Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-11/2022 17.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 katibliyi ilə İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abakar qızına qarşı cavabdehlərin torpaq sahəsindən və tikililərdən çıxarılması, maddi və mənəvi ziyan tələbinə dair ilk, Cavabdeh1 X3 qarşı vurulmuş maddi və mənəvi ziyan məbləğinin ödənilməsi barədə qarşılıqlı iddialar üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X4 cavabdehlər Cavabdeh1 Məmməd oğluna və Cavabdeh2 Abakar qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin Balakən rayonun Katex kəndində yerləşən, ona məxsus 0.25 ha torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən 85,3 kv/m qeyri –yaşayış sahəsindən, 26 may 2010-cu il tarixli 68 nömrəli Balakən RİH başçısının sərəncamına əsasən tərəfindən inşa edilmiş yeməkxana binasından və yardımçı tikililərdən çıxarılmalarına və cavabdehlər tərəfindən ona vurulmuş 10000 (on min) manat mənəvi, 12000 (on iki min) manat maddi ziyanın cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Məmməd oğlu X3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin təmiri və abadlaşdırılmasına xərclədiyi 3000 (üç min) manat məbləğində pul vəsaitinin və 15 000 (on beş min) manat məbləğində ona vurduğu mənəvi ziyan məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Həmçinin Salamzadə Əliheydər Məmməd oğlu qarşılıqlı iddia ərizəsinə əlavə verərək
1. İki otelin (zal, 3 kabinet 2 fasad) təmizlənməsi yuyulması və emulsiya ilə 2 dəfə rənglənməsi-600 manat; 2 . İki hamam- 4 ayaq yolu, 5 krant -100 manat; 3. 01.05.2020-ci ildən obyektin mühafizəsi 300x5=1500; 4. Darvazanın rənglənməsi. sahənin 2 dəfə biçilməsi ağacların arıtlanması-100 manat; 5. Sahənin 2 dəfə süpürüb təmizlənməsi 2x30=60 m; 6.Karantin dövründə vurulan ziyan 2x250=500; 7.Mətbəx qapısının və kabinetlərin cəftələrinin salınması-50 manat; 8. Azərişıq SC-nə olan iki illik borc -72 manat; 9.Təmirə sərf olunmuş materiallar üçün 305.4 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı X4 məhkəməyə ərizə verib cavabdehlər Cavabdeh1 Məmməd oğluna və Cavabdeh2 Abakar qızına qarşı iddia tələbindən imtina etdiyini bildirərək və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh1 Məmməd oğlu məhkəməyə ərizə verib X3 qarşı qarşılıqlı iddia tələbindən imtina etdiyini bildirərək və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədlərə baxaraq hesab edir ki, iddiaçı və cavabdehin iddialarından imtina etməsi qəbul edilməli, işin icraatına xitam verilməlidir. Belə ki, iddiaçı X4 cavabdehlər Cavabdeh1 Məmməd oğluna və Cavabdeh2 Abakar qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin Balakən rayonun Katex kəndində yerləşən, ona məxsus 0.25 ha torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən 85,3 kv/m qeyri –yaşayış sahəsindən, 26 may 2010-cu il tarixli 68 nömrəli Balakən RİH başçısının sərəncamına əsasən tərəfindən inşa edilmiş yeməkxana binasından və yardımçı tikililərdən çıxarılmalarına və cavabdehlər tərəfindən ona vurulmuş 10000 (on min) manat mənəvi,12000 (on iki min) manat maddi ziyanın cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Məmməd oğlu X3 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin təmiri və abadlaşdırılmasına xərclədiyi 3000 (üç min) manat məbləğində pul vəsaitinin və 15 000 (on beş min) manat məbləğində ona vurduğu mənəvi ziyan məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Həmçinin Salamzadə Əliheydər Məmməd oğlu qarşılıqlı iddia ərizəsinə əlavə verərək 1. İki otelin (zal,3 kabinet 2 fasad) təmizlənməsi yuyulması və emulsiya ilə 2 dəfə rənglənməsi-600 manat; 2. İki hamam- 4 ayaq yolu, 5 krant -100 manat; 3. 01.05.2020-ci ildən obyektin mühafizəsi 300x5=1500; 4. Darvazanın rənglənməsi. sahənin 2 dəfə biçilməsi ağacların arıtlanması-100 manat; 5. Sahənin 2 dəfə süpürüb təmizlənməsi 2x30=60 m; 6. Karantin dövründə vurulan ziyan 2x250=500; 7.Mətbəx qapısının və kabinetlərin cəftələrinin salınması-50 manat; 8. Azərişıq SC-nə olan iki illik borc-72 manat; 9.Təmirə sərf olunmuş materiallar üçün 305.4 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı X4 məhkəməyə ərizə verib cavabdehlər Cavabdeh1 Məmməd oğluna və Cavabdeh2 Abakar qızına qarşı iddia tələbindən imtina etdiyini bildirərək və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh1 Məmməd oğlu məhkəməyə ərizə verib X3 qarşı qarşılıqlı iddia tələbindən imtina etdiyini bildirərək və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa məhkəmə iş izrə icraata xitam verir. Məhkəmə, iddiaçının və cavabdehin iddialarından imtina etmələrini, qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddiaçı X2 və cavabdehlər Cavabdeh1 Məmməd oğlunun iddiadan imtinaları qəbul edilməli, işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 262.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abakar qızına qarşı cavabdehlərin torpaq sahəsindən və tikililərdən çıxarılması, maddi və mənəvi ziyan tələbinə dair ilk iddiasından, cavabdeh Cavabdeh1 X3 qarşı vurulmuş maddi və mənəvi ziyan məbləğinin ödənilməsi barədə qarşılıqlı iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən H.Q.Səlimov