Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-812/2023 15.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı-cavabdeh İddiaçı və cavabdeh-iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı X2 qarşı alimentin miqdarının artırılması tələbinə dair ilkin iddia üzrə və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 may 2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşma çatana qədər saxlanılması üçün Astara Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində 70 (yetmiş) manat aliment hissəsi artırılaraq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 iyul 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün qarşılıqlı iddia üzrə İddiaçı hər ay 250 (iki yüz əlli) manat pul məbləğində aliment tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı-cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, Astara Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən 26 iyul 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 130 (yüz otuz) manat cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh qızma veriməsi, 06 may 2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 70 (yetmiş) manat iddiaçı Cavabdeh ndan alınaraq cavabdeh İddiaçı veriməsi qət edilmişdir. Hazırki dövrdə həmin pulla uşağı saxlamaq qeyri-mümkündür. Mən isə heç bir yerdə işləmir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə birgə nikahlarından 06 may 2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşma çatana qədər saxlanılması üçün Astara Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində 70 (yetmiş) manat aliment hissəsi artırılaraq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddianı qəbul etməyərək bildirdi ki, Astara Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(018) -340/2022 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş 26 iyul 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanması üçün 23 fevral 2022-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay 130(bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq iddaçı Cavabdeh qızma ödənilməsi, 06 may 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanması üçün 30 mart 2022-ci il tarixdən ondan hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh İddiaçı veilməsi qət edilmişdir. Hal-hazırda onunla yaşayan 26 iyul 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanması üçün qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hər ay 250 (iki yüz əlli) manat pul məbləğində aliment tutularaq iddaçı Qəhrəmanova (Əskərova) Teyranə Teyyub qızma ödənilməsini qətnamə ilə qət edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, 26 iyul 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün qarşılıqlı iddia üzrə İddiaçı hər ay 250 (iki yüz əlli) manat pul məbləğində aliment tutularaq ona ödənilməsinə dair və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı-cavabdeh İddiaçı və cavabdeh-iddiaçı Cavabdeh dinləyib,iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən ilkin iddia qismən və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)-340/2022 saylı qətnaməsinə əsasən İlkin iddianın qismən təmin edilməsi,26 iyul 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 23 fevral 2022-ci il tarixindən başlayaraq cavabdeh İddiaçı hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 06 may 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 30 mart 2022-ci il tarixindən başlayaraq iddiaçı Cavabdeh hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2023cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilərək Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)-340/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, 06 may 2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşınadək saxlanılması üçün cavabdeh-iddiaçı X1 hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment alınıb iddiaçı-cavabdeh İddiaçı verilməli və qarşılıqlı iddia tələbi qismən təmin edilərək Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)-340/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, 26 iyul 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün iddiaçı-cavabdeh İddiaçı hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınıb cavabdeh-iddiaçı X2 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İlkin iddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)-340/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, 06 may 2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşınadək saxlanılması üçün cavabdeh-iddiaçı Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment alınıb iddiaçı-cavabdeh İddiaçı verilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)-340/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, 26 iyul 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün iddiaçı-cavabdeh İddiaçı hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınıb cavabdeh-iddiaçı Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-812/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-812/2023
15.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver