Məhkəmə qərarları › İş №2(019)-101/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-101/2021

29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-101/2021 29.01.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3850 (üç min səkkiz yüz əlli) və 30 manat dövlət rüsumunun alınaraq, ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 3700 (üç min yeddi yüz) manat pul və 30 manat dövlət rüsumunun alınaraq, ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Balakən şəhəri, S.Vurğun küçəsi, 29A ünvanında yaşayır. Kənd təsərrüfatı ilə, əsasən heyvandarlıqla məşğul olur. Balakən rayon Mahamalar kəndinin Salban deyilən ərazisində tanışlarına məxsus fermada iri buynuzlu mal-qarası vardır. Ətlik heyvanların sifarişlərini qəbul edir və satır. Əsasən qəssablarla işləyir. Müştərilərindən biri Cavabdehdur, o, əvvəllər iki dəfə ayrı-ayrı vaxtlarda gəlib fermadan istədiyi ətlik heyvanı seçib aparıb, kəsib, satıb və danışdıqları qiyməti ona ödəməklə aralarında etibar yaranmışdır. 2020-ci ilin fevral ayının əvvəli Cavabdeh qardaşı Araz adlı şəxslə fermaya gələrək 3 baş, 8 aylıq dişi, hər-birinin dəyəri 650 manat olmaqla, cəmi 1950 manat dəyərində yerli danaları aparmış və yenə də satıb pulunu verəcəyini demişdir. O da razılaşmışdır. Cavabdeh onun qardaşı Arazın, fermada yaşayan Çimnaz və Mehmanın iştirakları ilə özlərinin “Pikap tipli maşınlarına yükləyərək, aparmışdır. Rahib həmin vaxt fermada olan digər 3000 manat dəyərində, 300 kq çəkisi olan 1 baş “Holşdeyn” cinsli öküzü görmüş və toy üçün o, öküzü də sabahı günü gəlib götürəcəyini demişdir. Rahib sabahı günü yenə qardaşı ilə gəlib, onun və həmin şəxslərin iştirakı ilə öküzü maşına yükləyib aparmışdır. Apararkən həm əvvəlki gün götürdüyü 3 baş danaların pulu 1950 manatı, həmdə cins öküzlərin 3000 manat pulunu cəmi 4950 pulu xx.xx.2020-ci il tarixədək hissə-hissə qaytaracağını demişdir. Lakin Cavabdeh bu günədək həmin puldan 1000 manatını tanışı Balakən rayon sakini X1 vasitəsi ilə ona göndərib, 100 manat isə Balakən rayon Mərkəzi bazarında ona verməklə, cəmi 1100 manat ödəmişdir. Qalan 3850 manatı isə ona dəfələrlə deməsinə baxmayaraq qaytarmamışdır. Cavabdeh onaborclu olduğu 3850 manat pulu qaytarmır, hər dəfə müxtəlif bəhanələr edir, pulu qaytarmaqdan yayınır, artıq telefon zənglərinə də cavab vermir, hüquqlarını pozur. Cavabdeh bu dələduzluğu üçün əvvəlcə cinayət işinin başlanması üçün Balakən rayon PŞ-nə müraciət etmiş, lakin cinayət hadisəsi olmadığından cinayət işinin başlanması xx.xx.2020-ci il tarixli qərarla rədd edilmişdir. O, Cavabdeh qaytarılmalı olduğu puldan 150 manatını da güzəşt edir. Hazırda Cavabdeh 3700 manat tələb edir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsnə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Şamil adlı şəxsin fermasında sağıcı işləyir. İddiaçı da orada işləyir. 2020-ci ilin fevral ayında Cavabdeh İddiaçı ona məxsus əvvəl 3 baş, 8 aylıq dişi, hər-birinin dəyəri 650 manat olmaqla, cəmi 1950 manat dəyərində yerli danaları nisyə aparmış, həmçinin Rahib həmin vaxt fermada olan digər 3000 manat dəyərində, 300 kq çəkisi olan 1 baş “Holşdeyn” cinsli öküzü 3000 manata İddiaçı nisyə aparmışdır. Cavabdeh İddiaçı cəmi 4950 pulu xx.xx.2020-ci il tarixədək hissə-hissə qaytaracağını öhdəsinə götürmüşdür. Lakin Cavabdeh həmin puldan İddiaçı cəmi 1100 manat ödəmiş, qalan pulu isə borclu qalmışdır. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 843 nömrəli arayışından görünür ki, Balakən mal bazarında 1 baş Holşteyn Friz cinsli 2 yaşar erkək dananın orta bazar satış qiyməti 3000 manat, 1 baş 8 aylıq dişi dananın orta bazar satış qiyməti 650 manatdır ( 3 baş dişi 8 aylıq danaların bazar qiyməti 1950 manatdır). İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, cinayət hadisəsi olmadığına görə Balakən şəhər sakini İddiaçı şikayətləri əsasında toplanmış HK-1-170 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna və İddiaçı göndərilmişdir. Həmin qərarda Cavabdeh izahatında göstərilir ki, o, 2020-ci ilin mart ayında İddiaçı 1 baş Holşdeyn cinsli 300 kq çəkidə olan öküz malını 3000 manat, bundan əlavə 3 baş da əlavə olaraq dana mallarını dəyərini 2000 manat müqabilində danışaraq götürmüş, 2020-ci ilin mart ayının sonlarında İddiaçı 1000 manat pul ödəmiş, lakin geri qalan 4000 manat pulu ödəməmişdir. İş materiallarına əlavə olunan İddiaçı şikayətləri əsasında toplanmış HK-1-170 saylı materialda olan Cavabdeh izahatında göstərilir ki, 2020-ci ilin mart ayında İddiaçı 1 baş Holşdeyn cinsli 300 kq çəkidə olan öküz malını 3000 manat, bundan əlavə 3 baş da əlavə olaraq dana mallarını 1800 manata nisyə almışdır, cəmisi 4800 mnaat məbləğində pulu ödəməlidir. Söz verir ki, həmin pulu hissə-hissə ödəyəcəkdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh İddiaçı 1 baş Holşdeyn cinsli 300 kq çəkidə olan öküz malını 3000 manat, bundan əlavə 3 baş 8 aylıq dişi, hər birinin dəyəri 650 manat olmaqla, cəmi 1950 manat dəyərində yerli danaları nisyə olaraq almış, cəmi 4950 pulu xx.xx.2020-ci il tarixədək hissə-hissə qaytaracağı barədə öhdəlik götürmüşdür. Cavabdeh həmin heyvanların pulundan İddiaçı müəyyən ödənişlər etmiş və iddiaçının qeyd etdiyi kimi, Cavabdeh halhazırda İddiaçı 3700 manat borcu qalmışdır ki, iddiaçı da həmin pulu cavabdehdən tələb edir. Cavabdeh söz verdiyi vaxtda iddiaçıya olan borcunu tam ödəməmişdir. Cavabdeh həmin 3700 manat pulu ödəmədiyindən və iddiaçının hesabına həmin məbləğdə əsassız varlandığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında heyvanların nisyə alqı-satqı müqaviləsi üzrə qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh iddiaçıya məxsus mal-qaranı iddiaçıdan nisyə almaqla, qalan 3700 manat borcu iddiaçıya ödəməməklə və ödəməkdən boyun qaçırmaqla, İddiaçı hesabına həmin 3700 manat məbləğdə əsassız varlanmış və iddiaçıya 3700 manat məbləğdə maddi ziyan vurmuşdur. Ona görə də həmin 3700 manat məbləğ cavabdehdən alınaraq, iddiaçıya ödənilməli və bununla da iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsaəsn məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan hüquq normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 3700 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət e tdi: İddia təmin edilsin; Cavabdeh 3700 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar