Məhkəmə qərarları › İş №2(018)-873/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-873/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-873/2025 21.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən Cavabdeh 57500 (əlli yeddi min beş yüz) manat əsas borcun, 5000 (beş min) manat maddi zərərin, 5000 (beş min) manat mənəvi zərərin və 293 (iki yüz doxsan üç) manat dövlət rüsumunun olmaqla, cəmi 67793 (altmış yeddi min yeddi yüz doxsan üç) manatın tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirib, iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 01 fevral 2024-cü il tarixində Cavabdeh ilə İddiaçı arasında bağlanmış Borc müqaviləsinə əsasən, sonuncu tərəfindən birinciyə 57500 (əlli yeddi min beş yüz) manat məbləğində pul vəsaiti verilib. Müqavilənin 3-cü bəndinə görə, bu məbləğin 21 iyun 2024-cü il tarixinədək geri qaytarılması nəzərdə tutulsa da, həmin müddət başa çatmasına baxmayaraq, borcalan şəxs – cavabdeh borcu qaytarmaqdan imtina etmişdir. Müqavilənin 5-ci bəndinə əsasən, tərəflər mübahisəni danışıqlar yolu ilə həll etməli, nəticə əldə olunmazsa hüquq mühafizə orqanlarına müraciət edə bilərlər. Bu çərçivədə, İddiaçı 17 iyul 2024-cü il tarixində cavabdehə yazılı pretenziya məktubu ilə müraciət etsə də, cavabdeh borcu qaytarmaqdan əsassız olaraq imtina etmiş və müxtəlif bəhanələr gətirmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Odur ki, İddiaçı tərəfindən Cavabdeh 57500 (əlli yeddi min beş yüz) manat əsas borcun, 5000 (beş min) manat maddi zərərin, 5000 (beş min) manat mənəvi zərərin və 293 (iki yüz doxsan üç) manat dövlət rüsumunun olmaqla, cəmi 67793 (altmış yeddi min yeddi yüz doxsan üç) manatın tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan AZE № 14897389 seriyalı şəxsiyyət vəsiqəsindənməlum olur ki, İddiaçı xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsindənməlum olur ki, Cavabdeh xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsiylə əlaqədar 293 (iki yüz doxsan üç) manat rüsum ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı 57500 (əlli yeddi min beş yüz) manat məbləğində pul vəsaitini xx.xx.2024-cü il tarixdə borc alana Cavabdeh xx.xx.2024-cü il müddətinədək qaytarılması şərtilə vermişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı 57500 (əlli yeddi min beş yüz) manat məbləğində pul vəsaitini xx.xx.2024-cü il tarixdə borc alana Cavabdeh xx.xx.2024-cü il müddətinədək qaytarılması şərtilə vermişdir. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 293 (iki yüz doxsan üç) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. İş üzrə iddiaçı iddiasının maddi zərər və mənəvi zərər hissəsinə aid sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 57500 (əlli yeddi min beş yüz) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 293 (iki yüz doxsan üç) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 57500 (əlli yeddi min beş yüz) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 293 (iki yüz doxsan üç) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 01(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar