Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-756/2023 14.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı Lənkəran Regional X1 nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Lənkəran Regional X1 Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Lənkəran Regional X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Meşə fondu sahəsində özbaşına ağac kəsməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 392 (üç yüz doxsan iki) manat 86 qəpik məbləğində məbləğində pul vəsaiti Cavabdeh Təyyub oğlundan tutulub X5 Təsərrüfatı Mərkəzin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı Lənkəran Regional X1 nümayəndəsi X3 iddianı müdafiə edərək göstərdi ki, Lənkəran Regional X1 əməkdaşlarıtərəfindən xx.xx.2023-cü il tarixdə Mərkəzin Əsxənəkəran meşəbəyliyinin 7 saylı meşə dolayında reyd keçirilən zaman Astara rayonu Əsxənəkəran İƏD-nin Daşandə kənd sakini Cavabdeh Təyyub oğlu qanunsuz ağac kəsərək X6 aparılması faktı müəyyən edilmişdir. Meşə fondu sahəsində özbaşına ağac kəsməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 392 (üç yüz doxsan iki ) manat 86 qəpik məbləğində məbləğində pulvəsaiti Cavabdeh Təyyub oğlundan tutulub Lənkəran Regional X4n hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh Təyyub oğlu iddianı qəbul etməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə onun tərəfindən ağac kəsilməmişdir. Bu barədə o, Lənkəran şəhərində X1 işçilərinə bildirmişdir. Məhkəmə iddiaçı Lənkəran Regional X1 nümayəndəsi X2 və Cavabdeh Təyyub oğlunu dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran Regional X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Həcm-Qiymət cədvəlindən görünür ki, Cavabdeh Təyyub oğlu tərəfindən Meşə Fonduna 392.86 manat ziyan vurulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 103 saylı xəbərdarlığ məktubundan görünür ki, Cavabdeh Təyyub oğlu tərəfindən ziyan ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; İş materiallarında olan xx.xx.2022-ci il tarixli 005359 nömrəli akta əsasən, Cavabdeh Təyyub oğlu tərəfindən xx.xx.2022-ci il tarixində Əsxənəkəran meşəbəyliyinin 7 saylı dolayısının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılış orderi olmadan dəmir cinsli müxtəlif diametrlərdə 05 ədəd yaş köküstə ağacları özbaşına kəsərək Meşə Fonduna ziyan vurması barədə tərtib edilmişdir. İş materialında olan MN ******* saylı nzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Təyyub oğlu İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikasının MM-nin 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 392 (üç yüz doxsan iki) manat 80 qəpik məbləğdə ziyan tutulub Lənkəran Regional X1 bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 392 (üç yüz doxsan iki) manat 80 qəpik məbləğdə ziyan tutulub Lənkəran Regional X1 bank hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-756/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-756/2023
14.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver