Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-878/2025 08.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurmuş olduğu ziyana görə 3450 manatın və ödənilmiş 65 manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddiasının təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, zərərin 2300 (iki min üç yüz) manat hissəsi sığorta tərəfindən və 150 (yüz əlli) manat hissəsi cavabdeh tərəfindən ona ödənilmişdir. İddiaçı iddia ərizəsində göstəmişdi ki, iş üzrə Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 22.10 radələrində özünə məxsus VAZ 21043 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşını sərxoş vəziyyətdə Astara şəhəri istiqamətindən Ərçivan qəsəbəsi istiqamətində hərəkət edərkən "Yanar Bulağ"-ın yaxınlığında qabaqda Təcili yardım maşınını görmüş tələsdiyindən onu ötüb keçərkən surəti artırdığından maşını keçsədə idarə etdiyi avtomobili saxlaya bilməmiş əks yola çıxmış və idarə etdiyi VAZ-2107 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşına toqquşmuş və nəticədə avtomaşınına 3450 manat dəyərində maddi ziyan vurulmuşdur. Bununlada maşınını tam yararsız hala salmışdır. Avtomaşına vurulmuş ziyan ilə əlaqədar mütəxəssis tərəfindən baxış keçirilmiş və 09 yanvar 2024-cü il tarixdə 177233 nömrəli akt yazmışdır. Cavabdeh tərəfindən avtomaşına vurduğu 3450 manat ziyan tələb etsədə könüllü olaraq ödəməmişdir. Beləliklə Cavabdeh yol hərəkəti qaydalarını 333.3-cü maddəsinin tələblərini pozduğuna görə Astara rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(018)-68/2024 nömrəli qərarı ilə həmin maddə ilə təqsirli bilinib 700 manat məbləğində cərimə edilməklə nəqliyyat vasitəsini idarə etmək hüququndan 2 il müddətinə məhrum edilmişdir. Odur ki, Cavabdeh vurmuş olduğu ziyana görə 3450 manatın və ödənilmiş 65 manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək, ona qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarında olan ekspert rəyini nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin 3(018)-68/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 177233 №-li ziyan aktından görünür ki, qəza zamanı İddiaçı məxsus avtomaşına 3450 (üç min dörd yüz əlli) manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin şəhadətnaməsindən görünür ki, “VAZ21074” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsusdur. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər i.ə.d üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 164№-li arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan AE 447773 seriya və nömrəli sürücülük vəsiqəsindən görünür ki, İddiaçı sürücülük hüququ vardır. İş materiallarında olan ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 65 (altmış beş) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3636 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "Avtoservis 907", X1 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı, "Vaz 21074" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3006,00 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildiki, xx.xx.2024-cü il tarixdə, 22:10 -radələrində baş vermiş avtonəqliyyat hadisəsi zamanı İddiaçı məxsus "Vaz 21074" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3006,00 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmədə müəyyən edildi ki, İddiaçı məxsus avtomobilə baş vermiş nəqliyyat qəzası nəticəsində, ekspert rəyinə əsasən, 3006 (üç min altı) manat məbləğdə zərər dəymiş, həmin zərərdən sığorta tərəfindən 2300 manat və Cavabdeh tərəfindən İddiaçı 150 manat ödəniş edilmişdir. Göstərilənlərə və ekspert rəyinə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh vurulmuş maddi ziyana görə 556 (beş yüz əlli altı) manat dəymiş zərər və dövlət rüsumu üçün ödənilmiş 65 (altmış beş) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE**********002088501 hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 556 (beş yüz əlli altı) manat dəymiş zərər və dövlət rüsumu üçün ödənilmiş 65 (altmış beş) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-878/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-878/2025
08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver