Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-988/2024 04.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X21 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rəfail oğlundan birgə nikahlarından doğulmuş xx.xx.2011-cü il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa 250 (iki yüz əlli) manat olmaqla hər ay cəmi 750 (yeddi yüz əlli) manat sabit pul məbləğində aliment və ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını qismən müdafiə edərək bildirdi ki, uşaqlardan xx.xx.2013-cü il təvəllüdlü X6 onun razılığına əsasən atasının yanında yaşayır və onun bütün xərclərini atası ödəyir. Bundan əlavə xx.xx.2017-ci il təvəllüdlü X7 boşanmadan sonra doğulduğundan ayrıca iddia ərizəsilə atalığın müəyyən edilməsi və aliment tələbi ilə məhkəməyə müraciət edəcəkdir. Odur ki, yalnız xx.xx.2011-ci il təvəllüdlü X1 üçün məhkəmə tərəfindən müəyyən edilmiş aliment miqdarının artırılması zəruriyyəti yaranmışdır. Cavabdeh Rəfail oğlu ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin, ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Astara rayon Məhkəməsinin 05 dekabr 2016-ci il tarixli, 2(018)-2659/2016 saylı qətnaməsilə Cavabdeh Rəfail oğlu ilə olan 03 yanvar 2011-ci il tarixli 04 nömrə ilə qeydə alınmış nikah pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi hər uşağa 150 manat olmaqla hər ay cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən aralarında olan nikah pozulduğundan və aliment qət edildikdən sonra cavabdehin ona və uşaqlara qarşı münasibəti yaxşı cəhətdən tamamilə dəyişdi. O, ailəyə və uşaqlara qayğı göstərməyə başladı. Cavabdehin xoş rəftarını görüb onun təkidi ilə barışdıq. Cavabdehin xahişi ilə həmdə birgə yaşadıqlarına görə ərizə verib xahiş etmişdir ki, alimentin icraatına xitam verilsin. Cavabdeh ilə yenidən 2024-cü ilin aprel ayından ayrılmışlar. Odur ki, yenidən aliment tələbi ilə əlaqədar icra sənədinin icraya yönəldilməsini zəruriyyəti yaranmışdır, ayrıca ərizə ilə məhkəməyə müraciət etmişdir ki, 05 dekabr 2016-cü il tarixli 2(018)-2659/2019 saylı icra sənədi icraya yönəldilsin. Astara rayon Məhkəməsi tərəfindən aralarında olan nikah pozularkən onların birgə nikahdan 2 uşaqları olmuş, sonradan barışıb ailə münasibətlərini davam etdirmişlər bu münasibətdən xx.xx.2017-ci il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Beləliklə onların birgə nikahdan 3 uşaqları doğulmuşdur. O, hazırda işləmir, 3 nəfər azyaşlı uşaqlarının ehtiyaclarını təmin etmək üçün olduqca çətindir. Məhkəmənin müəyyən etdiyi 110 (yüz on) manat hər uşağın ayrı-ayrılıqda ehtiyaclarını təmin etmir. Bu səbəbdən aliment miqdarının artırılması zəruriyyəti yaranmışdır. Astara rayon məhkəməsinin 05 dekabr 2016-ci il tarixli 2(018)-2659/2016 saylı qətnaməsilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh Rəfail oğlundan birgə nikahdan doğulmuş xx.xx.2011-cü il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa 250 (iki yüz əlli) manat olmaqla hər ay cəmi 750 (yeddi yüz əlli) manat sabit pul məbləğində aliment və ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil təmsil etdiyi şəxsin iddia tələbini qismən qəbul etdiyini bildirərək alimentin 160 (yüz altmış) manat məbləğində təyin edilməsini xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(018)- 2659/2016 saylı qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh Rəfail oğlu arasında 03 yanvar 2011-ci ildə bağlanıb Astara RİHB-ın Şahağacı kəndi üzrə icra nümayəndəliyinin nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeydə alınmış rəsmi nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 18 yanvar 2011-ci il təvəllüdlü X12 və 10 yanvar 2013-cü il təvəllüdlü X6 adında uşaqlar İddiaçı tərbiyəsində saxlanması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün 04 noyabr 2016-cı il tarixdən başlayaraq bir uşaq üçün ayda 150 (yüz əlli) manat olmaqla hər ay cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh Rəfail oğlundan alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 1093-05/70 saylı arayışdan görünür ki, X12 xx.xx.2011-ci ildə anadan olmuş, atası- Cavabdeh Rəfail oğlu, anası- İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 1094-05/70 saylı arayışdan görünür ki, X8 xx.xx.2013-cü ildə anadan olmuş, atası- Cavabdeh Rəfail oğlu, anası- İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 1095-05/70 saylı arayışdan görünür ki, X7 xx.xx.2017-ci ildə anadan olmuş, atası- Cavabdeh Rəfail oğlu, anası- İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AA0678967 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2013-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AA4799265 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2017-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AA0678968 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.2011-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə anadan olmuşdur. İş materialında olan xx.xx.2024-cü il tarixli MŞL-00624 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, Cavabdeh Rəfail oğlu ilə X13 arasındakı nikah Astara rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(018)-2659/2016 saylı qətnaməsinə əsasən pozulmuş, şəhadətnamə İddiaçı verilmişdir. İş materiallarına əlavə edilmiş 89AA1423898 saylı xx.xx.2024-cü il tarixli etibarnamə sənədinin surətindən görünür ki, Cavabdeh Rəfaəl oğlu etibarnamədə qeyd edilən hüquqlarının həyata keçirilməsini 03 (üç) il müddətinə Vəkil etibar etmişdir. İş materiallarına əlavə edilmiş 51 saylı xx.xx.2024-cü il tarixli vəkil orderi sənədindən görünür ki, Əbilov X10 rayon məhkəməsində Cavabdeh Rəfaəl oğluna hüquqi yardım göstərir. İş materiallarına əlavə edilmiş Astara RİHB-nın Şahağac kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 360 və 361 nömrəli arayışlarından görünür ki, İddiaçı Astara rayonu Şahağac kəndində daimi qeydiyyatdadır və Şahağac kəndində yaşayır, Cavabdeh Rafil oğlu, X12 və X2 ibarət ailə üzvləri vardır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzilərinin surətidən görünür ki, İddiaçı medasiya xərci üçün 55 (əlli beş) manat və dövlət rüsumu üçün 30 (otuz) manat ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2024cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(018)-2659/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşınadək saxlanılması üçün cavabdeh X11 hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli, X11 medasiya xərci üçün ödənilmiş 55 (əlli beş) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(018)-2659/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşınadək saxlanılması üçün cavabdeh X11 hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. X11 medasiya xərci üçün ödənilmiş 55 (əlli beş) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-988/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-988/2024
04.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver