Məhkəmə qərarları › İş №2(018)-762/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-762/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-762/2023 04.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli YusifkamaL Elçin oğlunun katibliyi ilə, İddiaçı “Finca Azerbaijan” MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azerbijan” MM QBKT-nın Məhkəmə işləri üzrə hüquqşunası Ramil Heydərov cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tələbinə dair» iddia verərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 519 (beş yüz on doqquz) manat, 52 (əlli iki) qəpik, faiz borcuna görə 00 (sıfır) manat, cərimə borcuna görə 00 (sıfır) manat, cəmi 519 (beş yüz on doqquz) manat, 52 (əlli iki) qəpik məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun “Finca Azerbaijan” MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 14 iyul 2021-ci il tarixli, **********0366 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 30% dərəcəsi olmaqla, 18 ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 105 (bir yüz beş) manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zaminlik müqaviləsi bağlamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğində hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 04 may 2023-cü il tarixində olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borc üzrə 519 (beş yüz on doqquz) manat, 52 (əlli iki) qəpik, faiz borcuna görə 00 (sıfır) manat, cərimə borcuna görə 00 (sıfır) manat, cəmi 519 (beş yüz on doqquz) manat, 52 (əlli iki) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT-nın adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz ) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 14 iyul 2021-ci il tarixli, **********0366 saylı kredit müqaviləsindən görünür ki, borclu Cavabdeh1 ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 30 % dərəcəsi olmaqla, 18 ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 14 iyun 2021-ci il tarixli, **********0***-*******2 saylı zaminlik müqaviləsindən görünür ki, 14 iyul 2021-ci il tarixli, **********0366 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 borclunun öhdəlikləri hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borcla hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 04 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 14 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə 519 (beş yüz on doqquz) manat, 52 (əlli iki) qəpik, faiz borcuna görə 00 (sıfır) manat, cərimə borcuna görə 00 (sıfır) manat, cəmi 519 (beş yüz on doqquz) manat, 52 (əlli iki) qəpik borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 519 (beş yüz on doqquz) manat, 52 (əlli iki) qəpik, faiz borcuna görə 00 (sıfır) manat, cərimə borcuna görə 00 (sıfır) manat, cəmi 519 (beş yüz on doqquz) manat, 52 (əlli iki) qəpik və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb iddiaçı “Finca Azerbaijan” MM QBKTnın xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar