Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-797/2023 07.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X1 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun ödənilməsi tələbinə dair» kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun ödənilməsi tələbinə dair» iddia verərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 975,95 (doqquz yüz yetmiş beş manat,doxsan beş qəpik) manat,iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və borca illik 5%-lə hesablanmış 28,47 (iyirmi səkkiz manat , qırx yeddi qəpik) manat əldən çıxarmış faydanın Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki,Cavabdeh (bundan sonra cavabdeh ) İddiaçı ASC-yə (bundan sonra “iddiaçı” və ya “Bank”) məxsus plastik kart cavabdeh tərəfindən istifadəçisidir.İddiaçı tərəfindən verilmiş plastik cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından ona aid olan olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının №********************) “nağdsız” ödəniş əməliyyatları icra etmişdir.Nəticədə Cavabdeh banka cəmi 975,95 (doqquz yüz yetmiş beş manat,doxsan beş qəpik) manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi borcunu ödəməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarında olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh ona məxsus kart hesabından (№********************) 23 sentyabr 2022-ci il və 02 fevral 2023-cü il tarixlərdə ödənişlər etmişdir. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmədə aydın oldu ki, İddiaçı ASC-nin Cavabdeh ona məxsus kart hesabından ona aid olan olmayan bankın vəsaitini 23 sentyabr 2022-ci il tarixində bir neçə dəfə əməliyyatlar apararaq istifadə etməklə 975,95 (doqquz yüz yetmiş beş manat,doxsan beş qəpik) manat pul çıxartması öz təsdiqini tapmamışdır. Kart üzrə çıxarışdan məlum olur ki, Cavabdeh tərəfindən 23 sentyabr 2022-ci il və 02 fevral 2023-cü il tarixlərdə ödənişlər edilmişdir. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1,135.2-ci maddələrinə əsasən əmlak əşyaların toplusudur,pullar isə əşyadır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin,qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun ödənilməsi tələbinə dair» kiçik iddiası təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində ədlə etdiyi 975,95 (doqquz yüz yetmiş beş manat,doxsan beş qəpik) manat, borca illik 5%-lə hesablanmış 28,47 (iyirmi səkkiz manat , qırx yeddi qəpik) manat əldən çıxarmış fayda və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Zamin İbrahimov.
Məhkəmə qərarları › İş №2(018)-797/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-797/2023
07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver