Məhkəmə qərarları › İş №2(018)-893/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-893/2023

22.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-893/2023 22.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” kiçik iddiaalara dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” kiçik iddiaalara dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş sənədlərini araşdırıb hesab edir ki, kiçik iddiaalara dair iddia ərizəsinə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar qəbul olunmasından imtina edilməli və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı verilmiş tələbi təsdiq edən sənədləri işə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim edilmədikdə məhkəmə kiçik iddiaalara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı sadələşdirilmiş qaydada verilmiş iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və İddiaçı ümumi qaydada iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair kiçik iddiaalara dair işə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilsin və iddia ərizəsinə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı ümumi qaydada iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar