Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-755/2023 04.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, hakim köməkçisi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı “Kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və Cavabdeh2 qarşı “Kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 324,61 ABŞ dolları əsas kredit borcu, 143,68 ABŞ dolları faiz borcu, 534,78 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 47,05 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 1050, 12 ABŞ dolları və 37,86 manat dövlət rüsumu tələb edir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 19 avqust 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 ilə İddiaçı ASC tərəfindən 18 ay müddətinə, illik 18,5 faiz olmaqla 1200 ABŞ dolları kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. Bundan başqa Cavabdeh2 ilə Bank arasında 19 avqust 2015-ci il tarixli, zaminlik müqaviləsi bağlanmışdır. 19 avqust 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə 26 iyul 2017-ci il tarixdə 01 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) 1131,95 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddətibu Əlavə Saziş imzalandığı tarixdən 26 iyul 2020-ci il tarixə kimi uzadılır və illik 8 faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanır. Cavabdehlərə dəfələrlə şifahi müraciət edilməsinə, bildirişlər göndərilməsinə baxmayaraq onlar borclarını ödəməmişlər. 22 fevral 2023-cü il tarixinədək cavabdehlərin ləğv prosesində olan İddiaçı ASC-nə 324,61 ABŞ dolları əsas kredit borcu, 143,68 ABŞ dolları faiz borcu, 534,78 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 47,05 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 1050, 12 ABŞ dolları kredit borcu yaranmışdır. Odur ki, borcun cavabdehlərdən tutulması xahiş olunur. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul etdi və göstərdi ki, həmin kredit Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın təsiri altına düşür. Ona görə də iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İşə əlavə edilmiş 19 avqust 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən 18 ay müddətinə, illik 18,5 faiz olmaqla 1200 ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 19 avqust 2015-ci il il tarixli, 190008712/ZM saylı zaminlik müqaviləsindən məlum olur ki, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 avqust 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə kreditor qarşısında Cavabdeh1 ilə birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Mülki işə əlavə edilmiş 19 avqust 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə 26 iyul 2017-ci il tarixli 01 nömrəli Əlavə Sazişdən məlum olur ki, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) 1131,95 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddətibu Əlavə Saziş imzalandığı tarixdən 26 iyul 2020-ci il tarixə kimi uzadılır və illik 8 faiz ödənilir. Mülki işə əlavə edilmiş 19 avqust 2015-ci il tarixli, 190008712/ZM saylı zaminlik müqaviləsinə 26 iyul 2017-ci il tarixli 01 nömrəli Əlavə Sazişdən məlum olur ki,Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanır. İşdə olan maliyyə arayışından məlum olur ki, borclunun ləğv prosesində olan İddiaçı ASC-yə 324,61 ABŞ dolları əsas kredit borcu, 143,68 ABŞ dolları faiz borcu, 534,78 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 47,05 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 1050,12 ABŞ dolları kredit borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xəbərdarlığın surətlərindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 xəbərdalıq göndərməklə banka olan kredit borcunu vaxtında qaytarmadığı halda məhkəməyə müraciət ediləcəyini, yaranmış borcun və ona hesablanmış faiz və cərimələrin ödəməsi bildirilmişdir. İşə əlavə edilmiş qəbzin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırılması üçün ümumlikdə 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 27 dekabr 2017-ci il tarixli 2-1 (103)-3194/2017 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 27 dekabr 2017-ci il tarixli 2-1 (103)-3194/2017 saylı qərarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 feral 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə bağlı Problemli kreditlərin komensasiyası ilə bağlı elektron məlumatdan məlum olur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə ödəniş müddəti keçmiş 324,61 ABŞ dolları (551,85 manat ) restruktrizasiyaya təklif olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən əsaslıdır. İşin faktiki hallarına əsasən tərəflər arasında bağlanmış 19 avqust 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ilə İddiaçı ASC tərəfindən 18 ay müddətinə, illik 18,5 faiz olmaqla 1200 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 9.1.-9.3.-cü maddələrinə əsasən məhkəmə çəkişmə prinsipinı riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qeyd olunan maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdeh üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır, o, həmin borc məbləğinin ödənilməsi öhdəliyi üçün məsuliyyət daşıyır. O, kredit müqaviləsinin şərtlərini pozmuş, ona görə əsas borc pul cavabdehdən tutulmalıdır. Lakin nəzərə alınmalıdır ki, hazırkı kredit Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın təsiri altına düşür. Belə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanında qeyd olunmuşdur: -5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; -6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Bununla bağlı problemli kreditlərin kompensasiyası ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının elektron internet səhifəsindən əldə edilmiş çıxarışdan məlum olur ki, kredit razılaşması üzrə ödəniş müddəti keçmiş 113,06 manat borcun azalılmasına yönəlmiş, 97,77 manat restruktrizasiyaya təklif olunmuşdur. Göründüyü kimi, bank dövlətin problemli kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərməsi barədə Fərmanda nəzərdə tutulan təklifi qəbul etmiş və ona görə də həmin Fərmandan irəli gələn tövsiyələrin icrası, o cümlədən vaxtı keçmiş kredit borcu üzrə hesablanmış faizlərin və dəbbə pulunun silinməsi də həmin Bank üçün məcburi olmuşdur. Cavabdeh tərəflə restruktrizasiya olunan məbləğlərlə bağlı yeni müqavilə bağlanmamışdır. Odur ki, iddia faiz və cərimə borclarına münasibətdə əsassız hesab olunmalıdır. Hal-hazırda iddiaçı və cavabdeh tərəfin 324,61 ABŞ dolları (551,85 manat ) kredit borcunun ödənilməsi barədə yeni güzəştli kredit müqaviləsi bağlamadıqları mübahisəsiz haldır. Belə olan halda iddia 324,61 ABŞ dolları (551,85 manat) həddində əsaslı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 324,61 ABŞ dolları (551,85 manat ) əsas borc və ödənilmiş dövlət rüsumuna görə 37,86 manat tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-755/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-755/2023
04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver