Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-888/2024 22.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(018)- 360/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentinin miqdarının artırılması cavabdeh X3 hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq 29 oktyabr 2016-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xeyrinə verilməsi, həmçinin ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin cavabdehdən alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Cavabdeh ilə faktiki olaraq 2015-ci ildə ailə həyatı qurmuşlar. Nikahlarını isə 17 sentyabr 2016-ci il tarixdə rəsmiləşdirmişlər. Cavabdeh ilə ər-arvad olaraq xx.xx.2016-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2016-ci il tarixdə X4 adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə birgə yaşamaq mümkün olmadığından ayrılmışlar. Ailənin saxlanılması və münasibətləri bərpa etmək mümkün olmadığından ərizəsinə əsasən Astara rayon məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(018)-360/2020 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2016-ci il təvəllüdlü X5 yanında saxlanılmış və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110 (yüz on) manat sabit pul məbləğində aliment tutulub xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra uşaq böyümüş, tələbatı artmış, həmdə qiymətlər artmışdır. Mediasiyanın tətbiqi ilə əlaqədar Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya Prosesinin tətbiqi barədə təklif cavadehə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. X7 xx.xx.2024-cü il tarixdə saat 10:30-da keçirilmiş. Cavabdeh X7nda iştirak etməmişdir. Mediasia xərci 55 manat tərəfindən ödənilmişdir. Astara rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(018)- 360/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentinin miqdarının artırılması cavabdeh X3 hər ay 250 manat sabit pul məbləğində aliment alınaraq 29 oktyabr 2016-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xeyrinə verilməsi, həmçinin ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin cavabdehdən alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(018)- 360/2020 saylı qətnaməsinə əsasən, 29 oktyabr 2016-cı il təvəllüdlü X4 anası- Mirzəyeva (Əliyeva) Xuraman Cavid qızının yanında saxlanılması və 10 mart 2020-ci il tarixindən başlayaraq Cavabdeh hər ay 110 (yüz on) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Mirzəyeva (Əliyeva) Xuraman Cavid qızına verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Astara RİHB-nın Astara şəhər İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 716 nömrəli arayışdan görünür ki, İddiaçı Astara şəhəri H.Əliyev prospekti 93 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş AZE11259466 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2016-cı ildə anadan olmuş, anası İddiaçı, atası isə Cavabdeh qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş mədaxil qəbzilərinin surətidən görünür ki, İddiaçı medasiya xərci üçün 55 (əlli beş) manat və dövlət rüsumu üçün 20 (iyirmi) manat ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2024cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(018)-360/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli, Cavabdeh medasiya xərci üçün ödənilmiş 55 (əlli beş) manat və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(018)-360/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh medasiya xərci üçün ödənilmiş 55 (əlli beş) manat və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-888/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-888/2024
22.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver