Məhkəmə qərarları › İş №2(019)-1/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1/2021

07.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1/2021 07.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X6 Təsərrüfatı Mərkəzinin (keçmiş İddiaçı) nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı 2052.76 (iki min əlli iki manat 76 qəpik) manat vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2052 manat 76 qəpik məbləğində vurulmuş ziyanın cavabdehdən alınıb İddiaçı kassasına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh etirazı əsasında Balakən Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qərardadı ilə 28 dekabr 2010-cu il tarixli məhkəmə əmri ləğv edilmiş, iddia icraatına keçirilmişdir. İddiaçı ləğv edildiyindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X6 Təsərrüfatı Mərkəzi iddiaçı qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X6 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək göstərdi ki, keçmiş İddiaçı Aralıq meşəbəyliyinin 8 saylı meşə dolayasında Cavabdeh işlədiyi dövrdə müəssisəsinin meşə mühafizə işçiləri tərəfindən 31 avqust 2008-ci il tarixdə meşələrin mühafizəsi vəziyyətini araşdırmaq məqsədi ilə aparılmış yoxlama zamanı 833 manat 64 qəpik məbləğində 106,99 kub.metr həcmində fısdıq cinsindən müxtəlif diametrli ağacların qanunsuz kəsilməsi aşkar olunmuşdur. 03 sentyabr 2008-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin mütəxəssisi tərəfindən aparılmış birgə operativ nəzarəti yoxlama zamanı 1704 manat 51 qəpik məbləğində fısdıq və ağcaqayın cinsindən 273.16 kub.metr həcmində ağacların qanunsuz kəsilməsi aşkar olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2008-ci il tarixli 370 S nömrəli sərəncamına əsasən həmin dolayının X7 Qoruğuna verilməsi ilə aparılmış təhvil -qəbul zamanı 93 manat 17 qəpik ziyan aşkarlanmışdır. Beləliklə aparılmış 3 yoxlama zamanı 2631 manat 32 qəpik məbləğində meşə fonduna vurulmuş ziyandan ödənilməmiş 2052 manat 76 qəpik ziyan qalmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin ziyanı ödəməkdən imtina edir.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 iclasın vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Onlarla telefon vasitəsi ilə əlaqə saxlanmış, onlar məhkəmə iclasına gəlməyəcəklərini, iddia ilə razı olmadıqlarını bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçınə 2052 manat 76 qəpik məbləğində borcu olması barədə iddia tələbi əsassızdır.O, X4 və Bərpası İdarəsinə göstərilən məbləğdə ziyan vurmamış və həmin ziyanın ona heç bir aidiyyəti yoxdur. Ona bildirilmişdir ki, 500 manat pul ödəməlidir, o da 2008-ci ilin sentyabr ayında həmin pulu ödəmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 əvvəlki məhkəmə iclasında iddianı etiraf etməyərək Cavabdeh izahatına uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı tərəfindən tərtib edilmiş 31 avqust 2008-ci il tarixli aktdan görünür ki, Cavabdeh Aralıq meşəbəyliyinin 8 saylı meşə dolayısından meşə qanunvericiliyini pozaraq gizli yolla müxtəlif diametrli 106,99 kub.metr həcmində fısdıq ağaclarını kəsərək dövlət meşə fonduna 833 manat 64 qəpik məbləğində ziyan vurmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı tərəfindən tərtib edilmiş 03 sentyabr 2008-ci il tarixli aktdan görünür ki, Cavabdeh Aralıq meşəbəyliyinin 8 saylı meşə dolayısından meşə qanunvericiliyini pozaraq gizli yolla müxtəlif diametrli 273,16 kub.metr həcmində fısdıq və ağcaqayın ağaclarını kəsərək dövlət meşə fonduna 1704 manat 51 qəpik məbləğində ziyan vurmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2021-ci il tarixli 4/202 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Balakən Rayon Meşə Mühafizəsi və X2 Meşəbəyliyinin 8 saylı meşə dolayısında kəsilmiş ağaclar barədə tərtib edilmiş 31 avqust 2008-ci il tarixli aktın sonunda «3» rəqəmi qarşısındakı imza, 03 sentyabr 2008-ci il tarixlərdə tərtib edilmiş aktın sonunda «4»rəqəmi qarşısındakı imza,31 avqust 2008-ci il tarixli qanunsuz kəsilmiş ağacların ilkin siyahısının sonunda «3» rəqəminin qarşısındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdlur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan qəbul edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsinin və cavabdehin izahatları və işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh keçmiş İddiaçı Aralıq meşəbəyliyinin 8 saylı meşə dolayasında meşə gözətçisi işlədiyi dövrdə sözügedən meşə dolayısından müxtəlif vaxtlarda meşə qanunvericiliyini pozaraq gizli yolla müxtəlif diametrli fısdıq və ağcaqayın cinsindən olan ağaclarını kəsib dövlət meşə fonduna 2631 manat 32 qəpik məbləğində ziyan vurmuşdur. Cavabdeh ziyanın 578,56 manatını ödəmiş, 2052 manat 76 qəpik məbləğində ziyan isə ödənilməmiş qalmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin ziyanın ödəməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia tələbi təmin edildiyindən dövlət rüsumu xərci və ekspertiza xərci Cavabdeh tutulmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 2052 manat 76 qəpik tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X6 Təsərrüfatı Mərkəzinin hesabına ödənməlidir. 30 manat dövlət rüsumu xərci Cavabdeh tutulub dövlət büdcəsinə ödənməlidir. 140 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 2052 manat 76 qəpik (iki min əlli iki manat yetmiş altı qəpik ) tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X6 Təsərrüfatı Mərkəzinin hesabına ödənsin. 30 manat dövlət rüsumu xərci Cavabdeh tutulub dövlət büdcəsinə ödənilsin. 140 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar