Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-742/2023 14.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı Lənkəran Regional X2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Lənkəran Regional X2 Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Lənkəran Regional X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, meşə fondu sahəsində özbaşına ağac kəsimi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 172 (bir yüz yetmiş iki) manat 15 qəpik məbləğində pul vəsaiti Cavabdeh tutulub Lənkəran Regional X2 hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı Lənkəran Regional X2 nümayəndəsi X4 iddianı müdafiə edərək göstərdi ki, Lənkəran Regional X2 əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Mərkəzin Əsxənəkəran meşəbəyliyinin 10 saylı meşə dolayısınında reyd keçirilən zaman Astara rayonu Kijəbə İƏD-nin Ovala kənd sakini Cavabdeh qanunsuz ağac kəsərək X7 aparılması faktı müəyyən edilmişdir. İddiaçı Lənkəran Regional X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, meşə fondu sahəsində özbaşına ağac kəsimi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 172 (bir yüz yetmiş iki) manat 15 qəpik məbləğində pul vəsaiti Cavabdeh tutulub Lənkəran Regional X2 hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı Lənkəran Regional X2 nümayəndəsi X3 dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran Regional X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Həcm-Qiymət cədvəlindən görünür ki, Cavabdeh tərəfindən Meşə Fonduna 172.15 manat ziyan vurulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 107 saylı xəbərdarlığ məktubundan görünür ki, Cavabdeh tərəfindən ziyan ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; İş materiallarında olan xx.xx.2023-cü il tarixli 005399 nömrəli akta əsasən, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində Əsxənəkəran meşəbəyliyinin 10 saylı dolayısının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılış orderi olmadan palıd cinsli 1,8 diametrlində 1 ədəd yaş köküstə ağacı 1 metir hündürlükdə özbaşına kəsərək Meşə Fonduna ziyan vurması barədə tərtib edilmişdir. İş materialında olan MN ******* saylı nzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materialında inzibati tənbeh vermə haqqında MN ******* protokolun surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 253.1-ci madəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının MM-nin 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 172 (yüz yetmiş iki) manat 15 qəpik məbləğdə ziyan tutulub Lənkəran Regional X2 bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 172 (yüz yetmiş iki) manat 15 qəpik məbləğdə ziyan tutulub Lənkəran Regional X2 bank hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-742/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-742/2023
14.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver