Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-763/2024 14.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 17300 (on yeddi min üç yüz) manat məbləğində pulun, Cavabdeh1 25200 (iyirmi beş min iki yüz) manat məbləğində pulun, həmçinin ödənilmiş 218 (iki yüz on səkkiz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, tanışı Cavabdeh1 xx.xx.2023-cü il tarixində qaytarmaq şərti ilə 25.200 (iyirmi beş min iki yüz) manat məbləğində pul vermişdir. Lakin vaxt tamam olanda pulunu tələb etməyinə baxmayaraq Cavabdeh1 maddi imkanının olmadığını və hazırda pulu ödəyə bilmədiyini bildirdi. Daha sonra Cavabdeh1 2023-cü ilin avqust ayının əvvəllində ondan yenidən 17.300 manat borc pul istədi. Fərmailə 25.200 manat pulu qaytarmadığını bildirmiş, Fərmail də işlədiyi lombardda kassada əskik pulları olduğunu, vəziyyətinin çox pis olduğunu və ona kömək etməyisini xahiş etmişdir. Bu səbəbdən Cavabdeh1 ilə aralarında bağladıqları xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən sonuncuya 17.300 (on yeddi min üç yüz) manat məbləğində pul vermişdir. Cavabdeh1 həmin pulu xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Fərmail əvvəlki borcunu ödəmədiyindən ona verdiyi 17.300 manata görə həmçinin Cavabdeh2 və Cavabdeh3 ilə də borcun təminatı kimi zaminlik müqaviləsi bağlamışdır. Vaxtı çatanda pullarını tələb etsə də hər dəfə Cavabdeh1 imkanı olmadığını, imkanı olan kimi borcunu ödəyəcəyini bildirmiş, lakin bu günə kimi borcundan bir manat belə ödəməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 17.300 (on yeddi min üç yüz) manat məbləğində pulun, Cavabdeh1 25.200 (iyirmi beş min iki yüz) manat məbləğində pulun, həmçinin ödənilmiş 218 (iki yüz on səkkiz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 onlaraq qarşı verilmiş iddianı qəbul edərək bildirdi ki, Cavabdeh1 İddiaçı 17300 (on yeddi min üç yüz) manat məbləğində pulu onun iştirakı ilə borc olaraq almışdır. O, Fərmailə zamin durmuşdur. İddiaçı Cavabdeh1 25200 (iyirmi beş min iki yüz) manat məbləğində pulu verməsi barədə məlumatı vardır. Məhkəmədə şahid X9 bildirdi ki, İddiaçı onun rəfiqəsidir. 2023-cü ildə Cavabdeh1 onun şahidliyi ilə 25.200 (iyirmi beş min iki yüz) manat məbləğində borc pul vermişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı, Cavabdeh2 və şahid X7 dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialında olan xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, müqavilədə göstərilən şərtlərlə İddiaçı Cavabdeh1 17.300 (on yeddi min üç yüz) manat məbləğində borc pul verilmişdir. İş materialında olan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixli borc müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməsinə “borcalanla” eyni həcmdə məsuliyyət daşımasını öhdəsinə götürmüşdür. İş materialında olan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixli borc müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməsinə “borcalanla” eyni həcmdə məsuliyyət daşımasını öhdəsinə götürmüşdür. İş materialında olan xx.xx.2023-cü il tarixli əlyazmadan görünür ki, Cavabdeh1 İddiaçı 25.200 manat pulu X4 şahidliyi ilə almışdır. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1997-ci ildə anadan olmuşdur. İş materialında olan AZE000***** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1980-ci ildə anadan olmuşdur. İş materialında olan AA0263534 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1984-cü ildə anadan olmuşdur. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 1520 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. “İnsan Hüquqları və X6 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh1 İddiaçı müxtəlif vaxtlarda 17300 (on yeddi min üç yüz) manat və 25200 (iyirmi beş min iki yüz) manat məbləğdə borc almış və həmin borcu qaytarmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 17300 (on yeddi min üç yüz) manat, Cavabdeh1 25200 (iyirmi beş min iki yüz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada dövlət rüsumu üçün ödənilmiş 218 (iki yüz on səkkiz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 17300 (on yeddi min üç yüz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Cavabdeh1 25200 (iyirmi beş min iki yüz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada dövlət rüsumu üçün ödənilmiş 218 (iki yüz on səkkiz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-763/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-763/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver