Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-875/2024 20.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X13 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Astara rayon Məhkəməsinin 12 mart 2012-cu il tarixli, 2(018)-221/2012 saylı qətnaməsi ilə 16 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 60 (altımış) manat aliment miqdarının artırılaraq 200 (iki yüz) manat həddində müəyyən edilməsi və mediasiya şurası üçün ödədiyi 55 (əlli beş) manat rüsumun və 30 (otuz) manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını qismən müdafiə edərək, Astara rayon Məhkəməsinin 12 mart 2012-cu il tarixli, 2(018)-221/2012 saylı qətnaməsi ilə qət edilmiş 60 (altımış) manat aliment miqdarının artırılaraq 100 (yüz) manat həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Astara rayon Məhkəməsinin 12 mart 2012 cu il tarixli, 2(018) 221/2012 saylı qətnaməsi ilə 16 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 60 (altımış) manat alimentin tutulması qət edilmişdir. Müəyyən olunmuş alimentin miqdarı bu günkü gün üçün həddindən artıq azdır. O bu məbləğdə alimentlə uşağı saxlaya bilmir. Çünki aliment müəyyən edilən vaxt həmin dövrün qiymətlərinə uyğun müəyyən olunmuşdur. Artıq həmin vaxtdan on iki il keçir və bu müddət ərzində infilasiya dahada artmış və hər şeyin qiyməti bahalaşmışdır. Onun uşağı azyaşlı olduğu üçün heç yerdə işləyə bilmir. Uşağı məktəbə gedir, ona görədə onun gündəlik xərcləri artır. Uşağın atası ayrı-ayrı yerlərdə işləyir və uşağına aliment vermək iqtidarındadır. Astara rayon Məhkəməsinin 12 mart 2012-cu il tarixli, 2(018)-221/2012 saylı qətnaməsi ilə qət edilmiş 60 (altımış) manat alimentin miqdarını artıraraq 200 (iki yüz) manat aliment müəyyən edilməsi və mediasiya şurası üçün ödədiyi 55 (əlli beş) manat rüsumun və 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, hazırda Astara rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(018)-119/2020 saylı qətnaməsinə əsasən X8 ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 100 (yüz) manat məbləğində aliment ödəyir. Bu barədə Astara rayon icra və probasiya şöbəsinin arayışını məhkəməyə təqdim edir. Digər uşağına aliment ödəməsini, eləcə də, dörd uşağının olmasını nəzərə alaraq, iddianın qismən 100 (yüz) manat məbləğdə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib,iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara rayon Məhkəməsinin 12 mart 2012-cu il tarixli, 2(018)-221/2012 saylı qətnaməsinə əsasən 16 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 60 (altımış) manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZE10644762 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətinin sürətindən görünür ki, Cəfərov Məmmədəli xx.xx.2010-cu il tarixdə anadan olmuş, atası Cəfərov Səttar, anası isə İddiaçıdir. İş materiallarında olan AZ-İİ 410364 seriya və nömrəli doğum haqqında şəhadətnamə sənədindən görünür ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 atası X5, anası isə İddiaçıd Müzəffər qızıdır. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətinin sürətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə anadan olub. İş materiallarında olan ilkin mediasiya sesiyasından sonra prosesin davam etdilirə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞL-00734 saylı arayışdan görünür ki, İddiaçı və Cavabdeh mediasiya prosesində iştirak etmiş, lakin İddiaçı mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. Mülki iş materiallarına əlavə edilmiş Astara rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Astara rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(018)- 119/2020 saylı qətnaməsinə əsasən X8 ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 100 (yüz) manat məbləğində aliment ödəyir və hazırda icra sənədi üzrə aliment borcu yoxdur. Mülki iş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, İddiaçı mediasiya prosesində iştirak üçün 55 (əlli beş) manat və məhkəməyə müraciət edilməsi üçün isə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2024cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, olunmuş alimentin miqdarı dəyişdirilərək, Astara Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(018)-221/2012 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılmaları üçün Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2012-cı il tarixli 2(018)-221/2012 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılmaları üçün Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-875/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-875/2024
20.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver