Məhkəmə qərarları › İş №2(018)-863/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-863/2024

15.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-863/2024 15.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X13 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(018)–883/2021 saylı qətnaməsi ilə qət edilmiş hər uşaq üçün 110 (yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat alimentin miqdarının artırılaraq, hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat aliment qət edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Cavabdeh ilə nikahlarını 10 yanvar 2017-ci ildə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Bu münasibətdən xx.xx.2017-ci ildə Xədicə, xx.xx.2018-ci ildə Safiyya adlı uşaqları olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulmuş, fevral 2021-ci il tarixindən iki azyaşlı uşağı ilə valideynlərinin himayəsində yaşayır. Nikahları formal xarakter daşıyır. Cavabdeh nikahın pozulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Astara rayon məhkəməsinin 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə 110 (yüz on) manat olmaqla cəmi iki uşaq üçün 220 (iki yüz iyirmi) manat aliment qət etmişdi. Cavabdeh tərəfindən verilən alimentin məbləği çox aşağıdı və uşaqlar maddi cəhətdən təmin etmir. Cavabdeh könüllü olaraq uşaqlara heç bir maddi yardım göstərmir. Ona görə alimentin artırılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hər uşağa 250 (iki yüz əlli) manat olmaqla iki uşağa 500 (beş yüz) manat məbləğində aliment qət edilməsini xahiş edir. xx.xx.2017-ci ildə anadan olmuş Xədicə, xx.xx.2018-ci ildə anadan olmuş Safiyya adlı uşaqların saxlanılması üçün alimentin məbləğinin artırılaraq hər uşaq üçün 250 manat olmaqla 500 manat aliment qət edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, hazırda hər uşaq üçün 130 və ya 140 manat aliment ancaq ödəyə bilər. Hazırda aylıq gəliri 389 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib,iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(018)- 883/2021 saylı qətnaməsinə əsasən, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 73 (yetmiş üç) manat, cəmi 146 (yüz qırx altı) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətinin sürətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA5913484 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətinin sürətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur İş materiallarında olan AA3967934 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətinin sürətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara RİHB-nın Kijəbə qəsəbə inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli №714 nömrəli arayışdan görünür ki, İddiaçı Astara rayon, Kijəbə qəsəbəsində yaşayır və Cavabdeh, X7 və X1 ibarət ailə tərkibi vardır. İş materiallarında olan ilkin mediasiya sesiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞL-00649 nömrəli arayışdan görünür ki, İddiaçı mediasiya prosesində iştirak etmiş, Cavabdeh isə mediasiya prosesində iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Rəhmətov X3 sistemləri idarəsində müxtəlif peşələr üzrə fəhlələr struktur bölməsində 4-cü dərəcəli mirab vəzifəsində işləyir və aylıq əmək haqqı 389 manatdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Astara rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, Cavabdeh ilə X4 arasında nikah bağlanmış, 05 nömrəli nikah akt qeydi aparılaraq arvada Rəhmətova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Astara rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, X7 xx.xx.2017-ci ildə anadan olmuş, atası- Cavabdeh, anası- İddiaçıdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Astara rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, X6 xx.xx.2018-ci ildə anadan olmuş, atası- Cavabdeh, anası- İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2024cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, olunmuş alimentin miqdarı dəyişdirilərək, Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(018)-883/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla, iki uşağa görə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli 2(018)-883/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla, iki uşağa görə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar