Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-8/2023 18.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, Heydərzadə Tural Qulamhüseyn oğluna və X3 qarşı “kredit müqaviləsi üzrə kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin hərracdan satılması, borcun və ödənilmiş dövlət rüsumlarının hərracdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, cavabdehlərin torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi tələbi barədə” mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Astara Rayon Məhkəməsində cavabdehlər Cavabdeh, Heydərzadə Tural Qulamhüseyn oğluna və X3 qarşı iddia qaldırmışdır. İddiaçı cavabdehlərə qarşı aşağıdakı tələblərlə çıxış etmişdir:
1. Cavabdeh Heydərzadə Tural Qulamhüseyn oğlundan iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 12 iyun 2018-ci il tarixli, 05KL/18 əsas kredit müqaviləsi cərçivəsində bağlanmış 08 dekabr 2020-ci il tarixli, 05KL/18-3 saylı əlavə kredit müqaviləsi əsas kredit borcu üzrə 20262,20 manat, faiz borcu 1725,48 manat, cərimə borcuna görə 283,26 manat olmaqla cəmi 22270,94 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 157,26 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün xidmət haqq kimi ödənilmiş 40 manat məbləğində pulun tutulması;
2. Tələbin ipoteka predmeti olan Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 0.2598 hektar xüsusi mülkiyyətli torpaq sahəsi və üzərində yerləşən 244,4 kvadrat metr olan 281 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin hərracdan satılması və əldə eddilmiş pul vəsaitinin hesabına Cavabdeh Heydərzadə Tural Qulamhüseyn oğlundan iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 12 iyun 2018-ci il tarixli, 05KL/18 əsas kredit müqaviləsi cərçivəsində bağlanmış 08 dekabr 2020-ci il tarixli, 05KL/18-3 saylı əlavə kredit müqaviləsi əsas kredit borcu üzrə 20262,20 manat, faiz borcu 1725,48 manat, cərimə borcuna görə 283,26 manat olmaqla cəmi 22270,94 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 157,26 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün xidmət haqq kimi ödənilmiş 40 manat məbləğində pulun iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi;
3. İpoteka predmeti olan Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 0.2598 hektar xüsusi mülkiyyətli torpaq sahəsi və üzərində yerləşən 244,4 kvadrat metr olan 281 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 50000 (əlli min) manat məbləğində müəyyən edilməsi;
4. İpoteka predmeti olan Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 0.2598 hektar xüsusi mülkiyyətli torpaq sahəsi və üzərində yerləşən 244,4 kvadrat metr olan 281 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan ən geci bir ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh, Heydərzadə Tural Qulamhüseyn oğlunun və X1 həmin evdən çıxarılmaqla, həmin evin və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddianı müdafiə edib izahat verərək bildirdi ki, mərhum X7 ilə iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 12 iyun 2018-ci il tarixli, 05KL/18 əsas kredit müqaviləsi cərçivəsində bağlanmış 08 dekabr 2020-ci il tarixli, 05KL/18-3 saylı əlavə kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, 08 dekabr 2022ci il tarixdək illik 17% ödmək şərti ilə 21245 manat kredit verilmişdir. Kreditin təminatı qismində, ipoteka saxlayan "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Astara rayon notariat ofisində bağlanmış 12 iyun 2018-ci il tarixli, 05KLİ/18 nömrəli ipoteka müqaviləsinə əsasən mərhum X4 mülkiyyətində olan Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 0.2598 hektar xüsusi mülkiyyətli torpaq sahəsi və üzərində yerləşən 244,4 kvadrat metr olan 281 nömrəli fərdi yaşayış evi "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ipoteka qoyulmuşdur. 12 iyun 2018-ci il tarixli, 05KLİ/18 nömrəli ipoteka müqaviləsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşənmaz Əmlakın Dövlət Reyestri Xitmətinin 10 saylı Ərazi İdarəsində **********9-10301 reystr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə Əlavə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövrü olaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən edilmiş ödəmə müddətləri pozulmuşdur. Borclu mərhum X4 10 dekabr 2021-ci il tarixli maliyyə arayışına əsasən 08 dekabr 2020-ci il tarixli, 05KL/18-3 saylı əlavə kredit müqaviləsi üzrə 20262,20 manat, faiz borcu 1725,48 manat, cərimə borcuna görə 283,26 manat olmaqla cəmi 22270,94 manat məbləğində borcu vardır. X7 31 avqust 2021-ci il tarixdə ölmüşdür. Bundan sonra onun oğlu cavabdeh Heydərzadə Tural Qulamhüseyn oğlu 01 dekabr 2021-ci il tarixdə Astara rayon Notariat ofisində mirasın qəbulu barədə ərizə ilə müraciət etmiş onun ərizəsi əsasında Astara rayon Notariat ofisində 427 nömrəli vərsəlik işi açılmış və miras əmlak onun tərəfindən qəbul edilmiş, o, mərhum X4 əmlakını idarə edir. Talıbova (Hüseynova) Təxminə Cəfər qızının digər varisləri isə mirası qəbul etməkdən imtina etmişlər. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyan və onun ailə üzvüləri, digər çəxslər tutduqları evdən çıxarılmaqla, həmin evi və torpaq sahəsi boşaldmalıdırlar. İpoteka saxlayan tərəfindən cavabdehlərə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmişdir. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdehlər Cavabdeh, Heydərzadə Tural Qulamhüseyn oğluna və X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələri səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatını işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə iş üzrə iddiaçının məhkəmədə qaldırdığı 4 (dörd) iddia tələblərinə ayrıayrılıqda qiymət verilməsini zəruri hesab edir. Belə ki, tələblərə ayrı-ayrılıqda qiymət verilməsi həm iş üzrə gəlinən nəticələrin aydın olmasına, eyni zamanda məhkəmə qətnaməsinin asan başa düşülməsinə və gələcəkdə dəqiq şəkildə icra olunmasına xidmət edəcəkdir. Birinci tələb üzrə işin faktiki halları bundan ibarətdir:
1. Talıbova (Hüseynova) Təxminə Cəfər qızına "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 12 iyun 2018-ci il tarixli, 05KL/18 əsas kredit xətti müqaviləsinə əsasən 180 (bir yüz səksən) ay müddətinə, illik 50 faizədək 5.000.000 (beş milyon) manat məbləğində kredit xətti açılmışdır.
2. 12 iyun 2018-ci il tarixli, 05KL/18 əsas kredit xətti müqaviləsi üzrə 08 dekabr 2020-ci il tarixli, 05KL/18-3 saylı əlavə kredit müqaviləsinə əsasən Talıbova (Hüseynova) Təxminə Cəfər qızına 24 ay müddətinə, 08 dekabr 2022-ci il tarixdək illik 17% ödmək şərti ilə 21245 manat məbləğində kredit verilmişdir.
3. Astara rayon notariat ofisinin 12 sentyabr 2023-cü il tarixli məktubundan məlum olur ki, 31 avqust 2022-ci il tarixdə ölmüş Talıbova (Hüseynova) Təxminə Cəfər qızının adına Astara rayon notariat ofisində 01 dekabr 2021-ci il tarixdə oğlu olan Heydərzadə Tural Qulamhüseyn oğlunun mirası qəbulu barədə ərizəsinə əsasən 427 nömrəli vərəsəlik işi açılmış və miras əmlak onun tərəfindən qəbul edilmişdir. Talıbova (Hüseynova) Təxminə Cəfər qızının digər vərəsələri mirasın qəbulundan imtina etmişdir.
4. Maliyyə arayışına əsasən 08 dekabr 2020-ci il tarixli, 05KL/18-3 saylı əlavə kredit müqaviləsinə üzrə Talıbova (Hüseynova) Təxminə Cəfər qızının Banka əsas kredit borcu üzrə 20262,20 manat, faiz borcu 1725,48 manat, cərimə borcuna görə 283,26 manat olmaqla cəmi 22270,94 manat məbləğində borcu yaranmışdır.
5. Xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər Cavabdeh və Heydərzadə Tural Qulamhüseyn oğluna kredit müqaviləsi üzrə borcların olması barədə borcların ödənilməyəcəyi təqdirdə borcun ipoteka predmetinə yönəldiləcəyi bildirlimişdir.
6. Ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 157,26 manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2023-cü il tarixli,10/2286 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, qabaqcadan məlumat verilməsinə baxmayaraq tərəflərin 01 iyun 2023-cü il tarixdə ekspertizanın aparılmasından imtina etmələrinə və ekspertizanın aparılmasında iştirak etməmələrinə, tədqiqat obyektinin təqdim edilməməsinə görə hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Birinci tələb üzrə tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İşin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan 283,26 manat cərimə pulunu azaldaraq 30 (otuz) manat həcmində müəyyyən etmişdir. İşin qeyd olunan hallarını və maddi hüquq normaların əsas götürən məhkəmə hesab edir ki, birinci tələb üzrə iddia qismən təmin olunmalı, cavabdeh Heydərzadə Tural Qulamhüseyn oğlu borclu Talıbova (Hüseynova) Təxminə Cəfər qızının miras əmlakını qəbul etməsinə və Talıbova (Hüseynova) Təxminə Cəfər qızının digər vərəsələri mirasın qəbulundan imtina etmələrinə görə ondan əsas kredit borcu üzrə 20262,20 manat, faiz borcu 1725,48 manat, cərimə borcuna görə 30 manat olmaqla cəmi 22017,68 manat məbləğində pul, ödənilmiş 157,26 manat dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi alınıb "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə verilməsinə dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə — ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İkinci tələb üzrə işin faktiki halları bundan ibarətdir:
1. 12 iyun 2018-ci il tarixli, 05KLİ/18 saylı ipoteka müqaviləsindən görünür ki, Astara şəhəri Heydər Əliyev küçəsində yerləşən 0,2598 hektar xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətli 281 saylı, 2 mərtəbəli 5 otaqlı, ümumi sahəsi 244,4 kvadrat metr, yaşayış sahəsi 106,8 kvadrat metr olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, 12 iyun 2018-ci il tarixli, 05KLİ/18 nömrəli ipoteka müqaviləsi əsasında Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 0,2598 hektar xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətli 281 saylı, 2 mərtəbəli 5 otaqlı, ümumi sahəsi 244,4 kvadrat metr, yaşayış sahəsi 106,8 kvadrat metr olan fərdi yaşayış evi kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş və **********9- 10301 reystr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
3. "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh və Heydərzadə Tural Qulamhüseyn oğluna ünvanlanan pretenziya və bildiriş məktublarından görünür ki, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlamağı barədə cavabdehlər xəbərdarlıq edilmişdir.
4. Azərbaycan Respublikası “X6” MMC tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli, 600 nömrəli hesabatından görünür ki, Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 0,2598 hektar xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətli 281 saylı, 2 mərtəbəli 5 otaqlı, ümumi sahəsi 244,4 kvadrat metr, yaşayış sahəsi 106,8 kvadrat metr olan fərdi yaşayış evinin 0,2598 hektar torpaq sahəsi ilə birlikdə qiymətləndirmə tarixinə olan dəyəri aşağıdakı kimi müəyyən edilmişdir. Likvid dəyəri: 83315 (səksən üç min üç yüz on beş) manat. Aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manat təşkil edir.
5. “PKKİED” tərəfindən verilmiş 27 iyul 2023-cü il tarixdə Astara rayon Məhkəməsinə daxil olmuş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 0,2598 hektar xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətli 281 saylı, 2 mərtəbəli 5 otaqlı, ümumi sahəsi 244,4 kvadrat metr, yaşayış sahəsi 106,8 kvadrat metr olan fərdi yaşayış evinin 0,2598 hektar torpaq sahəsi ilə birlikdə bazar dəyəri - 85000 (səksən beş min) manat; bir ay müddətində satış qiyməti dəyəri isə 72000 (yetmiş iki min) manat təşkil edir.
6. Ödəniş qəbzlərindən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasında dair 40 manat xidmət haqqı ödənilmişdir. İkinci tələb üzrə tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsində göstərilir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarıdır. Yenə həmin Qanunun 39.2-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin həmin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. İşin qeyd olunan hallarını və sadalanan qanunvericilik aktı normalarını əsas götürən məhkəmə hesab edir ki, iddia ikinci tələb hissədə təmin olunmalı, Talıbova (Hüseynova) Təxminə Cəfər qızının xüsusi mülkiyyətində olan Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 0,2598 hektar xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətli 281 saylı, 2 mərtəbəli 5 otaqlı, ümumi sahəsi 244,4 kvadrat metr, yaşayış sahəsi 106,8 kvadrat metr olan fərdi yaşayış evinin 0,2598 hektar torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılmalı, satış pulundan əldə edilən vəsaitlə tələb edilən borc ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan şəxslərə qaytarılmalıdır. İpoteka predmeti olan Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 0,2598 hektar xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətli 281 saylı, 2 mərtəbəli 5 otaqlı, ümumi sahəsi 244,4 kvadrat metr, yaşayış sahəsi 106,8 kvadrat metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid qiymət) 83315 (səksən üç min üç yüz on beş) manat məbləğində müəyyən edilməlidir. Həmçinin 40 (qırx) manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması ücün ödənilmiş xidmət haqqına görə pul alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməlidir. Üçüncü tələb üzrə məhkəmənin mövqeyi: Məhkəmə həmçinin iddianın ipoteka predmetinin satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda qətnamənin qalan hissədə Heydərzadə Tural Qulamhüseyn oğlundan müştərək qaydada tutulması ilə bağlı hissəsini təmin etməməklə bağlı gəlmiş olduğu nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra «İcra haqqında» Qanuna müvafiq olaraq icraya yönəldilməklə, müvafiq icra hərəkətləri aparılmalı və qətnamənin cavabdehin ümumi qaydada icra edilməsi də icra mərhələsində həyata keçirilməlidir. Odur ki, iddia həmin hissədə təmin olunmamalıdır. Dördüncü tələb üzrə məhkəmənin mövqeyi: İddiaçı tələb olaraq Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 0,2598 hektar xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətli 281 saylı, 2 mərtəbəli 5 otaqlı, ümumi sahəsi 244,4 kvadrat metr, yaşayış sahəsi 106,8 kvadrat metr olan fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 01 (bir) ay sonra cavabdehlər Cavabdeh, Heydərzadə Tural Qulamhüseyn oğlunun və X1 həmin evdən çıxarılmaları, evin və torpaq sahəsinin boşaldılması və iddiaçıya verilməsini də qoymuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarıdır. Yenə həmin Qanunun 39.2-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin həmin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun “İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36-cı maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3, 36.4 və 36.5-ci maddələrinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin qanunun 37-ci maddəsinə əsasən ipoteka qoyan bildiriş aldıqdan sonra 21 (iyirmi bir) təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Məhkəmə qüvvədə olan maddi hüquq normasının dispozisiya şərtlərinə əsaslanaraq bu nəticəyə gəlir ki, belə bir öhdəliyin əmələ gəlməsi ipoteka predmetinə tutmanın yönəldilməsi və onun satılması ilə şərtləndirilmişdir. Hazırkı vəziyyətdə isə tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlansa da, həmin predmeti təşkil edən Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 0,2598 hektar xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətli 281 saylı, 2 mərtəbəli 5 otaqlı, ümumi sahəsi 244,4 kvadrat metr, yaşayış sahəsi 106,8 kvadrat metr olan fərdi yaşayış evi satılmamışdır. Bu isə o deməkdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin boşaldılmasına yalnız həmin ev açıq hərracdan satıldıqdan sonra o, 01 (bir) ay ərzində onu tərk etmədiyi təqdirdə baş tuta bilər. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ipoteka qoyan şəxs ipoteka predmeti satılanadək istənilən vaxt kredit öhdəliyini icra edib, ipotekaya xitam vermək hüququna malikdir və bu hüququn məhdudlaşdırılması barədə hər hansı razılaşma etibarsızdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 300 (üç yüz) manat məbləğində və və ödənilmiş 157 (bir yüz əlli yeddi) manat, 26 (iyirmi altı) qəpik dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pul cavabdeh Heydərzadə Tural Qulamhüseyn oğlundan alınaraq, müvafiq olaraq “X6” MMC-nin hesabına və "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115 və 124-cü maddələri) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin.
1. Cavabdeh Heydərzadə Tural Qulamhüseyn oğlundan əsas kredit borcu üzrə 20262,20 manat, faiz borcu 1725,48 manat, cərimə borcuna görə 30 manat olmaqla cəmi 22017,68 manat məbləğində pul, ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat və iddiaçının tərəfindən çəkilən xidmət haqqına görə 40 (qırx) manat pul alınıb "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə verilsin.
2. Tələb mərhum Talıbova (Hüseynova) Təxminə Cəfər qızının xüsusi mülkiyyətində olmuş, cavabdeh Heydərzadə Tural Qulamhüseyn oğlu tərəfindən miras əmlak kimi qəbul edilmiş, Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 0,2598 hektar xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətli 281 saylı, 2 mərtəbəli 5 otaqlı, ümumi sahəsi 244,4 kvadrat metr, yaşayış sahəsi 106,8 kvadrat metr olan fərdi yaşayış evinə yönəldilsin və həmin əmlak açıq hərracdan satılsın. Satış pulundan əldə edilən vəsait tələb edilən borcun ödənilməsinə yönəldilsin. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi cavabdeh Heydərzadə Tural Qulamhüseyn oğluna qaytarılsın. İpoteka predmeti fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti (likvid qiymət) 83315 (səksən üç min üç yüz on beş) manat müəyyən edilsin.
3. İş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat pul cavabdeh Heydərzadə Tural Qulamhüseyn oğlundan alınaraq ”X6” MMC-nə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti sahil Filalı - Kod 201218 VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37 NABZ ********************, VÖEN **********, Hesab AZ64AİİB 400900 C**********208 nömrəli hesaba ödənilsin.
4. İddia tələbi qalan hissəsi təmin edilməsin.
5. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim:Mübariz Məmmədov.