Məhkəmə qərarları › İş №2(018)-818/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-818/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-818/2023 12.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, hakim köməkçisi X1 oğlunun katibliyi ilə, İddiaçı “Finca Azerbaijan” MM QBKT-nın Cavabdeh qarşı «borcun tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azerbijan” MM QBKT-nın Məhkəmə işləri üzrə hüquqşunası Nümayəndə Cavabdeh qarşı «borcun tələbinə dair» iddia verərək, iddianın təmin edilməsi, Cavabdeh əsas borc üzrə 2540 (iki min beş yüz qırx) manat, 27 (iyirmi yeddi) qəpik, faiz borc üzrə 09 (doqquz) manat, 35 (otuz beş) qəpik, cərimə borcuna görə 0,00 (sıfır) manat, cəmi 2549 (iki min beş yüz qırx doqquz) manat, 62 (altmış iki) qəpik məbləğində borcun, həmçinin ödənilmiş 45 (qırx beş) manat, 50 (əlli) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun “Finca Azerbaijan” MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli, **********0131 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uygun olaraq güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 3047 (üç min qırx yeddi) manat, 12 (on iki) qəpik qalıq məbləği illik 1% dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Finca MMM QBKT ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğində hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 23 may 2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 2540 (iki min beş yüz qırx) manat, 27 (iyirmi yeddi) qəpik, faiz borc üzrə 09 (doqquz) manat, 35 (otuz beş) qəpik, cərimə borcuna görə 0,00 (sıfır) manat, cəmi 2549 (iki min beş yüz qırx doqquz) manat, 62 (altmış iki) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT-nın adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 45 (qırx beş) manat, 50 (əlli) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh ilə “Finca Azerbaijan” MM QBKT arasında bağlanılmış 23 oktyabr 2019-cu il tarixli, **********0131 saylı kredit (resturturizasiya) müqaviləsindən görünür ki, 3047 (üç min qırx yeddi) manat, 12 (on iki) qəpik qalıq məbləği illik 1% dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müəyyən olunmuş və güzəşt müddəti ərzində borc alan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh 23 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 23 may 2023-cü il tarixə 2540 (iki min beş yüz qırx) manat, 27 (iyirmi yeddi) qəpik, faiz borc üzrə 09 (doqquz) manat, 35 (otuz beş) qəpik, cərimə borcuna görə 0,00 (sıfır) manat, cəmi 2549 (iki min beş yüz qırx doqquz) manat, 62 (altmış iki) qəpik borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 45 (qırx beş) manat, 50 (əlli) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc 2540 ( iki min beş yüz qırx) manat, 27 (iyirmi yeddi) qəpik, faiz borc üzrə 09 (doqquz) manat, 35 (otuz beş) qəpik, cərimə borcuna görə 0,00 (sıfır) manat, cəmi 2549 (iki min beş yüz qırx doqquz) manat, 62 (altmış iki) qəpik və 45 (qırx beş) manat, 50 (əlli) qəpik məbləğində ödənilmiş dövlət rüsumu alınıb iddiaçı “Finca Azerbaijan” MM QBKT-nın xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar