Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-77/2023 15.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsi hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması” iddiası üzrə mülki işə Astara şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(018)-389/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq birgə nikahdan doğulmuş 08 fevral 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xeyrinə verilməsi, həmçinin ödədiyi 50 (əlli) manat mediasiya xərcinin cavabdehdən alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Astara Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(018)-389/2021 nömrəli qətnaməsi ilə 08 fevral 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh alınıb ona verilməsi qət edilmişdir. Müəyyən olunmuş alimentin miqdarı həddindən az olduğunu bildirmişdir. Belə ki, aliment müəyyən edildiyi vaxtdan malların və xidmətlərin qiymətləri xeyli bahalaşmış, eyni zamanda uşağın böyüməsi ilə əlaqədar maddi tələbatlar da artmışdır. Həmçinin, cavabdehin əlavə xərclərə cəlb edilməsində zərurət yarandığını bildirmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki,Astara Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(018)-389/2021 nömrəli qətnaməsi ilə 08 fevral 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəyir. Maddi gəlirinin aşağı olması səbəbindən iddia ilə razı deyil. Ona görə də, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib işdə olan materialları tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətinin və Astara rayonu Pensər kənd İƏDsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxxx 1990-cı il tarixdə anadan olmaqla, Astara rayonu Pensər kəndində atasının fərdi yaşayış evində yaşayır. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnaməsi”-nin təsdiq edilmiş surətindən görünür ki, 08 fevral 2020-ci il təvəllüdlü X3 adlı uşağın atası kimi Cavabdeh, anası kimi isə İddiaçı qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Astara rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(018)- 389/2021 nömrəli qətnaməsindən görünür ki, 08 fevral 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 21 sentyabr 2020-ci il tarixindən başlayaraq Cavabdeh hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 51 (əlli bir) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” ayarışdan görünür ki, 27 oktyabr 2022-ci il tarixində saat 11:00-12:00 arasında keçirilməli olan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 9 gün əvvəlcədən mobil telefon vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Beləliklə də, məhkəmədə müəyyən olundu ki, Astara Rayon Məhkəməsinin 07 iyun 2021ci il tarixli, 2(018)-389/2021 saylı qətnaməsi ilə 08 fevral 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat məbləğində alimentin tutulması qət edilmişdir. Alimentin müəyyən edildiyi vaxtdan malların və xidmətlərin qiymətlərinin xeyli bahalaşdığını, eyni zamanda uşağın böyüməsi ilə əlaqədar maddi tələbatların artdığını iddiaçı alimentin artırılması üçün əsas kimi gətirmişdir. Lakin İddiaçı Cavabdeh aylıq qazancı və gəlirləri barədə məhkəməyə heç bir subut təqdim etmədi. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. İddiaçı aliment miqdarının artırılması ilə bağlı məhkəmədə iddia qaldırmaqla öz tələbini uşaqlarının böyüməsi, maddi tələbatının artması ilə əsaslandırmışdır. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsində tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu təqdirdə, məhkəmə alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi ilə bağlı qətnamə qəbul etməsi göstərilmişdir. İddiaçı bu dəyişikliyin qiymətlərin dəfələrlə artırılması, uşağın böyüməsi və gündəlik tələbatı artırılması ilə əlaqələndirmişdir. Sadalanan qanunvericilik normalarını hazırki mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, alimentin tutulması ilə bağlı qəbul edilmiş qətnamənin çıxarıldığı tarixdən iki ilə yaxın vaxt keçdiyinə və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşdüyünə görə 08 fevral 2020-ci il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməsi üçün iddia qismən təmin edilməli, alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 150 (bir yüz əlli) manat həddində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması” hissəsini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. “Uşaq hüquqları haqqında” 12 noyabr 1989-cu il tarixli BMT Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Həmin Konvensiyanın 7-ci maddəsinə əsasən uşaq doğulduğu andan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq almaq hüququna, habelə mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. Göründüyü kimi, yuxarıda qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideyinlər şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məccələsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkun qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan başqa iddiaçı X3 üçün cavabehin əlavə xərclərdə iştirak etməsinə cəlb edilməsini Məhkəmədən xahiş etsə də, həmin əlavə xərclərin nədən ibarət olmasını heç bir sübutla əlaqələndirmədiyindən, məhkəmə, cavabehin əlavə xərclərə cəlb edilməsini zəruri hesab etmir. Ona görə də, iddia bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehin əlavə xərclərə cəlb edilməsi tələbinə dair” hissəsini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından müəyyən olundu ki, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” ayarışdan görünür ki, 27 oktyabr 2022-ci il tarixində saat 11:00-12:00 arasında keçirilməli olan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 9 gün əvvəlcədən mobil telefon vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İddia qismən təmin edildiyindən 50 (əlli) manat məbləğində olan mediasiyaya dair xərcinin 25 (iyirmi beş) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması” iddiası qismən təmin edilsin. 08 fevral 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Astara rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(018)-389/2021 saylı qətnaməsi ilə qət edilmiş hər ay 120 (yüz iyirmi) manat məbləğində alimentin məbləği artırılaraq hər ay 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin və həmin pul vəsaiti qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş mediasiyaya dair xərcin 25 (iyirmi beş) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin İddia alimentin artırılmasına dair hissəsinin 43 (qırx üç) manat hissəsində və mediasiya xərcinin 25 (iyirmi beş) manat hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-77/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-77/2023
15.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver