Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-840/2023 08.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X2 iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin X1 Fondunun hüquq departamentinin direktoru Nümayəndə Cavabdeh qarşı "xxxx" iddia verərək, QSC «Bank Standart» KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LM042100448 saylı restrukturizasiya müqaviləsi üzrə cavabdehdən 737 (yeddi yüz otuz yeddi) manat, 57 (əlli yeddi) qəpik əsas borc, 6 (altı) manat, 82 (səksən iki) qəpik faiz borcu, 3 (üç) manat, 49 (qırx doqquz) qəpik cərimə, 3 (üç) manat, 10 (on) qəpik məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği cəmi 750 (yeddi yüz əlli) manat, 98 (doxsan səkkiz) qəpik borcun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB ilə cavabdeh arasında bağlanmış Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanına əsasən xx.xx.2021-ci il tarixli, LM042100448 saylı kredit müqaviləsinin restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli, LM042100448 saylı restrukturizasiya müqaviləsinə əsasən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 756 (yeddi yüz əlli altı) manat, 27 (iyirmi yeddi) qəpik restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmaqı öhdəsinə götürmüşdür. Faizlər restrukturizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 24 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2023-cü il müəyyən olunmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 737 (yeddi yüz otuz yeddi) manat, 57 (əlli yeddi) qəpik əsas borc, 6 (altı) manat. 82 (səksən iki) qəpik faiz borcu, 3 (üç) manat, 49 (qırx doqquz) qəpik cərimə, 3 (üç) manat, 10 (on) qəpik məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği cəmi 750 (yeddi yüz əlli) manat, 98 (doxsan səkkiz) qəpik borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz), 40 (qırx) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, LM042100448 saylı restrukturizasiya müqaviləsinə əsasən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 756 (yeddi yüz əlli altı) manat, 27 (iyirmi yeddi) qəpik restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmaqı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, Ləğv prosesində olan QSC «Bank Standart» KB ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LM042100448 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli, LM042100448 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 3 (üç) manat. 49 (qırx doqquz) qəpik məbləğində dəbbə pulu silinərək 1 (bir) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, LM042100448 saylı kredit müqaviləsi üzrə 737 (yeddi yüz otuz yeddi) manat 57 (əlli yeddi) qəpik əsas borc, 6 (altı) manat 82 (səksən iki) qəpik faiz borcu, 1 (bir) manat cərimə, 3 (üç) manat, 10 (on) qəpik məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 748 (yeddi yüz qırx səkkiz) manat 49 (qırx doqquz) qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul vəsaiti alınıb iddiaçı QSC «Bank Standart» KB-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-840/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-840/2023
08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver