Məhkəmə qərarları › İş №2(018)-773/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-773/2024

20.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-773/2024 20.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı İB-nin nümayəndəsi X2 Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı İB-nin nümayəndəsi X1 Nemət Nail oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azəriqaz” İstehsalat Birliyi, X7 İstismarı İdarəsinə dəymiş 640 (altı yüz qırx) manat 80 (səksən) qəpik maddi ziyanın, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 40 (qırx) qəpik xidmət haqqının, cəmi 671 (altı yüz yetmiş bir) manat 20 ( məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB-nin nümayəndəsi X3 elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizələrini müdafiə etdiklərini, məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini bildirib, iddianın təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı İB-nin nümayəndəsi X3 iddia ərizəsində göstərmişdi ki, 25 avqust 2023-cü il tarixində Cavabdeh Astara rayonu, Ərçivan qəsəbə ərazisində idarə etdiyi "VAZ-2106" markalı, **- BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə törətdiyi avtoqəza nəticəsində "Azəriqaz” İB-nin X7 İstismarı İdarəsinin Astara Xidmət Sahəsinin balansında və istismarında olan d=100 mm-lik polad boru mexaniki zərbəyə məruz qalaraq qırılmış, təbii qaz havaya axmışdır. Qəza nəticəsində yaranmış təbii qaz itkisi və kəmərə dəymiş zərər aidiyyatı komissiya tərfindən müvafiq təlimata uyğun hesablanmışdır. Müəyyən edilmişdir ki, qəza nəticəsində "Azəriqaz” İB-nin Lənkəran RQİİ-yə 640,80 (altı yüz qırx manat, səksən qəpik) manat zərər dəymişdir. Astara rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-65/2-23917 saylı məktubundan görünür ki, Astara rayonu, Ərçivan kəndində yaşayan Cavabdeh idarə etdiyi "VAZ-2106" markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobili yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində inzibati protokol tərtib edilmişdir. Astara rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 18 dekabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Astara rayonu, Ərçivan kəndində yaşayan Cavabdeh xx.xx.2023cü il tarixdə idarə etdiyi "VAZ-2106" markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində inzibati protokol tərtib edilmişdir. Astara rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 18 dekabr 2023-cü il tarixli İXP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən 100 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Lənkəran RQİİ-nin Astara Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, Astara rayonu Ərçivan kəndində xx.xx.2023-cü il tarixində "VAZ-2106" markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobili tərəfindən yol nəqliyyat hadisəsi törədilməsi nəticəsində yolun kənarı ilə keçən X7 İstismarı İdarəsinin Astara Xidmət Sahəsinin balansında və istismarında olan d=100 mm-lik qaz xətti mexaniki zərbəyə məruz qalaraq deformasiyaya uğramış, nəticədə qaz xətti yararsız hala düşmüş, gecə saat 22:10-dan saat 22:35ə qədər təbii qaz havaya axmışdır. İddiaçı, X7 İstismarı İdarəsinə dəymiş 640,80 manat maddi ziyanın, ödənilmiş 30,00 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 671,20 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Polis şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə "VAZ-2106" markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində Azərbaycan Respublika İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan Astara Rayon Polis şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində Azərbaycan Respublika İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə növündə tənbeh edilmişdir. İş materiallarında olan Astara Rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Astara rayonu, Ərçivan qəsəbə sakini Cavabdeh idarə etdiyi "VAZ-2106" markalı, **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı, Astara RPŞ-nin İB-nin qərarı əsasında Astara DYPB-də barəsində Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsinə əsasən İXP ******* saylı protokol tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Lənkəran RQİİ-nin Astara Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:10-da Ərçivan qəsəbəsində avtoqəzə zamanı qaz xəttinin zədələnməsi barədə xidmətə məlumat daxil olmuş, məlumat əsasında hadisə yerinə baxış keçirilmiş və məlum olmuşdur ki, Cavabdeh idarə etdiyi "VAZ-2106" markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə qəza törətmiş, D- 108 mm-lik orta təzyiqli qaz xəttinin üzərində olan D-108 mm-lik siyirtməyə çırpılaraq siyitmənin gövdə hissəsini qırmışdır. Saat 22:35-də qazın təminatı dayandırılmış və 2 saat müddətində qəza aradan qaldırılaraq qaz təminatı bərpa olunmuşdur. İş materiallarında olan qaz xəttinin zədələnməsinə görə dəymiş ziyanın hesablanması cədvəlindən müəyyən edilir ki, dəyən ziyanın yekun məbləği 640,8 manat hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildiki, 25 avqust 2023-cü il tarixində Cavabdeh Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində idarə etdiyi "VAZ-2106" markalı, **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə törətdiyi avtoqəza nəticəsində İddiaçı İB-nin X7 İstismarı İdarəsinin Astara Xidmət Sahəsinin balansında və istismarında olan D-108 mm-lik orta təzyiqli qaz xəttinin üzərində olan D-108 mm-lik siyirtmə mexaniki zərbəyə məruz qalaraq qırılmış, təbii qaz havaya axmış və nəticədə İddiaçı İB-nə 640 (altı yüz qırx) manat 80 (səksən) qəpik maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı məbləğində pul vəsaiti alınıb cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilərək, Cavabdeh 640 (altı yüz qırx) manat 80 (səksən) qəpik maddi ziyan, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat və 40 (qırx) qəpik xidmət haqqı məbləğində pul vəsaiti alınıb İddiaçı İBnin X7 İstismarı İdarəsinin Kapital Bank ASC Lənkəran filialı Kod: 200383 VÖEN ********** , MH AZ37NABZ********************, SVVİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ90AİİB******************** saylı hesabına ödənilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 640 (altı yüz qırx) manat 80 (səksən) qəpik maddi ziyan, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat və 40 (qırx) qəpik xidmət haqqı məbləğində pul vəsaiti alınıb İddiaçı İBnin X7 İstismarı İdarəsinin Kapital Bank ASC Lənkəran filialı Kod: 200383 VÖEN ********** , MH AZ37NABZ********************, SVVİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ90AİİB******************** saylı hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar