Məhkəmə qərarları › İş №2(018)-720/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-720/2023

06.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-720/2023 06.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, İddiaçı firmasının Cavabdeh qarşı “Pul tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı firmasının drektoru X4 tərəfindən imzalanmış iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 (bir min) ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 37 (otuz yeddi) manat pulun alınıb, İddiaçı firmasının xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı firmasının drektoru X4 məhkəməyə teleqrama ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı firmasının drektoru X1 iştirakı olmadan baxılmasını mümükn hesab etmişdir. İddiaçı firmasının drektoru X4 tərəfindən imzalanmış iddia ərizəsindən məlum olur ki, X4 ilə Cavabdeh arasında bağlanmış şifahi razılaşmaya əsasən Cavabdeh İddiaçı firması üçün sayt yığmalı və bunun müqabilində isə Cavabdeh 3000 (üç min) ABŞ dolları məbləğində pul ödənilməli idi. X4 tərəfindən ilkin olaraq Cavabdeh 1000 (bir min) ABŞ dolları məbləğində pul ödənilmiş olsa da, Cavabdeh vəd edilən işləri görməmiş, 1000 (bir min) ABŞ dolları məbləğində pulu isə geri qaytarmamışdır. Ona görə də o, məcbur olub, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Kamran Namazov tərəfindən müvafiq araşdırılma aparılmış onların aralarındakı mübahisənin mülki xarakterli olması səbəbində 03 yanvar 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərardanda məlum olur ki, Cavabdeh İddiaçı firması üçün sayt yığması üçün Cavabdeh ilkin olaraq 1000 (bir min) ABŞ dolları məbləğində pul ödənilmişdir. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. O, məhkəməyə teleqramma ilə müraciət edərək, iddianın əsassız olmasına görə təmin edilməməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən şahid X10 məhkəmə iclasında göstərdi ki, o, İddiaçı firmasının əməkdaşıdır. İddiaçı firmasının drektoru X4 ilə Cavabdeh arasında bağlanmış şifahi razılaşmaya əsasən Cavabdeh İddiaçı firması üçün sayt yığmalı və bunun müqabilində isə Cavabdeh 3000 (üç min) ABŞ dolları məbləğində pul ödənilməli idi. X4 tərəfindən ilkin olaraq Cavabdeh 1000 (bir min) ABŞ dolları məbləğində pul ödənilmiş olsa da, Cavabdeh vəd edilən işləri görməmiş, 1000 (bir min) ABŞ dolları məbləğində pulu isə geri qaytarmamışdır. Məhkəmə şahidin ifadəsini dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Kamran Namazov tərəfindən qəbul edilmiş 03 yanvar 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan məlum olur ki, İddiaçı firmasının ona sayt yığılması üçün verilməli 3000 (üç min) ABŞ dolları məbləğində pul 3 hissəyə bölünmüş, ilkin olaraq 1000 (bir min) ABŞ dolları məbləğində pul ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı firmasının drektoru X4 ilə Cavabdeh arasında bağlanmış şifahi razılaşmaya əsasən Cavabdeh İddiaçı firması üçün sayt yığmalı və bunun müqabilində isə Cavabdeh 3000 (üç min) ABŞ dolları məbləğində pul ödənilməli idi. X4 tərəfindən ilkin olaraq Cavabdeh 1000 (bir min) ABŞ dolları məbləğində pul ödənilmiş olsa da, Cavabdeh vəd edilən işləri görməmiş, 1000 (bir min) ABŞ dolları məbləğində pulu isə geri qaytarmamışdır. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi, bu normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Sübutların toplanması və təqdim edilməsi yükü, yəni sübutetmə vəzifəsi bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırki mülki işdə isə cavabdeh X4 tərəfindən sayt yığılması üçün ilkin olaraq Cavabdeh 1000 (bir min) ABŞ dolları məbləğində pul ödənilmiş olsa da, Cavabdeh vəd edilən işləri görməmiş, 1000 (bir min) ABŞ dolları məbləğində pulu isə geri qaytarmamaqla, özündə saxlayıb, əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində gostərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cu bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.” Sadalanan qanunvericilik aktı normalarını və işin faktiki hallarını nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və ona görə də, təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia təmin olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh X5 tutularaq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçı firmasının Cavabdeh qarşı “Pul tələbi barədə” iddiası təmin olunsun. Cavabdeh 1000 (bir min) ABŞ dolları (ödəniş gününə Azərbaycan manatına olan məzənnədə) məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 37 (otuz yeddi) manat pul tutularaq iddiaçı X3 verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov. İddiaçı: X3 AZƏRBAYCAN Astara rayonu, Suparibağ kəndi RESPUBLİKASİ ASTARA RAYONCavabdeh: X7 MƏHKƏMƏSİ Astara rayonu, Ərçivan qəsəbəsi AZ-0700 Astara şəhəri H.Əliyev prospekti 7 Tel: (025) 225-24-30 Fax: (025 ) 225-24-40 № 2(018)-614/2021 “05” 05 2021-ci il Astara Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(018)-614/2021 nomrəli qətnamənin surəti məlumat ücün Sizə göndərilir. Qoşma: qətnaməninın surəti, “_03_” vərəqə. Astara rayon Məhkəməsinin hakimi: Mübariz Məmmədov. AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN Q Ə T N A M Ə ÇİXARİŞ ASTARA RAYON MƏHKƏMƏSİ 03 may 2021-ci il iş № 2(018)-614/2021 Astara şəhəri Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, iddiaçı X2, cavabdeh X6 iştirakı ilə, İddiaçı X2 cavabdeh X7 qarşı “verilmiş pulun geri tələbi barədə” iddiası üzrə mülki işə Astara rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2186-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdeh X7 qarşı “verilmiş pulun geri tələbi barədə” iddiası təmin olunsun. Cavabdeh X5 800 (səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul tutularaq iddiaçı X3 verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar