimum bu borclar ödənilməidir. Kredit xəttindən istifadəyə görə komissiya, hesablanmış faiz borcu, taksitli alış-verişlər üzrə cari ayın taksit borcu və kredit xəttindən nağdlaşdıran məbləğin 5%-i (min.10 manat). Kredit xəttinin müddəti bitdikdən sonra, növbəti il 12 ay, 36 ay müddətinə təsadüf edən kredit xəttindən istifadə olunan məbləğin 5%-i, taksitli alış-veriş üzrə isə taksit ödənişləri həyata keçirilir, növbəti 12 ay isə “Borcalan” tərəfindən qalıq borc məbləğinin ödənilməsi annuitet cədvəli əsasında (aylıq ödəniş məbləği minimum 20 manat olmaq şərtilə) həyata keçirilir və bu zaman “ Bank” bu müqavilə üzrə nəzərdə tutulmuş illik faiz dərəcəsini 40%-dək artıra bilər. Tərəflər arasında bsğlsnmış müqavilənin 4.2.16-cı maddəsinə əsasən borcverən bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 58 (əlli səkkiz) manat, 57 (əlli yeddi) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 18 mart 2020-ci il tarixli, 2588sNFT/20 saylı kredit müqaviləsindən görünür ki, Bank ”Borcalan”a 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) 10.000 manatadək məbləğdə kredit limiti ayrılır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş 4 may 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 2588sNFT/20 saylı kredit müqaviləsi üzrə 3099 (üç min doxsan doqquz) manat, 35 (otuz beş) qəpik əsas, 690 (altı yüz doxsan) manat, 42 (qırx iki) qəpik faiz üzrə, 26 (iyrmi altı) manat, 84 (səksən dörd) qəpik cərimə, cəmi 3816 (üç min səkkiz yüz on altı), 61 (altmış bir) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 18 mart 2020-ci il tarixli, 2588sNFT/20 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 18 mart 2020-ci il tarixli, 2588sNFT/20 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 26 (iyrmi altı) manat, 84 (səksən dörd) qəpik məbləğində dəbbə pulu azaldılaraq 06 (altı) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 58 (əlli səkkiz) manat, 57 (əlli yeddi) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18 mart 2020-ci il tarixli, 2588sNFT/20 saylı kredit müqaviləsi üzrə 3099 (üç min doxsan doqquz) manat, 35 (otuz beş) qəpik əsas, 690 (altı yüz doxsan) manat, 42 (qırx iki) qəpik faiz üzrə, 06 (altı) manat cərimə, cəmi 3795 (üç min yeddi yüz doxsan beş) manat, 77 (yetmiş yeddi) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 58 (əlli səkkiz) manat, 57 (əlli yeddi) qəpik qəpik dövlət rüsumu alınıb iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia cərimə ilə bağlı 20 (iyrmi) manat, 84 (səksən dörd) qəpik hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-713/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-713/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver