Məhkəmə qərarları › İş №2(019)-1/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1/2023 15.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X1 katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh qarşı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 1687,80 ABŞ dolları əsas borc , 571,77 ABŞ dolları faiz borcu, cəmi 2259,57 ABŞ dolları məbləğində kredit borcunun və 20 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli 2(019)-1261/2016 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmiş, Cavabdeh 1687,80 ABŞ dolları əsas borc ,571,77 ABŞ dolları faiz borcu, cəmi 2259,57 ABŞ dolları məbləğində kredit borcunun və 20 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Borclu Cavabdeh etirazı əsasında Balakən Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qərardadı ilə 06 iyun 2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş, iddia icraatına keçirilmişdir. İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Zaqatala filialı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 51-xx-xx-026112 nömrəli Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh 36 ay müddətinə illik 28 %, olmaqla 1914 ABŞ dolları məbləğində kredit verilmişdir. 51-xx-xx-026112 saylı kredit müqaviləsinin 4.2. maddəsinə uyğun olaraq kreditin qaytarılması hər ayın 09-dan gec olmayaraq 79.17 ABŞ dolları məbləğində olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsinə uyğun olaraq ödənməsi nəzərdə tutulmuşdur.Cavabdeh Kredit Müqaviləsində göstərilən öhdəlikləri lazımınca icra etməmişdir. Bank tərəfindən bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq Cavabdeh borcunu ödəməmişdir.Cavabdeh xx.xx.2016 tarixinə "xxxx" ASC-yə 1687,80 ABŞ dolları əsas borcu,571,77 ABŞ dolları faiz borcu,cəmi 2259,57 ABŞ dolları məbləğində kredit borcu vardır. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Sahil Şirzadlı məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiklərini,məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini göstərərək iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən etiraf edərək göstərdi ki, o, İddiaçı ASC ilə aralarında bağlanmış müqaviləyə əsasən 36 ay müddətinə 28 faiz ödəmək şərti ilə 1914 ABŞ dolları məbləğində kredit götürmüşdür. Onun kredit borcu düzgün hesablanmamışdır. Onun pensiyasından borca görə 562,40 manat tutulmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2015-ci il tarixli 51-xx-xx-026112 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 28% ödəmək şərti ilə,1914 ABŞ məbləğində kredit verilmişdir. Müqavilənin 5.4.1-ci maddəsinə əsasən borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 04 may 2016-cı il tarixli Zaq/708 nömrəli arayışdan görünür ki, 09 iyun 2015-ci il tarixli 51-xx-xx-026112 saylı kredit müqaviləsi üzrə 04 may 2016-cı il tarixə Cavabdeh İddiaçı ASC-nə əsas borcu 1687.80 USD əsas, 571.77 USD faiz borcu olmaqla cəmi borcu 2259.57 USD təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli 2(019)-1261/2016 nömrəli məhkəmə əmrindən görünür ki,borclu Cavabdeh əsas borc 1687,80 ABŞ dolları, faiz borcu 571,77 ABŞ dolları, cəmi 2259,57 ABŞ dolları məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 20 manat alınıb İddiaçı ASC-nin xeyrinə tutulması əmr edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 dekabr 2022-ci il tarixli 9/8417 nömrəli ekspert rəyindən görünür ki; iş materiallarından göründüyü kimi ,Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları,xx.xx.2015-ci il tarixli, 51-xx-xx-026112 nömrəli Kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2016-cı il tarixədək (sualda göstərilən tarixə ) banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədənxx.xx.2016-cı-ci il tarixə: əsas borc üzrə — 1696,44 USD; faiz borcu üzrə ----- 226,95 USD; Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları,xx.xx.2015-ci il tarixli, 51-xxxx-026112 №li Kredit Müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh Hacıyev oğlunun xx.xx.2016-cı il tarixədək (sualda göstərilən tarixə) banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; xx.xx.2016-cı il tarixə əsas borc üzrə-----1996,44 USD faiz borcü üzrə--- 226,95 USD Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı ASC tərəfindən Balakən Rayon Məhkəməsinə unvanlanmış 27 yanvar 2023-cü il tarixli M/19-2607/1 nömrəli məktubda göstərilmişdir ki, “Sizin 2(019)-1/2023 nömrəli, xx.xx.2023-cü il tarixli sorğunuza cavab olaraq bildirmək istəyirik ki, Cavabdeh kredit məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının əhatə dairəsinə düşməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 15 fevral 2023-cü il tarixli 164/4 nömrəli məktubda göstərilmişdir ki, “Sizin sorğunuza cavab olaraq bildiririk ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1261/2016 nömrəli ,xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu Cavabdeh tələbkar İddiaçı ASC-ə ödədiyi məbləğ 562.40 manat təşkil edir. İcra sənədi üzrə ödənilməmiş məbləğ 1940.52 dollar (3298,88 manat) təşkil edir. Məhkəmə cavabdehi dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC-nin Zaqatala filialı ilə Cavabdeh arasında xx.xx.2015 tarixdə № 51xx-xx-026112 saylı Kredit Müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh illik 28 % dərəcəsi ilə 36 ay müddətinə olmaqla 1914 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin qaytarılması hər ayın 09 -dan gec olmayaraq 79.17 ABŞ dolları məbləğində olmaqla kredit müqaviləsinin tərkib hissəsi olan 1 saylı Əlavəyə uyğun olaraq ödənməsi müəyyən edilmişdir.Cavabdeh Kredit Müqaviləsində göstərilən öhdəlikləri lazımınca icra etməmişdir. İddiaçı "xxxx" ASC xx.xx.2016-cı il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" ASC-yə olan əsas borc üzrə 1687,80 ABŞ dolları, faiz borcu üzrə 571,77 ABŞ dolları olmaqla, cəmi 2259,57 ABŞ dolları məbləğində kredit borcunun Cavabdeh iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarından göründüyü kimi , İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində Cavabdeh 1687,80 ABŞ dolları əsas borca,571,77 ABŞ dolları faiz borcuna görə olmaqla,cəmi 2259,57 ABŞ dolları məbləğində kredit borcunun ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixə kredit borcu, əsas borc üzrə -1696,44 USD; faiz borcu üzrə -226,95 USD təşkil edir. Həmçinin məhkəmə əmri icraya yönəldikdən sonra Cavabdeh tələbkar İddiaçı ASC-nin xeyrinə 562.40 manat (330,82 USD) tutulmuşdur. Məhkəmə hesab edir ki, əsas borc üzrə məbləğ iddia tələbinə uyğun olaraq 1687,80 ABŞ dollarına, faiz borcu ekspert rəyinə uyğun olaraq 226,95 ABŞ dollarına aid hissədə əsaslı hesab olunmalı, ödənmiş 330,82 ABŞ dolları əsas borcdan çıxılmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1356,98 ABŞ dolları (1687,80 ABŞ dolları-330,82 ABŞ dolları=1356,98) əsas borc, 226,95 ABŞ dolları faiz borcu olmaqla cəmi 1583.93 ABŞ dolları kredit borcu qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən etdiyi məzənnə ilə və 20 manat dövlət rüsumu xərcinin 14 manatı alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. 100 manat ekspertiza xərcinin 70 manatı Cavabdeh, 30 manatı İddiaçı ASC-dən tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1356,98 ABŞ dolları əsas borc, 226,95 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1583.93 ABŞ dolları kredit borcu qətnamə icra edilən günə Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən etdiyi məzənnə ilə və 20 manat dövlət rüsumu xərcinin 14 manatı alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 100 manat ekspertiza xərcinin 70 manatı Cavabdeh, 30 manatı İddiaçı ASC-dən tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar