Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-105/2020 05.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehqarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh çinar ağacı 20 ədəd 600 manat, 3 ədəd qoz ağacı-300 manat, fındıq məhsulu 3 il müddətində-1000 kq-2500 manat, qoz məhsulu 100 kq-250 manat, xurmakaralyok, alma və digər meyvə-200 manat, dəmir list 10 ədəd-200 manat, ata evindən payına düşən hissəsinin məbləği-6810 manat, evin təmiri üçün verilmiş pulun 1/3 hissəsi- 1333 manat və torpaq sahəsindən istifadədən gəlir-300 manat olmaqla, cəmi 12493 (on iki min dörd yüz doxsan üç) manat ziyanın və 30 manat dövlət rüsumunun alınaraq, ona verilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Sarıbulaq kəndində qeydiyyatdadır. Valideynlərindən atası X5 xx xxxxxx 2009-cu ildə, anası X6 isə xx xxxx 2015-ci ildə vəfat etmişdir. Valideynləri vəfat etdikdən sonra onlardan müəyyən əmlak miras qalmışdır. Bu miras əmlaka Notariat Kontoru tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Valideynlərindən ona həm həyətyanı, həm də pay torpaq islahatı aparılarkən onun payına da müəyyən torpaq sahəsi verilmişdir. Hal-hazırda həm valideynlərindən miras qalmış, həm də mülkiyyətinə verilmiş torpaq sahələrinə dair hüquqmüəyyənedici sənəd olan “Çıxarış”lar almışdır. Lakin qardaşı Cavabdeh ona bu sahədən istifadə etməyə imkan verməmişdir. Həmçinin mərhum atasına məxsus olmuş və onun da qeydiyyatda olduğu Sarıbulaq kəndində yerləşən yaşayış evində də onun miras payı olmuşdur. 2013-cü ildə baş vermiş zəlzələ nəticəsində ev yararsız vəziyyətə düşmüş və Fövqaladə Hallar Nazirliyi tərəfindən evin bərpası üçün 4000 (dörd min) manat kompensasiya pulu təyin edilmişdir. Lakin Cavabdeh bu pulu almağına baxmayaraq, evi təmir etdirməmiş. əksinə evi dağıtmış, onun materiallarından istifadə edərək, özünə məxsus həyətyanı sahədə müxtəlif tikililər tikdirmişdir. Cavabdeh vaxtında və qəsdən Notariat Kontoruna vərəsəliyin açılması ilə bağlı müraciət etmədiyindən vərəsəliyə dair şəhadətnamələrin alınması müddəti uzanmış və 2016-cı ildə qədər davam etmişdir. Bu illər ərzində iddiaçı Cavabdeh hal-hazırda onun istifadəsinə verilmiş torpaq sahəsindən 30-a yaxın çinar ağacını, 3 ədəd qoz ağacını və 20 ədəd akasiya ağacını kəsib satmışdır. Bundan başqa hər il onun payına düşən sahədən 300-350kq fındıq, 150-200 kq xurmakaralyok, 100 kq qoz, 60-70 kq alma məhsulu yığaraq satmışdır. Torpaq sahəsini əkibbecərməklə xeyli gəlir götürmüşdür. O, payına düşən torpaq sahəsində olan meyvə ağaclarını qıraraq, yerində fındıq ağacları əkmişdir. Həyətyanı sahənin kənarına atası Qafar tərəfindən hasar əvəzi çəkdirilmiş 16 mm-lik dəmir listləri 2009-cu ildə söküb məniumsəmiş, yerinə tikanlı kol əkmişdir. Həmçinin cavabdeh tərəfindən onun atasından miras qalmış ev sökülmüşdür. Bütün bunlara baxmayaraq, Arif ondan 1700 manat ziyan tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 29.07.219-cu il tarixli, 2(019)-80/2019 saylı qətnaməsi ilə ondan 620 manat pulun alınaraq, Cavabdeh verilməsi qərara alınmışdır. Həmin qətnamədən narazı olduğundan ondan da apelyasiya şikayəti vermişdir. Ona dəymiş ziyan məbləğini Cavabdeh tələb etsə də, o, bunu ödəməkdən imtina edir. Buna görə də məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə, alıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.4-cü maddəsinə əsasən hazırki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, Cavabdeh Balakən rayonu Sarıbulaq kəndində yaşayır. Arifin iddiaçı ilə münasibətləri yaxşı deyildir. Bir neçə il olar ki, onların torpaq və evə dair məhkəmədə mübahisələri vardır. Belə ki, Balakən Rayon Məhkəməsinin 2(019)-104/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,1716 hektar həyətyanı torpaq sahəsindən 35/48 hissə payının və 0.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 7/12 hissə payının ekspert rəyinə əlavə edilmiş sxemə uyğun naturada ayrılması qət edilmişdir. İddiaçıya düşən torpaq sahəsi xx.xx.2018ci il tarixli akta əsasən Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən təhvil verilmişdir. Torpaq sahəsi iddiaçıya təhvil verildikdən sonra onun sərhədləri bərkidilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində çinar, qoz və sair ağaclar kəsilməmişdir. İddiaçıya məxsus olan 10 ədəd dəmir list hazırda cavabdehdədir. Cavabdeh həmin əmlakın iddiaçıya verilməsinə etiraz etmir. İddiaçının mübahisələndirdiyi evə 2012-ci ildə bölgədə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş və FHN-nin müvafiq komissiyası tərəfindən həmin evə bərpa gücləndirmə rəyi verilmiş, dövlət tərəfindən evin bərpasına 4000.00 (dörd min) manat kompensasiya ayrılmışdır. Növbəti ardıcıl yeraltı təkanlardan sonra Cavabdeh Sarıbulaq kənd İƏD-nə etdiyi şifahi müraciəti əsasında 2017-ci ildə nümayəndəlik tərəfindən evə baxış keçirilmiş və fərdi yaşayış evinin yaşayış üçün tamamilə yararsız vəziyyətə düşdüyü aşkar edilmişdir. Buna görə də 2017-ci ildə ev Cavabdeh tərəfindən sökülmüşdür. Evin 1/4 hissəsi iddiaçıya məxsus olduğuna görə dövlət tərəfindən evin bərpasına ayrılmış 4000.00 (dörd min) manat kompensasiyanın 3000 (üç min) manatı cavabdehə ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş üzrə cavabdehin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********12 olan, ******* qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində 0.3275 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 69 №li reyestr kitabının 57 №li vərəqində İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********10 olan, ******* qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində 0.1005 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 69 №li reyestr kitabının 56 №li vərəqində İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********15 olan, ******* qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində 0.0426 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 69 №li reyestr kitabının 55 №li vərəqində İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********65 olan, ******* qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində fərdi yaşayış evi və 0.1716 ha yaşayış məntəqələrinin torpaqlar 10 №li reyestr kitabının 70 №li vərəqində fərdi yaşayış evinin 1/4 və torpaq sahəsinin 7/12 hissəsi İddiaçı, fərdi yaşayış evinin 3/4 və torpaq sahəsinin 3/12 hissəsi Cavabdeh, torpaq sahəsinin 2/12 hissəsi X3 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********65-10301 olan, 01 invertar qeydiyyat nömrəli xx.xx.2015-cu il tarixli Texniki Pasportdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evinə dair texniki pasport İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Sarıbulaq kənd Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 89 nömrəli arayışdan görünür ki, Balakən rayon Sarıbulaq kənd Bələdiyyəsi tərəfindən Cavabdeh müraciətinə əsasən bacısı İddiaçı həyətyanı və ona bitişik pay torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı çinar, qoz və sair ağaclarının kəsilməsinə rast gəlinməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Sarıbulaq kənd X11 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 223 nömrəli arayışdan görünür ki, İddiaçı tərəfindən mübahisələndirilən evə 2012-ci ildə bölgədə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş və FHN-nin müvafiq komissiyası tərəfindən həmin evə bərpa gücləndirmə rəyi verilmiş, dövlət tərəfindən evin bərpasına 4000.00 (dörd min) manat kompensasiya ayrılmışdır. Növbəti ardıcıl yeraltı təkanlardan sonra Cavabdeh Sarıbulaq kənd İƏD-nə etdiyi şifahi müraciəti əsasında 2017-ci ildə nümayəndəlik tərəfindən evə baxış keçirilmiş və fərdi yaşayış evinin yaşayış üçün tamamilə yararsız vəziyyətə düşdüyü aşkar edilmişdir. Buna görə də 2017-ci ildə ev Cavabdeh tərəfindən sökülmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərpoçt MMC-nin X13 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 172 nömrəli arayışdan görünür ki, Cavabdeh FHN-i tərəfindən ayrılmış 3000 manat pulu xx.xx.2015-ci ildə X8 şəxsən özü almışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-104/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə iləİddiaçı iddiasının qismən təmin edilməsi, İddiaçı Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,1716 hektar həyətyanı torpaq sahəsindən 35/48 hissə payının və 0.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 7/12 hissə payının ekspert rəyinə əlavə edilmiş sxemə uyğun naturada ayrılması, iddiaçının payına aid torpaq sahələrindən Cavabdeh çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən FAME PRO MMC-nin fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabatından görünür ki, Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,1716 hektar həyətyanı torpaq sahəsində İddiaçı mübahisələndirdiyi fərdi yaşayış evinin dəyəri (tikili üzrə)-1500 manat, torpaq sahəsi üzrə- 8580 manat, fərdi yaşayış evinin bazar dəyəri (ümumi)- 10080 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, ilk iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki,Balakən Rayon Məhkəməsinin 2(019)-104/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,1716 hektar həyətyanı torpaq sahəsindən 35/48 hissə payının və 0.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 7/12 hissə payının ekspert rəyinə əlavə edilmiş sxemə uyğun naturada ayrılması qət edilmişdir. İddiaçıya düşən torpaq sahəsi xx.xx.2018-ci il tarixli akta əsasən Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən təhvil verilmişdir. Torpaq sahəsi iddiaçıya təhvil verildikdən sonra onun sərhədləri bərkidilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində çinar, qoz və sair ağaclar kəsilməmişdir. İddiaçıya məxsus olan 10 ədəd dəmir list hazırda cavabdehdədir. Cavabdeh həmin əmlakın iddiaçıya verilməsinə etiraz etmir. İddiaçının mübahisələndirdiyi evə 2012-ci ildə bölgədə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş və FHN-nin müvafiq komissiyası tərəfindən həmin evə bərpa gücləndirmə rəyi verilmiş, dövlət tərəfindən evin bərpasına 4000.00 (dörd min) manat kompensasiya ayrılmışdır. Növbəti ardıcıl yeraltı təkanlardan sonra Cavabdeh Sarıbulaq kənd İƏD-nə etdiyi şifahi müraciəti əsasında 2017-ci ildə nümayəndəlik tərəfindən evə baxış keçirilmiş və fərdi yaşayış evinin yaşayış üçün tamamilə yararsız vəziyyətə düşdüyü aşkar edilmişdir. Buna görə də 2017-ci ildə ev Cavabdeh tərəfindən sökülmüşdür. Evin 1/4 hissəsi iddiaçıya məxsus olduğuna görə dövlət tərəfindən evin bərpasına ayrılmış 4000.00 (dörd min) manat kompensasiyanın 3000 (üç min) manatı cavabdehə ödənilmişdir. Göstərilən sökülmüş evin qiyməti ekspert rəyinə əsasən 1500 manat məbləğində müəyyən edilmişdir. İddia ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X12 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21.1 və 21.2-cimaddələrinəəsasənhüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-1092.2-ci maddələrinə görə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edən şəxs əsassız varlanan şəxs (varlanmış şəxs) sayılır; əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşdəki sübutlarla iddiaçıya məxsus 200 manat dəyərində olan 10 ədəd dəmir listlərin Cavabdeh olması, həmçinin cavabdeh tərəfindən yararsız vəziyyətə düşmüş fərdi yaşayış evinin sökülməsi nəticəsində evin müəyyən olunmuş 1500 manat dəyərinin iddiaçının 1/4 hissə payına düşən 375 manatın cavabdehdən tərəfindən ödənilməsi olması sübuta yetirilir. İddiaçı onun payına düşən sahədə olan ağaclardan 300-350 kq fındıq, 150-200 kq xurma-karalyok, 100 kq qoz, 60-70 kq alma məhsulunu yığması, cavabdeh tərəfdən 600 manatlıq 20 ədəd çinar ağacının, 300 manat dəyərində 3 ədəd qoz ağacının və digər ağacların kəsilməsi, cavabdehin təqsiri nəticəsində 2500 manatlıq 3 il müddətində 1000 kq fındıq məhsulundan, 250 manatlıq 100 kq qoz məhsulundan və 200 manatlıq xurmakaralyok və digər meyvələrdən məhrum olması, tələb etdiyi ata evindən payına düşən 6810 manat məbləğin 375 manat hissəsindən artıq məbləğin ona ödənilməli olması, tələb etdiyi evin təmiri üçün verilmiş pulun 1/3 hissəsi-1333 manat və torpaq sahəsindən 300 manat gəlir əldə etməli olması ilə bağlı iddia tələbinin əsaslandırıldığı halları, ona bu məbləğlərdə zərər vurulmasını, bu zərərlə cavabdehin hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olmasını və bu zərərin vurulmasında cavabdehin təqsirli olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu da göstərilən həmin tələb hissəsində iddianın əsassız olmasını göstərir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, mübahisə predmeti olan Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,1716 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən 1/4 hissə payının İddiaçımülkiyyətində olmasını, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində çinar, qoz və sair ağaclar kəsilməsinin aşkar edilməməsini, iddiaçının payına düşən torpaq sahəsinin 2018-ci ildə təhvil verilməsini, həmin torpaq sahəsindən bundan sonra iddiaçının istifadə etməsini, onun payına düşən sahədən 300-350 kq fındıq, 150-200 kq xurma-karalyok,100 kq qoz, 60-70 kq alma məhsulunun cavabdeh tərəfindən yığılmasına dair məhkəməyə sübut təqdim edə bilməməsini, 10 ədəd dəmir list hazırda cavabdehdə olmasını, ekspert rəyinə əsasən fərdi yaşayış evinin hazırki dəyərinin 1500 manat olmasını, fərdi yaşayış evinin 1/4 hissəsinin iddiaçının mülkiyyətində olmasını, fərdi yaşayış evinin 1/4 hissəsinin dəyərinin 375 manat olmasını, hazırda fərdi yaşayış evinin cavabdeh tərəfindən sökülməsini, evin 1/4 hissəsi iddiaçıya məxsus olduğuna görə dövlət tərəfindən evin bərpasına ayrılmış 4000.00 (dörd min) manat kompensasiyanın 3000 (üç min) manatının cavabdehə ödənilməsini, qalan 1000 pulun cavabdeh tərəfindən alınmamasının əzərə alaraq, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 200 manat dəyərində 10 ədəd dəmir list, həmin dəmir listlər olmadıqda isə onların dəyəri və fərdi yaşayış evinin dəyərinin 1/4 hissəsi olan 375 manat məbləğində pul alınıb, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. “X1rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 200 manat dəyərində 10 ədəd dəmir list, həmin dəmir listlər olmadıqda isə onların dəyəri və fərdi yaşayış evinin dəyərinin 1/4 hissəsi olan 375 manat məbləğində pul alınıb, İddiaçı ödənilsin; iddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-105/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-105/2020
05.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver