Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-879/2025 06.03.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (qardaşı) Nümayəndə, Cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı orta məktəbin nümayəndəsi X9, Üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsi və Lənkəran rayon İcra və Probasiya şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı orta məktəbinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsi və Lənkəran rayon İcra və Probasiya şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı orta məktəbinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbinə və qeyrilərinə qarşı hazırki iddia ərizəsinin təmin edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq işçinin qanunsuz işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin (Astara rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədinin icrasız qaldığı dövr üzrə) orta əmək haqqının hesablanaraq cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbdən tutulub İddiaçı ödənilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə müvafiq olaraq Astara rayon məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədi ilə qət edilmiş məcburi iş buraxma müddəti üzrə əmək haqqlarının və bununla bağlı digər ödənişlərin işəgötürənin təqsiri üzündən gecikdirildiyindən icra sənədinin verildiyi tarixdən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının 2 (iki) faizi məbləğində ödəncin hesablanması və cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbdən tutularaq İddiaçı ödənilməsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq iddiaçıya ödənilməli olan 13 325 (on üç min üç yüz İyirmi beş) manat məbləğində əmək haqqları vəsaitinin 12 sentyabr 2024-cü il tarixədək ödənilməsini gecikdirdiyindən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin hesablanaraq cavabdehdən İddiaçı xeyrinə tutulması, Astara Rayon Məhkəməsinin icraatında olmuş Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı icra sənədi üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 "İcra sənədi üzrə icraata xitam verilməsi barədə 10 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi və Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə tələbkar İddiaçı tərəfindən verilmiş şikayətə baxılması ilə bağlı 8(018)-20/2024 saylı iş üzrə İddiaçı tərəfindən hüquq xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə üzrə vəkili X1 ödənilmiş xidmət haqqının reqres qaydada cavabdehdən tutularaq İddiaçı ödənilməsi, Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair 11 aprel 2023-c0 il tarixli Qərarındakı hüquqi mövqeyə müvafiq olaraq dəymiş ziyan qismində iddiaçıya vaxtında ödənilməmiş və ödənişi gecikdirilmiş məcburi işburaxma müddəti üzrə əmək haqqlarının gecikdirilməsi nəticəsində iddiaçının və həyat yoldaşının götürməyə məcbur olduğu kredit öhdəliklərinin və onların faizlərinin cəmi 16228 (on altı min iki yüz iyirmi səkkiz) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəfindən cavabdehlər Astara rayon Təhsil Şöbəsinə, Astara şəhəri Ş Qasımov adına 4 saylı tam orta məktəbinə və qeyrilərinə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia tələbi ilə Astara rayon məhkəməsinə müraciət edilmiş və məhkəmədən Astara rayon təhsil şöbəsinin və Astara şəhər 4 saylı tam orta məktəbin direktoru R.Hüseynovanın İddiaçı işdən azad edilməsi ilə bağlı 31 mart 2021-ci il tarixli 29 saylı Əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Astara şəhər 4 saylı tam orta məktəbdə psixoloq vəzifəsinə bərpa edilməsi və İddiaçı ilə xx.xx.2020-ci il tarixdən etibarən bağlanmış əmək müqaviləsinin və ona əlavələrin həmin əmək müqaviləsinin və sonrakı dövrlərdə ona bağlanmış əlavələrin əmək müqaviləsinin 3 aylıq müddətə bağlanması ilə bağlı şərtlərinin Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə və 47ci maddəsinə zidd olduğundan etibarsız hesab edilməsi və həmin əmək müqaviləsinin müddətsiz hesab olunması ilə bağlı qətnamə çıxarılması xahiş edilmişdir. Astara Rayon Məhkəməsinin 2(018)- 770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, İddiaçı Astara şəhəri 4 saylı tam orta məktəbində psixoloq vəzifəsindən azad edilməsi barədə 31 mart 2021-ci il tarixli, 29 saylı əmrin ləğv olunması, İddiaçı Astara şəhəri 4 saylı tam orta məktəbində psixoloq vəzifəsinə bərpa olunması və onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3103/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətinin təmin edilməməsi və Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021ci il tarixli Qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı qətnaməsi əsasında 30 avqust 2021ci ildə Astara Rayon Məhkəməsi tərəfindən icra vərəqəsi verilmişdir. Astara rayon İcra və Probasiya şöbəsinin 08 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. Astara rayon İcra və Probasiya şöbəsinin 13 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı icra sənədi üzrə icraat dayandırılmışdır. Beləliklə, Astara Rayon Məhkəməsinin 2(018)- 770/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ona rəsmi təqdim edildiyi gündən 1 ay ərzində verildiyindən və məhkəmə tərəfindən mümkün hesab edilərək apellyasiya baxışı təyin edildiyindən həmin qətnamənin qanuni qüvvəyə minməsindən söhbət gedə bilməzdi və hətta həmin qətnamə əsasında icra sənədi verilmiş olmasına baxmayaraq iddiaçının bununla bağlı icraatın dayandırılması barədə müraciətininin mövcud olub-olmamasından asılı olmayaraq onsuz da Astara rayon İcra və Probasiya şöbəsi icra sənədi üzrə icraatı öz təşəbbüsü ilə məcburi olaraq dayandırmalı idi. Sadəcə olaraq İddiaçı MPM-in 47.1-ci maddəsinə müvafiq olaraq işdə iştirak edən şəxs kimi prosessual qanunvericiliklə ona verilmiş prosessual hüquqlardan vicdanla istifadə edərək apellyasiya şikayətinin icraata götürülməsi, yəni icraatın icra məmuru tərəfindən məcburi olaraq dayandırılmalı olan hallardan biri kimi "İcra haqqında" Qanunun 17.1.7-ci maddəsində göstərilmiş halın baş verməsi barədə icra şöbəsini yazılı qaydada məlumatlandırmışdır. İcra məmuru isə onun müraciətini əsaslı hesab edərək qeyd olunan əsaslarla icraatı dayandırmışdır. Bundan sonra isə iddiaçı bütün məhkəmə mübahisələri və mülki icraat başa çatdıqdan sonra eyni qaydada bu barədə icra şöbəsini yazılı məktubla məlumatlandırmış və icraatın təzələnməsi barədə müraciət etmişdir. Göründüyü kimi İddiaçı məhkəmə mübahisəsinin yuxarı instansiyada davam etdirilməsi ilə əlaqədar icraatın dayandırılması barədə icra şöbəsinə müraciəti prosessual zərurətdən irəli gəlmişdir. Cavabdeh (borclu) isə həmin qərarı hər hansı bir formada mübahisələndirməmiş və etiraz etməmişdir. İstinad olunan qanunvericilik normasından görünür ki, icra sənədi üzrə icraatın dayandırılmasının yeganə hüquqi nəticəsi kimi icraatın dayandırıldığı müddətdə borclu barəsində məcburi icra tədbirlərinin həyata keçirilməməsi, ona qarşı tətbiq olunan icra tədbirlərinin dayandırılması nəzərdə tutulmuşdur. Başqa sözlə, icraatın dayandırılması borclunu tələbkar qarşısında sabit və ya mütəmadi öhdəliklərinin icrasından azad etmir və ya həmin öhdəliklərin könüllü icra qaydasında öz təşəbbüsü ilə icra edilməsini də qadağan etmirdi. İcraatın dayandırıldığı və məhkəmə proseslərinin yuxarı instansiyalarda davam etdiyi müvafiq dövrdə işəgötürənin işçi qarşısında əmək haqqının ödənilməsi öhdəlikləri də davam etmiş, icraat dayandırıldığından onun hüquqi nəticəsi kimi həmin dövrlər üzrə hesablanmış məbləğlərin məcburi qaydada tutulması istiqamətində məcburi icra tədbirləri qadağan olunduğundan bununla bağlı icra məmuru tərəfindən hər hansı məcburi icra tədbirlərinin hayata keçirilməsi mümkün olmasa da borclu həmin dövrdə könüllü surətdə, öz təşəbbüsü ilə tələbkara (iddiaçıya) müvafiq dövr üzrə əmək haqqlarını hesablayaraq icra şöbəsinin depozit hesabına ödəyə bilərdi. Başqa sözlə, icraatın dayandırılması müntəzəm icra edilməli olan pul öhdəlikərinin və digər öhdəliklərin məbləğinin hesablanmasını dayandırmır, həmin öhdəlikləri silmir, aradan qaldırmır, xitam vermir, sadəcə olaraq həmin öhdəliklərin borcludan məcburi icra qaydasında tələb olunması ilə bağlı icra hərəkətlərinin aparılmasını qadağan edir. Bu isə sözügedən öhdəliklərin borclunun öz təşəbbüsü ilə vicdanlılıq prinsipi əsasında könüllü surətdə icra edilməsini istisna etmir. Bununla yanaşı, İddiaçı ilə Astara şəhər 4 saylı orta məktəb arasındakı hüquq münasibəti işçi-işəgötürən münasibətlərindən ibarət olmuş, işəgötürən işçini qanunsuz olaraq İşdən çıxarmış, işəgötürən tərəfindən hüquqları pozulmuş işçi kimi İddiaçı də öz növbəsində hüquqlarının bərpa olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla da işəgötürənin qanunsuz hərəkətləri nəticəsində işçi iddiaçıya çevrilmək məcburiyyətində qalmış, bununla da mülki prosessual qanunvericilikdə iddiaçı üçün nəzərdə tutulmuş prosessual hüquqlarını (iddia qaldırmaq, razılaşmadığı qətnamədən və ya onun narazı qaldığı hissəsindən apellyasiya şikayəti vermək, icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı məsələ qaldırmaq və s.) həyata keçirməli olmuşdur. Əgər İddiaçı Astara şəhər 4 saylı tam orta məktəbinin 31 mart 2021-ci il tarixli, 29 saylı qanunsuz əmri ilə psixoloq vəzifəsindən azad edilməmiş olsa idi, ötən müddət ərzində İddiaçı kimi iddia qaldırmaq, iddiasının təmin edilməmiş hissəsindən apellyasiya şikayəti vermək, bununla əlaqədar davam edən məhkəmə icraatı ilə bağlı icraatın dayandırılması barədə icra məmuru qarşısında məsələ qaldırmaq, apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək üçün məhkəməyə müraciət etmək və s. kimi prosessual hüquqlarından istifadə etmək məcburiyyətində qalmaq əvəzinə həmin işdə işləyərək əmək haqqını alardı. Həmçinin, cavabdeh (borclu) müəssisə İddiaçı xx.xx.2021-ci il tarixdə qanunsuz olaraq işdən çıxararkən "qanunu bilmək" prezumpsiyasına müvafiq olaraq (Qanunu bilməmək məsuliyyətdən azad etmir) bilirdi (bilməli idi) ki və nəzərə almışdı ki (nəzərə almalı idi ki) İddiaçı həmin əmri gələcəkdə fərdi əmək mübahisəsi qaydasında iddiaçı kimi məhkəmədə mübahisələndirmək, bununla bağlı mülki prosessual qanunvericilikdə müəyyən edilmiş prosessual hərəkətləri həyata keçirmək, qanunla iddiaçıya, apellyatora, kassatora məxsus hüquqları, iddia tələbi tam və ya qismən təmin edildiyi halda tələbkar kimi "İcra haqqında" Qanunda müəyyən edilmiş hüquqları həyata keçirmək imkanına malikdir və həmin müddət ərzində maliyyə yükü kimi işə bərpa olunan işçiyə hesablanmış əmək haqqlarını da nəticə etibarilə ödəmək məcburiyyətində qalacaq. Başqa sözlə borclu müvafiq maliyyə yükünü və fiskal riski nəzərə alaraq işçini qanunsuz olaraq işdən çıxarmışdır. İddiaçı isə məhkəmə mübahisələrinin davam etdiyi və bununla bağlı icraatın dayandırıldığı dövrdə yeganə gəlir mənbəyi olan əmək haqqından və muzdlu işlə bağlı digər gəlirlərindən məhrum olmuş, maddi və mənəvi məhrumiyyətlər yaşamışdır. Həmçinin, hüquqları pozulmuş tərəfin (işçinin) öz hüquqlarını bərpa etmək üçün iddia qaldırması, iddiaçı və sonrakı mərhələdə tələbkar qismində ona qanunvericliklə verilmiş prosessual hüquqlarını həyata keçirməsi onu gözlədiyi gəlirindən, ona dəyişmiş zərərin ödənilməsindən, maddi hüquqlarında məhrum etməməlidir, əks halda hamin prosessual hüquqların həyata keçirilməsi tərəfi maddi hüquqlarından məhrum etmiş ve ya məhdudlaşdırmış olsa idi həmin prosessual hüquqlar xəyali xarakter daşımış olardı. "Bu baxımdan, hüquqi normaların bəzən qaçılmaz olan natamamlığı və ya qeyri-müəyyənliyi məhz məhkəmə təcrübəsi vasitəsi ilə aradan qaldırılır" (Konstitusiya Məhkəməsi Plenumunun R.Cəfərovun şikayəti üzrə 2012-ci il 18 may tarixli Qərarı). Tərəflər arasında mülki icraat qaydasında məhkəmə çəkişməsi başa çatdıqdan və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Astara rayon İcra və Probasiya şöbəsinin 05 iyun 2023-cü il tarixli qərarına əsasən Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı icra sənədi aidiyyəti üzrə icra edilməsi üçün Lənkəran rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lənkəran rayon İcra və Probasiya şöbəsinin 03 iyul 2023-cü il tarixli qərarına əsasən Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. Lənkəran rayon İcra və Probasiya şöbəsinin 03 iyul 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş məktubuna əsasən Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün Lənkəran-Astara Regional Təhsil İdarəsinə 10 gün vaxt verilmişdir. Borclu məcburi işburaxma müddəti üzrə əmək haqlarının ödənilməsindən yayınmaq və İcra sənədi üzrə icraatı yubatmaq məqsədilə Astara rayon məhkəməsinə icra sənədinin izah olunması üçün müraciət etmiş, Astara Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 8(018)- 130/2023 saylı qərardadına əsasən Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsinin izah edilməsinə dair borclu Lənkəran- Astara Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən Rəhim Rəhimov tərəfindən verilmiş ərizə təmin olunmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı qətnamədə, qətnamənin nəticə hissəsindəki fikirlər aydın ifadə olunduğuna görə hər hansı bir izah verilməsi məqsədəmüvafiq deyil, qətnamədə məhkəmənin gəldiyi nəticə düzgün başa düşülməklə, qətnamənin icrasında heç bir çətinlik yaratmır. Bununla yanaşı, borclunu icra sənədi üzrə tələbin icrasından yayındırmaq və ona kömək göstərmək məqsədilə Lənkəran rayon İcra və Probasiya şöbəsinin böyük icra mamuru Gündüz Mehdiyev də analoji qaydada Astara rayon məhkəməsinə icra sənədi üzrə tələbin məcburi işburaxma dövrünün məhdudlaşdırılması istiqamətində izah verilməsi üçün ərizə ilə müraciət etmiş, Astara Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 8(018)-137/2023 saylı qərardadına əsasən Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 İyun 2021-ci il tarixli qətnaməsinin izah edilməsinə dair Lənkəran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Gündüz Mehdiyev tərəfindən verilmiş ərizə təmin olunmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı qətnamədə, qətnamənin nəticə hissəsindəki fikirlər aydın ifadə olunduğuna görə hər hansı bir izah verilməsi məqsədəmüvafiq deyil, qətnamədə məhkəmənin gəldiyi nəticə düzgün başa düşülməklə, qətnamənin icrasında heç bir çətinlik yaratmır. Lənkəran- Astara Regional Təhsil İdarəsi Astara şəhər Ş. Qasımov adına 4 nömrəli tam orta məktəbin 79 nömrəli, 19 oktyabr 2023-cü il tarixli əmrinə əsasən İddiaçı Astara şəhər 4 nömrəli tam orta məktəbdə psixoloq vəzifəsindən azad edilməsi barədə 31 mart 2021-ci il tarixli, 29 nömrəli emrin qüvvədən düşmüş hesab edilməsi, İddiaçı Astara şəhər 4 nömrəli tam orta məktəbdə 15 sentyabr 2023-cü il tarixdən psixoloq vəzifəsinə bərpa olunması ve onunla 3 ay sınaq müddətinə müddətli əmək müqaviləsinin bağlanması, İddiaçı məcburi işburaxma müddəti üçün 3 aylıq əmək haqqı ödənilməsi qərara alınmışdır. KM7 saylı, 06 dekabr 2023-cü il tarixli ödəniş tapşırığına əsasən Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən **********44176 nömrəli hesaba 1427,77 manat pul vəsaiti köçürülmüşdür. Başqa sözlə, Astara rayon İcra və Probasiya şöbəsinin 05 İyun 2023-cü il tarixli qərarına əsasən icra sənədi ərazi aidiyyəti üzrə Lənkəran rayon İcra və probasiya şöbəsinə icra olunmasından ötrü göndərilməsinə baxmayaraq, bundan 6 ay sonra məcburi işburaxma müddəti üzrə əmək haqqının yalnız 1427 manat hissəsi tələbkara ödənilmiş, qalan 13 min manatadək hissəsi isə ödənilməmişdir. Lənkəran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Gündüz Mehdiyevin 10 yanvar 2024-cü il tarixli "İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədi üzre icraata xitam verilmişdir. Həmin qərarda göstərilmişdir ki, icraat zamanı Əliyev X22 şəhər 4 saylı tam orta məktəb direktorunun müavinin əmrinə əsasən 15 sentyabr 2023cü il tarixdən psixoloq vəzifəsinə bərpa edilmiş və İddiaçı 06 dekabr 2023-cü il tarixdə 1427,77 manat məbləğində məcburi işburaxmaya görə əmək haqqı ödənilmişdir. Bununla da Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədi üzrə tələb tam təmin edilmişdir. Qərar "İcra haqqında" Qanunun 20,1.5-ci və 20.2-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. Göründüyü kimi icra məmuru icra sənədinin tələblərini və konkret vəzifələrini icra etmədən icra sənədi üzrə icraata tələsik, kortəbii və heç bir tələb icra olunmadan xitam vermişdir. Beləliklə, Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi iki ildən artıq bir müddətdə icra edilməmiş qalmış, yalnız Astara şəhər 4 saylı tam orta məktəbinin direktorunun 15 sentyabr 2023-cü il tarixli əmri ilə Əliyev X22 şəhər 4 saylı tam orta məktəbində 15 sentyabr 2023-cü il tarixdən psixoloq vəzifəsinə bərpa olunmuş və onunla 3 aylıq sınaq müddətli əmək müqaviləsi bağlanmışdır. Bundan başqa, "Kapital Bank ASC-nin KM7 saylı, 06 dekabr 2023-cü il tarixli ödəniş tapşırığına əsasən, İddiaçı hesabına 3 aylıq əmək haqqı olaraq 1427,77 manat ödəniş edilmişdir. Tərəfimizdən icra məmurunun icraata xitam verilməsi barədə qərarından Astara rayon məhkəməsinə şikayət verilmiş, Astara Rayon Məhkəməsinin 8(018)- 20/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərardadına əsasən İddiaçı tərəfindən verilmiş şikayət ərizəsi təmin edilmiş, Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədi barədə Lənkəran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Gündüz Mehdiyev tərəfindən qəbul edilmiş 10 yanvar 2024-cü il tarixli "İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərar ləğv edilmiş, Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi tələbkarın şikayət ərizəsini təmin edərkən öz mövqeyini belə əsaslandırmışdır ki, hazırkı icra sənədi üzrə icraata xitam verilməməli idi. Belə ki, məhkəmə qətnaməsində və icra sənədində tələbkara bütün məcburi işburaxma dövrü üzrə amək haqqının ödənilməsi qət edilsə də, icra sənədini icra edən borclu müəssisənin rəhbəri icra sənədinin konkret tələbinə zidd olaraq, tələbkara bütün məcburi işburaxma dövrü üzrə deyil, həmin dövrün yalnız 3 aylıq hissəsinin əmək haqlarının ödənilməsi barədə göstəriş vermişdir. Məhkəmə hesab etmişdir ki, məcburi işburaxma dövrü dedikdə, işçinin qanunsuz olaraq işdən azad olunduğu vaxtdan onun işə bərpa olunduğu vaxtadək olan müddət nəzərdə tutulur və həmin dövr üçün olan əmək haqqları mübahisəsiz olaraq işəgötürən tərəfindən işçiyə tam həcmdə ödənilməlidir. Maraqlı cəhət ondan ibarətdir ki, bütün mümkün dəillərini öz qərarının əsaslandırıcı hissəsində qeyd etməli olan Lənkəran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru G. Mehdiyev bununla kifayətlənməmiş, həm də faktiki olaraq borclunun vəkili kimi çıxış edərək qərardan şikayətimizə yazılı etiraz da göndərmişdir. Qərardaddan narazı qalan borclu Lənkəran-Astara Regional Təhsil İdarəsi şikayət vermiş, şikayətində Astara Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 8(018)-20/2024 saylı qərardadının ləğv edilərək, yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(106)-22/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadına əsasən borclu Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməməsi, Astara Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 8(018)-20/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Yenidən icraya yönəldilən icra sənədi xx.xx.2024-cü il tarixdə Lənkəran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru G.Mehdiyevin icraatına daxil olmuş, icra sənədi üzrə yenidən icraata başlanılmış, lakin icra sənədi yenidən uzun müddət borcluların xeyrinə icrasız qalmışdır. Dəfələrlə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin rəhbərliyinə, həmin Nazirliyin İcra Baş İdarəsinə, hətta ölkə rəhbərliyinə etdiyimiz yazılı müraciətlərə və müvafiq qaynar xətt üzrə müraciətlərə baxmayaraq ənkəran rayon İcra və probasiya şöbəsinin böyük icra memuru G.Mehdiyev icra sənədinin icrasında süründürməçiliyə yol vermiş, məcburi iş buraxma müddəti üzrə əmək haqqlarının ödənişindən yayınan borclular barədə heç bir təsirli tədbir görməmişdir. Daha sonra İddiaçı cavabdeh Astara şəhər Ş.Qasımov adına 4 saylı tam orta məktəbinə, üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsini qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və sair tələblərə dair iddia ərizəsi ilə müraciət etmiş, Astara rayon məhkəməsinin 2(018)-957/2024 saylı xx.xx.2024cü il tarixli Qətnaməsinə əsasən qət edilmişdir ki, iddia qismən təmin edilsin, İddiaçı işdən çıxarılması ilə bağlı "Sınaq müddətinə işə qəbul edilmiş işçinin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə" 15 dekabr 2023-cü il tarixli, 106 nömrəli əmr ləğv edilsin. İddiaçı Əliyev X22 şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbində psixoloq vəzifəsinə işə bərpa edilsin İddiaçı işdən çıxarılması ilə bağlı sözügedən (15 dekabr 2023- cü il tarixli, 106 nömrəli) əmrin ləğv edilməsi ilə (yeni əmək müqaviləsi bağlanmadan, əvvəlki xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin şərtləri davam etdirilməklə) İddiaçı əvvəlki işinə (vəzifəsinə) bərpa edilsin. İddiaçı qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək əmək haqqlarının və bununla bağlı digər məcburi ödənişlərin məcburi iş buraxma müddəti üzrə əmək haqqı ödənilsin. Mediasiya prosesinin tətbiqi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu, cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbindən tutularaq İddiaçı xeyrinə ödənilsin. Məhkəmədə üçüncü şəxs X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X15 bildirmişdir ki, Astara şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta məktəbinin işəgötürəni ilə İddiaçı arasında xx.xx.2023-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən İddiaçı psixoloq vəzifəsinə işə qəbul edilmişdir. İşəgötürən xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsində sınaq müddəti göstərilmədiyi halda işəgötürən Əmək Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq özünün xx.xx.2023-cü il tarixli 106 nömrəli əmri ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "d" bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən xitam vermişdir. İşəgötürən barəsində xx.xx.2024-cü il tarixində MN ******* nömrəli X27 Protokol tərtib edilmiş və İddiaçı işə bərpa olunması məqsədi ilə İşəgötürən barəsində xx.xx.2024cü il tarixli ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qəbul edilmişdir. X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2023-cü il tarixli müraciətə dair xx.xx.2024-cü il tarixli cavabından görünür ki, İddiaçı Astara şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta məktəbinin işəgötürəni ilə aralarında xx.xx.2023-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən psixoloq vəzifəsinə işə qəbul edilmişdir. İşəgötürənlə aralarında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsində sınaq müddəti göstərilmədiyi halda işəgötürən Əmək Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq özünün xx.xx.2023-cü il tarixli 106 nömrəli əmri ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "d" bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən xitam vermişdir. Əmək müqaviləsinə xitam verilən zaman Əmək Məcəlləsinin 51-ci madddəsinin 3-cü hissəsinin və 76-cı maddəsinin 2-ci hissəsinin tələblərinin pozulması halı İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş xətaya səbəb olmuşdur. Bu halın Astara şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən X6 vəzifə funksiyalarına aid olduğunu nəzərə alaraq onun inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə barəsində xx.xx.2024-cü il tarixində MN ******* nömrəli X27 Protokol tartib edilmiş və İddiaçı işə bərpa olunması məqsədi ilə İşəgötürən barəsində xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qəbul edilmişdir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Məhkəmə prosesi getdiyi dövrdə məhz X19 Xidmətinin müdaxiləsi və vətəndaşın əmək hüquqlarına həssas yanaşması nəticəsində nəhayət ki, 12 sentyabr 2024-cü il tarixdə iddiaçıya məcburi işburaxma müddəti üzrə əmək haqqının qalan 13 324 manatlıq hissəsi ödənilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, məcburi iş buraxma müddəti üzrə əmək haqqları vaxtında ödənilmədiyindən və iddiaçı yeganə gəlir mənbəyi olan əmək haqqından qanunsuz olaraq məhrum olduğundan həm İddiaçı, həm də onun həyat yoldaşı ailə xərclərini ödəmək üçün müxtəlif bank və kredit təşkilatlarından kreditlər götürməli və onun faizlərini ödəməli olmuşlar. Həmin kreditlərin əsaslı hissəsi ödənilməmiş qalmaqdadır. Belə ki, Azərbaycan Kredit Bürosundan xx.xx.2024-cü il tarixli çıxarışdan göründüyü kimi İddiaçı həyat yoldaşı X10 xx.xx.2023cü il tarixdə "xxxx" ASC-dən 7000 (yeddi min) manat məbləğində ailə xərclərini ödəmək üçün istehlak krediti götürmüş, kreditin faiz məbləği 768 manat olmuş, hazırki qalıq məbləği ise 5678 manatdır. Bununla yanaşı Azərbaycan Kredit Bürosundan xx.xx.2024-cü il tarixli çıxarışdan göründüyü kimi İddiaçı həyat yoldaşı X10 xx.xx.2022-cü il tarixdə "xxxx" ASC-dən 2000 (iki min) manat kredit götürmüş və kredit xx.xx.2023-cü il tarixdə tam ödənilmişdir. Bununla yanaşı, Azərbaycan Kredit Bürosundan xx.xx.2024-cü il tarixli çıxarışdan göründüyü kimi İddiaçı həyat yoldaşı X10 xx.xx.2022-cü il tarixdə "xxxx" ASC-dən 100 (bir yüz) manat kredit götürmüş və kredit tam ödənilmişdir. Həmçinin, Azərbaycan Kredit Bürosundan xx.xx.2024-cü il tarixli çıxarışdan göründüyü kimi İddiaçı həyat yoldaşı X10 xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-den 960 (doqquz yüz altmış) manat kredit götürmüş və həmin istehlak kart krediti xx.xx.2022-ci il tarixdə tam ödənilmişdir. Həmçinin, Azərbaycan Kredit Bürosundan xx.xx.2024-cü il tarixli çıxarışdan göründüyü kimi İddiaçı həyat yoldaşı X10 xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən 960 (doqquz yüz altmış) manat istehlak kart krediti götürmüş və xx.xx.2022-ci il tarixdə kredit tam ödənilmişdir. Həmçinin, Azərbaycan Kredit Bürosundan xx.xx.2024-cü il tarixli çıxarışdan göründüyü kimi İddiaçı həyat yoldaşı X10 xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən 5100 (beş min yüz) manat məbləğində istehlak krediti götürmüş və həmin kredit xx.xx.2023-cü il tarixdə tam ödənilmişdir. Azərbaycan Kredit Bürosundan xx.xx.2024-cü il tarixli çıxarışdan göründüyü kimi İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-dən 300 (üç yüz) manat məbləğində istehlak krediti götürmüşdür. Məlumat üçün bildiririk ki, ötən müddət ərzində İddiaçı məcburi işburaxma müddəti üzrə əmək haqqları icra qurumunun hərəkətsizliyi və cavabdehin öhdəliyin icrasından qərəzli şəkildə yayınması nəticəsində vaxtında ödənilmədiyindən və nəzərdə tutulan vaxtdan 3 il sonra ödənildiyindən İddiaçı həyat yoldaşının adına götürdüyü həmin kreditləri nikaha daxil olarkən ailə üzvlərinin ona nikah hədiyyələrinin, qızılzinət əşyalarının, habelə yoldaşının cehiz əşyalarının və ev müxəlləfatının satışı, evdən digər şəxsi əşyalarının satılması hesabına ödəmək məcburiyyətində qalmış və həmin əşyaların satışı hesabına kreditləri ödəmişdir. Mygov elektron hökumət portalından Ədliyyə Nazirliyinin PDFT-MQDB-KX2F- TİLL nömrəli 24.09 2024-cü il tarixli Ailə tərkibi haqqında arayışdan göründüyü kimi İddiaçı ailə tərkibinə həyat yoldaşı xx.xx.1987-ci il təvəllüdlü X10 və övladı xx.xx.2021-ci il tarixli X17 aiddir. Mygov elektron hökumət portalından Ədliyyə Nazirliyinin 6GER-XİPW-ZEPC-5VQX saylı xx.xx.2024-cü il tarixli nikah haqqında məlumatlarından görünür ki, İddiaçı X7 ilə xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuş və həmin nikah 3370 saylı aktla 1 saylı Sumqayıt "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində qeydiyyata alınmış, AZ-İİ No 371834 saylı xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamə verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 İyun 2021-ci il tarixli qətnaməsi icra edilməsi üçün Astara rayon İcra və Probasiya şöbəsinə, həmin icra şöbəsindən isə icra olunması üçün Lənkəran rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, 03 iyul 2023-cü il tarixdə şöbəyə icra məmuru G.Mehdiyevin icraatına daxil olmuş, icra edilməsi üçün Lənkəran-Astara Regional Təhsil İdarəsinə göndərilmiş, 06 iyul 2023-cü il tarixdə idarəyə daxil olmuşdur. İddiaçı isə məhz bundan bir-neçə ay sonra işə bərpa olunmuşdur. İcra məmuru G.Mehdiyev "İcra haqqında" Qanunun 71-ci maddəsinin tələbini icra etməmiş, işə bərpa etmək haqqında qərar çıxarıldığı gündən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün orta əmək haqqının və ya əmək haqqı fərqinin işçiyə ödənilməsi haqqında qərardad çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Muzdlu işçi və ailə başçısı kimi İddiaçı fərdi əmək mübahisəsinin davam etdiyi və icra sənədinin icrasız qaldığı dövrdə yeganə gəlir mənbəyi olan əmək haqqısından və muzdlu işlə bağlı digər gəlirlərindən məhrum olduğundan, maddi və mənəvi məhrumiyyətlər yaşamış, bank və kredit təşkilatlarından həyat yoldaşının adına kredit götürmüş, evdən şəxsi əşyalarını satmalı olmuşdur. Lənkəran rayon icra şöbəsinin hərəkətsizliyi, fəaliyyətsizliyi, səbatsızlığı və icra sənədinin icrasına etinasız yanaşması və borclunun məcburi iş buraxma müddəti üzrə əmək haqlarınnın ödənişindən yayınması nəticəsində belə acınacaqlı maddi vəziyyət uzun müddət davam etmişdir. Bundan sonra 27 dekabr 2023-cü il tarixdə İddiaçı "Mediasiya haqqında" Qanunun 28-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasının keçirilməsi məqsədilə digər tələblərlə yanaşı (Astara rayon məhkəməsinin müvafiq qətnaməsi ilə təmin edilmişdir) hazırki tələblərlə də cavabdehə hazırki fərdi əmək mübahisəsi üzrə Üçüncü şəxslərə mediasiya prosesinin tətbiqi barədə təkliflə müraciət etmişdir (Təklif və müvafiq poçt qəbzi əlavə olunur). Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi barədə təklifə etinasız yanaşmış, iddiaçının pozulmuş əmək hüquqlarını bərpa etməkdən imtina etmişdir. Bundan sonra, iddiaçı "Mediasiya haqqında" Qanunun 29.2-ci maddəsinə müvafiq olaraq Lənkəran 1 saylı Mediasiya Təşkilatının mediatoru X5 müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddia ərizəsinə əlavə edilmiş Lənkəran 1 saylı Mediasiya təşkilatının "İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə" xx.xx.2024-cü il tarixli Arayışından və mediasiya prosesinin keçirilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun qəbzindən görünür ki, mediasiyanın tətibiqi barədə xx.xx.2023-cü il tarixdə tərəflərə təklif verilmiş, xx.xx.2024cü il tarixdə isə İMS üçün ərizə ilə müraciət olunmuş, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, bununla bağlı tərəflərə xx.xx.2024-cü il tarixdə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq Astara şəhər Ş Qasımov adına 4 saylı orta məktəb İMS-də iştirak etməmişdir. Ona görə də İddiaçı müvafiq qanunvericilik aktlarında nəzərdə tutulmuş bütün mümkün qeyd olunan hüquqi müdafiə vasitələrinin nəticə vermədiyinə qəti əmin olduqdan sonra cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə, Lənkəran 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında (İMS) İştirak edilməməsi barədə Arayışından göründüyü kimi Təklifdə göstərilən mübahisənin predmeti - Astara rayon məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(018)-770/2021 saylı icra sənədi üzrə qət edilmiş məcburi iş buraxma müddəti üzrə əmək haqqlarının ödənişinin gecikdirilməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi, Astara şəhər 5 nömrəli orta məktəbin əmək müqaviləsinə xitam verilməsi barədə 106 saylı, 15 dekabr 2023-cü il tarixli əmrinin ləğvi ilə işə bərpa və qanunsuz olaraq işdən çıxarıldığı gündən işə bərpa olunacağı tarixədək əmək haqlarının və bununla bağlı digər ödənişlərin ödənilməsi (məcburi iş buraxma) tələbindən ibarət olmuş, İddiaçı həmin tələbin Astara şəhər 5 nömrəli orta məktəbin əmək müqaviləsinə xitam verilməsi barədə 106 saylı, 15 dekabr 2023-cü il tarixli əmrinin ləğvi ilə işə bərpa və qanunsuz olaraq işdən çıxarıldığı gündən işə bərpa olunacağı tarixədək əmək haqlarının ve bununla bağlı digər ödənişlərin ödənilməsi (məcburi iş buraxma) hissəsi ilə bağlı Astara rayon məhkəməsində ayrıca iddia qaldırmış, həmin iddia tələbi Astara rayon məhkəməsinin 2(018)-957/2024 saylı xx.xx.2024-cü il tarixli Qətnaməsinə əsasən qismən təmin edilmiş, sözügedən mediasiya sessiyasının digər tələbləri üzrə isə (Astara rayon məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(018)-770/2021 saylı icra sənədi üzrə qət edilmiş məcburi iş buraxma müddəti üzrə əmək haqqlarının ödənişinin gecikdirilməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi) hazırkı iddia ərizəsi ilə ayrıca mülki icraatda iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məlumat üçün bildirir ki, hazırki iddia ərizəsi ilə daha öncə Astara Rayon Məhkəməsinə müraciət edilmiş, Astara Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(018)-1271/2024 nömrəli qərardadı ilə İddiaçı Astara şəhəri S.Qasımov adına 4 saylı orta məktəbə, üçüncü şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Lənkəran-Astara Şöbəsinə və Lənkəran rayon İcra və Probasiya Şöbəsinə qarşı "dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanması qərara alınmışdır. İş üzrə İddiaçı ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışında üzürlü səbəbdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və X14" PHŞ-ın 20 iyun 2024-cü il tarixli 4415 saylı Patohistoloji müayinə arayışına əsasən "Nazik bağırsaq və anastomoz xəttində xoralar xəstəliyindən əziyyət çəkdiyindən və həmin gün məhkəmə iclasının təyin edildiyi saatlarda qəfildən sağlamlıq vəziyyəti ağırlaşdığından və bununla bağlı dərman preparatları qəbul etməli olduğundan məhkəmə iclasında iştirak edə bilməmişdir. Qeyd olunanlara əsasən, iddia ərizəsinin baxılmamış saxlanması barədə Astara rayon məhkəməsinin 2(018)-1271/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxışın davam etdirilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, 2(018)-1271/2024 nömrəli qərardadı ilə İddiaçı Astara rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(018)- 1271/2024 nömrəli qərardadının ləğvi barədə ərizəsi təmin edilməsi, Astara Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(018)-1271/2024 nömrəli qərardadından İddiaçı verdiyi şikayət 7 gün müddətində 2(018)-1271/2024 nömrəli mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-422 nömrəli, 27 yanvar 2024-cü il tarixli qərardadı ilə Astara Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, 2(018)-1271/2024 nömrəli qərardadının ləğv olunması barədə İddiaçı ərizəsinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməsi, mülki işin Astara Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İddiaçı 18 iyun 2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Astara şəhəri Ş. Qasımov adına 4 saylı tam orta məktəbinə və qeyrilərinə qarşı hazırki iddia ərizəsinin təmin edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq işçinin qanunsuz işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin (Astara rayon məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021ci il tarixli icra sənədinin icrasız qaldığı 30 avqust 2021-ci ildən 11 sentyabr 2024-cü ilədək olan dövr üzrə) orta əmək haqqının hesablanaraq cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbindən tutulub İddiaçı ödənilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172ci maddəsinin 5-ci hissəsinə müvafiq olaraq Astara rayon məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədi ilə qət edilmiş məcburi iş buraxma müddəti üzrə əmək haqqlarının ve bununla bağlı digər ödənişlərin işəgötürənin təqsiri üzündən gecikdirildiyindən icra sənədinin verildiyi 30 avqust 2021-ci il tarixdən 11 sentyabr 2024-cü il tarixədək her gecikdirilmiş gün üçün işçiyə əmək haqqının 1 (bir) faizi məbləğində ödəncin hesablanması və cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbindən tutularaq İddiaçı ödənilməsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq iddiaçıya ödənilməli olan 13 325 (on üç min üç yüz iyirmi beş) manat məbləğində əmək haqqları vəsaitini icra sənədinin verildiyi 30 avqust 2021-ci il tarixdən 11 sentyabr 2024-cü il tarixədək 15 000 (on beş min) manat məbləğin ödənilməsini gecikdirdiyindən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 (beş) faizin hesablanaraq cavabdehdən İddiaçı xeyrinə tutulması, Astara rayon məhkəməsinin icraatında olmuş Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı icra sənədi üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 "İcra sənədi üzrə icraata xitam verilməsi barədə" 10 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi və Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə tələbkar İddiaçı tərəfindən verilmiş şikayətə baxılması ilə bağlı 8(018)- 20/2024 saylı iş üzrə İddiaçı tərəfindən hüquq xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə üzrə vəkili X1 ödənilmiş 320 manat xidmət haqqının reqres qaydada cavabdehdən tutularaq İddiaçı ödənilməsi, Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair 11 aprel 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyə müvafiq olaraq dəymiş ziyan qismində iddiaçıya vaxtında ödənilməmiş və ödənişi gecikdirilmiş məcburi işburaxma müddəti üzrə amak haqqlarının gecikdirilməsi nəticəsində iddiaçının və həyat yoldaşının götürməyə məcbur olduğu kredit öhdəliklərinin və onların faizlərinin cəmi 16228 (on altı min iki yüz iyirmi səkkiz) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini, nümayəndəsinin göstərdiklərini təsdiq etdiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı orta məktəbin nümayəndəsi X18 direktor olaraq işə yeni təyin olunduğunu, bu mübahisələrin ondan əvvəlki direktor ilə məktəbin müəllimi arasında baş verdiyini bildirmiş iddia tələbini qəbul etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran- Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X13 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı Əliyev X22 şəhəri, Ş.Qasımov adına 4 saylı orta məktəbdən Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(018)-770/2021 saylı icra sənədinin icrasız qaldığı dövr üzrə orta əmək haqqının hesablanması, Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(018)- 770/2021 nömrəli icra sənədi ilə qət edilmiş məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və bununla bağlı digər ödənişlərin işəgötürənin təqsiri üzündən gecikdirildiyindən icra sənədinin verildiyi tarixdən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının iki faizi məbləğində ödənişin hesablanması, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq iddiaçıya ödənilməli olan 13.325 manat məbləğində əmək haqqları vəsaitinin xx.xx.2024-cü il tarixədək ödənilməsini gecikdirildiyindən gecikdirilmiş vaxt üçün geçikdirilmiş məbləğdə illik beş faizin hesablanaraq ödənilməsi Astara Rayon Məhkəməsi icraatında olmuş Astara rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(018)-770/2021 saylı icra sənədi üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 "İcra sənədi üzrə icraata xitam verilməsi barədə 10 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi və Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra hərəkətinin davam etdirilməsi barədə tələbkar İddiaçı tərəfindən verilmiş şikayətə baxılması ilə bağlı 8(018)-20/2024 saylı iş üzrə iddiaçıya göstərilmiş hüquqi xidmətə görə vəkilə ödənilmiş xidmət haqqının cavabdehdən tutulub ödənilməsi, həmçinin iddiaçıya vaxtında ödənilməmiş və ödənişi gecikdirilmiş məcburi iş buraxma müddəti üzrə əmək haqqının gecikdirilməsi nəticəsində iddiaçının və arvadının götürməyə məcbur olduğu kredit öhdəliklərinin və onların faizlərinin cəmi 16228 manat pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi ilə tanış olmuşdur. İddia ərizəsində qeyd edilənlərlə razı deyil və aşağıda qeyd etdiyi əsaslara görə iddia ərizəsinə etiraz edir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələblərini pozaraq eyni predmet və eyni əsaslar üzrə məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı bundan əvvəl Astara rayon Təhsil şöbəsinə və Astara şəhər Ş.Qasımov adına 4 saylı tam orta məktəbinə qarşı "işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələb ilə Astara rayon məhkəməsinə müraciət etmişdir. İşə Astara rayon məhkəməsində baxılmış və məhkəmənin 30 iyun 2021-ci il tarixli 2(018)-770/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş İddiaçı Astara şəhəri, 4 saylı tam orta məktəbində psixoloq vəzifəsindən azad edilməsi barədə 31 mart 2021-ci il tarixli 29 saylı əmri ləğv edilmiş İddiaçı əvvəl ki vəzifəsinə bərpa olunmuş və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi təmin edilmis, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməmişdir. İddiaçı Astara rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(018)-770/2021-ci il saylı qətnaməsinin qismən təmin olan hissəsindən narazı qalaraq apelllyasiya şikayəti vermişdir. Şirvan apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-3103/2021 saylı qətnaməsilə apellyasiya şikayəti təmin edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri olmasına baxmayaraq iddiaçı aradan 4 ilə yaxın müddət keçdikdən sonra eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Hüquq normasının tələbindən görünür İddiaçı hazır ki, iddia tələbi ilə əvvəllər yəni 2021-ci ildə məhkəməyə müraciət etdiyindən və bu barədə həm birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan Prosessual hüquq normasının tələbləri pozulmaqla yenidən iddia ərizəsi eyni tələb ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, qeyd edilənlərə əsasən hazırki iş üzrə icraata xitam verilməlidir. İddiaçı tələbinin 3-cü bəndində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinad edərək Astara rayon məhkəməsinin 2(018)-170/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsilə qət edilmiş məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və bununla bağlı digər ödənişlərin işəgötürənin təqsiri üzündən gecikdirildiyini qeyd edərək İcra sənədinin verildiyi tarixdən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının 2 faizi məbləğində ödəniş hesablanması və ona ödənilməsini tələb etmişdir. Əvvəla tələbin bu hissəsi ilə əlaqədar bildirir ki, iddiaçının bu tələbidə əsassızdır. İddiaçının iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ziyan vurulmaqla bağlı yaranış əmək mübahisələrin həlli üçün hüququnun pozulduğunu bilmişdir. Lakin, iddiaçı ödəniş verilməsi barədə bir il ərzində məhkəməyə müraicət etməmişdir. Bununlada Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulan 1 illik müddəti ötürülmüşdür. Hesab edir ki, məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməlidir. Beləliklə iddia müddəti ötürüldüyündən iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin və Lənkəran rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməmənin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(106)-22/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, borclu Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Astara Rayon Məhkəməsinin 2(018)-957/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı işdən çıxarılması ilə bağlı "Sınaq müddətinə işə qəbul edilmiş işçinin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə" 15 dekabr 2023-cü il tarixli, 106 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbində psixoloq vəzifəsinə işə bərpa edilməsi, İddiaçı işdən çıxarılması ilə bağlı sözügedən (15 dekabr 2023-cü il tarixli, 106 nömrəli) əmrin ləğv edilməsi ilə (yeni əmək müqaviləsi bağlanmadan, əvvəlki xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin şərtləri davam etdirilməklə) İddiaçı əvvəlki işinə (vəzifəsinə) bərpa edilməsi, İddiaçı qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək əmək haqqlarının və bununla bağlı digər məcburi ödənişlərin məcburi iş buraxma müddəti üzrə əmək haqqının ödənilməsi, mediasiya prosesinin tətbiqi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun, cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı tam orta məktəbdən tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Lənkəran Regional Ədliyyə İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 2(018)-770/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Astara şəhər 4 saylı tam orta məktəbində psixoloq vəzifəsindən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli 29 saylı əmr ləğv edilməli, o, Astara şəhər 4 saylı tam orta məktəbində psixoloq vəzifəsinə bərpa olunmalı və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə "İcraata xitam verilməsi haqqında" qərar qəbul edilərək icra sənədi üzrə icraata xitam verilmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli qərardadı ilə icra məmurunun "İcraata xitam verilməsi haqqında" xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli qərardadı xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon İcra va Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin təqdim etdiyi məlumatda bildirilir ki, borclu Lənkəran-Astara Regional Təhsil İdarəsi icra sənədinin tələbini könüllü icra müddətində təmin etmədiyindən borclunun bank hesabına xx.xx.2024-cü il tarixdə inkasso sərəncamı tətbiq edilmişdir. İcra sənədi Lənkəran rayon İcra və Probasıya Şöbəsinin nəzarətindədir. İş materiallarına əlavə edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, 29 yanvar 2025-ci il tarixində, saat 14:30-da keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Astara şəhər 4 saylı tam orta məktəbin nümayəndəsi iştirak etməmişdir. İddiaçı 55 (əlli beş) manat məbləğində İMS rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Kredit Bürosundan çıxarışlardan görünür ki, X3 aktiv kreditləri vardır. İş materiallarına əlavə edilmiş Astara Rayon Məhkəməsinin 2(018)-1271/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Astara Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2(018)-1271/2024 saylı qərardadından İddiaçı verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Astara rayon İcra və Probasiya Şöbəsinin 13 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Astara rayon İcra və Probasiya Şöbəsinin 22 may 2023-cü il tarixli icra sənədi üzrə icraatın təzələnməsi barədə qərardan görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədi üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş Astara rayon İcra və Probasiya Şöbəsinin 05 iyun 2023-cü il tarixli icra vərəqəsinin aidiyyatı üzrə göndərilməsi barədə qərardan görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)-770/2021 saylı, 30 iyun 2021-ci il tarixli icra sənədi aidiyyatı üzrə icra edilməsi üçün Lənkəran rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon İcra və Probasiya Şöbəsinin 10 yanvar 2024cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 2(018)-770/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Astara şəhəri,Ş.Qasımov adına 4 saylı tam ümumitəhsil məktəbinin direktoru olmuş X8 tərəfindən verilmiş ərizədən görünür ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən 1 illik iddia müddəti ötürüldüyündən iddia müddətinin tətbiq edilməsi və iddiadan imtina barəsində qərar qəbul edilməsi xahiş edilmişdir. “İnsan Hüquqları və X12 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci bəndinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 3-cü maddəsinin 16-cı bəndinə əsasən fərdi əmək mübahisəsi əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 172-ci maddəsinin qeyd hissəsinə əsasən “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Həmin Məcəllənin 195-ci maddəsinin a) bəndinə əsasən əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) bəndinə əsasən əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 196-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin və ya fiziki şəxs olan işəgötürənin maliyyətəsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin qərarı (hökmü, qətnaməsi) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Həmin Məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinin h bəndinə əsasən bu Məcəllə ilə işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 28 iyun 2024-cü il tarixədək qüvvədə olan 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 300-cü maddəsinin qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli Plenum Qərarı ilə Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanması nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəasının fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edildiyi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçinin, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdiki, İddiaçı ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Maddi ziyanın ödənilməsini Astara şəhər 4 saylı tam orta məktəbin direktorunun 31 mart 2021-ci il tarixli 29 saylı qanunsuz Əmri və Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı icra sənədinin vaxtında icra edilməməsi ilə əsaslandırır. Astara Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(018)-770/2021 saylı icra sənədi 15 sentyabr 2023-cü il tarixdə qismən icra edilmiş, İddiaçı işə bərpa edilmiş, 12 sentyabr 2025-ci il tarixdə isə 13324 manat iddiaçıya ödənilmişdir. Sadalanan qanunvericilik aktı və normalarına əsasən məhkəmə hesab edir ki, hazırki tələb şərti olaraq bir neçə hissədən ibarətdir: 1. 30 avqust 2021-ci ildən 11 sentyabr 2024-cü ilədək olan dövr üzrə dəymiş ziyan kimi orta əmək haqqının hesablanaraq ödənilməsi, 2. icra sənədinin verildiyi 30 avqust 2021-ci il tarixdən 11 sentyabr 2024-cü il tarixədək her gecikdirilmiş gün üçün işçiyə əmək haqqının 1 (bir) faizi məbləğində ödəncin hesablanaraq ödənilməsi, 3. icra sənədinin verildiyi 30 avqust 2021-ci il tarixdən 11 sentyabr 2024-cü il tarixədək ödənilməsi gecikdirilmiş 15 000 (on beş min) manata görə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 (beş) faizin hesablanaraq ödənilməsi, 4. hüquq xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə üzrə vəkil X1 ödənilmiş 320 manat xidmət haqqının reqres qaydada cavabdehdən tutulması, 5. məcburi işburaxma müddəti üzrə əmək haqqlarının gecikdirilməsi nəticəsində iddiaçının və həyat yoldaşının götürməyə məcbur olduğu kredit öhdəliklərinin və onların faizlərinin, cəmi 16228 (on altı min iki yüz iyirmi səkkiz) manat pulun cavabdehdən tutulması. Məhkəmə qeyd edir ki, hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından iddiaçının hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil və ərizənin hüquqi əsasını hakim müəyyən edir. Məhkəmə işin araşdırılan halları ilə hesab edir ki, hazırki iddianın qanuni əsasını 1-ci hissəyə münasibətdə Əmək Məcəlləsinin 300-cü maddəsi, 2,4,5-ci hissələrə münasibətdə 172.5-ci maddəsi təşkil edir. Məhkəmə iddia tələbinin əsaslılığına qiymət verməzdən öncə iddiaçının məhkəməyə müraciət etmək hüququnun ötürülübötürülmədiyini araşdırmağı vacib hesab edir. Belə ki, qanunvericiliyə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Beləliklə, tələbin 1-ci və 2-ci hissəsinə münasibətdə iş materiallarından da görünür ki, iddiaçı barədə qanunsuz əmr 31 mart 2021-ci il tarixdə verilmiş, bundan sonra məhkəməyə müraciət edilmiş, iddia etdiyi dəymiş ziyan isə tələb edilməmişdir. Tələbin 5-ci hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı 15 sentyabr 2023-cü il tarixdə işə bərpa olunmuş və həmin dövrdən götürdüyü kreditlərə görə ona dəymiş olan ziyan bəlli olmuşdur. Həmin vaxtdan isə 1 il müddət ərzində dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməmişdir. Bu səbəbdən iddia tələbinin 1,2,5-ci hissəsinə münasibətdə iddia müddəti tətbiq edilməklə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 4-cü hissəsinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, tələbin 4-cü hissəsinə münasibətdə sübutetmə yükü də iddiaçının üzərinə düşmüş, lakin iddiaçı tərəfindən vəkillə bağlanılmış müqavilə və vəkilə ödənilən haqq barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən həmin hissədə iddia tələbi təmin edilməməlidir. İddia tələbinin 3-cü hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, həmin tələbin qanuni əsasını Əmək Məcəlləsinin 195-ci maddəsinin a bəndi və Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Belə ki, Astara rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı işə bərpa olunmuş və məcburi işburaxmaya görə ona işə bərpa olunduğu günədək haqq ödənilməsi nəzərdə tutulmuşdur. Bu qətnamə ilə cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Lakin, məhkəmə hesab edir ki, bu hissədə tələb qismən əsaslıdır. Belə ki, iddiaçı icra sənədinin verildiyi 30 avqust 2021-ci il tarixdən 11 sentyabr 2024-cü il tarixədək ödənilməsi gecikdirilmiş məbləğə 5% hesablanmaqla dəymiş zərəri tələb edir. Lakin, iş materiallarından görünür ki, icra sənədinin verildiyi 30 avqust tarixindən sonra iddiaçının özü tərəfindən apellyasiya şikayəti verilməklə icra üzrə icraat dayandırılmış, sonradan tərəflər arasında icra icraatı çərçivəsində mübahisələr olmuş, icra sənədi 15 sentyabr 2023-cü ildə icra edilməklə iddiaçı işə bərpa edilmiş, 6 dekabr 2023-cü il tarixdə 1427.77 manat məcburi işburaxma üçün iddiaçıya ödəniş edilmiş, 13324 manat isə ödənilmədən qalmışdır. Məhkəmə hesab edir ki, tələbin 3-cü hissəsinə münasibətdə iddia qismən təmin edilməklə, iddiaçının işə bərpa edildiyi 15 sentyabr 2023-cü il tarixdən ödənilməyən, 12 sentyabr 2024-cü il tarixədə gecikdirilməklə ödənilən 13324 manat məbləğə illik 5% hesablanmaqla 666.25 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödəməkdən azad olduğundan cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1,1091-ci Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı orta məktəbdən 15 sentyabr 2023-cü il tarixdən 12 sentyabr 2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün gecikdirilmiş 13324 manat məbləğə illik beş faiz hesablanmaqla 666.25 manat məbləğində dəymiş ziyan tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu cavabdeh Astara şəhəri Ş.Qasımov adına 4 saylı orta məktəbdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-879/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-879/2025
06.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver