Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-112/2021 09.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı 7 saylı Regional Ekologiya və X4 nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə İddiaçı 7 saylı Regional Ekologiya və X4 Cavabdeh qarşı 5070 manat məbləğində təbiətə vurulmuş ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 7 saylı Regional Ekologiya və X7 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, təbiətə vurulmuş 5070 (beş min yetmiş) manat məbləğində ziyanın X6 üzrə Dövlət Fondunun Bİ. Benefisiar (alan ) bank Adı: DXA Kodu: 210005 VÖEN: ********** Müxbir hesab: AZ41NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ22 B2. Vəsaiti alan Adı: 7 saylı Regional Ekologiya və X7 HESAB N: AZ64CTRE******************** VÖEN: ********** Dİ. Ödənişin təyinatı və əsas D3. Büdcə təsnifat kodu: 142582 D4. Büdcə səviyyə kodu: 3 bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 7 saylı Regional Ekologiya və X4 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 7 saylı Regional Ekologiya və X4 Cavabdeh 5070 manat məbləğində ziyan tələbinə dair iddianın təmin edilməsi və 5070 manat məbləğində ziyanın Cavabdeh alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı 7 saylı Regional Ekologiya və X4 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə Omarov X1- Zaqatala- Gürcüstan avtomagistral avtomobil yolunun 149-cu kmdən müxtəlif cinslərə məxsus ağacları qanunsuz olaraq dib kökündən kəsmişdir. Həmin ağacların kəsilməsi nəticəsində ətraf mühitə 5070 (beş min yetmiş) manat məbləğində ziyan vurulmuşdur. Bu barədə Cavabdeh barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü vardır. Vurulmuş ziyanın qanuvericiliyə əsasən X6 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. xx.xx.2020-ci il tarixdə qanunpozan Cavabdeh 5070 manat məbləğində ziyanın X6 üzrə Dövlət Fonduna ödənilməsinin təmin edilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq, ziyanın ödənilməsi təmin edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, Balakən rayon Mahamalar kəndinin inzibati ərazi dairəsində Qazbinə yaşayış məntəqəsində özünün mülkiyyətində olan 0,7389 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi fındıq bağından ibarətdir. Həmin yeri hazır fındıq bağı olaraq almışdır. Özünə məxsus olan həmin fındıq bağının baş tərəfi, yəni Yevlax-Zaqatala-Gürcüstan yoluna tərəf olan hissəsi müxtəlif növ, üzərini tikanlı kol basmış ağaclardan ibarət olmaqla fındıq bağının baş tərəfində müxtəlif cinsdən olan ağaclar səliqəsiz şəkildə bitmişdilər. Həmçinin yay aylarında həmin üzərini kol basmış ağaclar olan ərazidə ilan görmüşdür. Buna görə də torpaq sahəsinin həmin ağaclar bitmiş və kol basmış hissəsini səliqəyə salmaq məqsədilə xx xxxxxx 2020-ci ildə o, həmin yerdə təmizlik işləri aparmışdır. Yəni torpaq sahəsində üzərini tikanlı kol basmış olan müxtəlif növ ağaclardan 31 ağacı kəsmişdir. Həmin ağaclar diametri kiçik, baxımsız ağaclar olmuşdur. Üzərlərini isə tikanlı kol örtmüşdür. Həmin kəsilən ağacları öz həyətinə aparmış, evində olan odun sobasında yandıraraq, istifadə etmişdir. Həmin ağacların kəsilməsi nəticəsində ətraf mühitə 5070 (beş min yetmiş) manat məbləğində ziyan vurulmuşdur. Bununla əlaqədar barəsində məhkəmə hökmü çıxarılmışdır. O, həmin hökmdən şikayət verməmişdir. İddianın təmin edilməsinə etirazı yoxdur. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 1(019)-67/2020 saylı hökmündən görünür ki, həmin hökmlə təqsirləndirilən şəxs Cavabdeh qəsdən xx xxxxxx 2020-ci ildə Balakən rayon Mahamalar kəndinin inzibati ərazi dairəsinin Qazbinə vahidliyi ərazisindən keçən Yevlax-Zaqatala-Gürcüstan avtomagistral avtomobil yolunun Balakən rayonu ərazisindən keçən 149-cu kilometrliyində Balakən–Gürcüstan avtomagistral avtomobil yolunun mühafizə zonasında yerləşməklə dövlət mülkiyyətinə aid olan köküstə, yaş, 1 ədəd 28 sm diametrində 250 manat dəyərində, 2 ədəd 18 sm diametrində hər biri 180 manat olmaqla 360 manat dəyərində, 2 ədəd 10 sm diametrində hər biri 120 manat olmaqla 240 manat dəyərində, 2 ədəd 16 sm diametrində hər biri 150 manat olmaqla 300 manat dəyərində, 2 ədəd 12 sm diametrində hər biri 120 manat olmaqla 240 manat dəyərində, 1 ədəd 22 sm diametrində 200 manat dəyərində, 1 ədəd 20 sm diametrində 180 manat dəyərində, 1 ədəd 14 sm diametrində 150 manat dəyərində çinar ağaclarını, 3 ədəd 20 sm diametrində hər biri 180 manat olmaqla 540 manat dəyərində, 1 ədəd 10 sm diametrində 120 dəyərində, 1 ədəd 8 sm diametrində 100 manat dəyərində, 4 ədəd 24 sm diametrində hər biri 200 manat olmaqla 800 manat dəyərində, 1 ədəd 14 sm diametrində 150 manat dəyərində, 3 ədəd 16 sm diametrində hər biri 150 manat olmaqla 450 manat dəyərində, 2 ədəd 12 sm diametrində hər biri 120 manat olmaqla 240 manat dəyərində qızılağacaq ağaclarını, 1 ədəd 20 sm diametrində 180 manat dəyərində, 1 ədəd 12 sm diametrində 120 manat dəyərində, 1 ədəd 16 sm diametrində150 manat dəyərində, 1 ədəd 30 sm diametrində 300 manat dəyərində söyüd ağaclarını qanunsuz kəsərək dövlət mülkiyyətinə-yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdar hesab edilən 5070 manat məbləğində ziyan vurması müəyyən edilməklə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxs Cavabdeh barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla və 1(bir) il sınaq müddəti müəyyən edilməklə ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmuş, Cavabdeh üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, ona təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş ziyanın hesablanması aktından görünür ki,xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş 59488 saylı Akta əsasən Yevlax- Zaqatala-Gürcüstan avtomagistral avtomobil yolunun sanitar mühafizə zonasından qanunsuz olaraq dib köklərindən kəsilmiş ağaclara görə təbiətə dəymiş ziyan 5070 manat təşkil edir. Qeyd: Hesablama və qiymətləndirmədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2016- cı il tarixli, 421 nömrəli qərarı ilə nəzərdə tutulmuş əmsallarla hesablanmışdır, İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 7 saylı Regional Ekologiya və X4 ünvan 1 Cavabdeh Mahamarasııl oğluna ünvanlandığı xx.xx.2020-ci il tarixli, 1036 №-li bildirişdə göstərilir ki, onun tərəfindən 31 ədəd köküstə yaş ağacın qanunsuz olaraq dib kökündən kəsildiyinə görə Balakən Rayon Məhkəməsinin xx.xx.2020 - ci il tarixli, l (019)-67/2020 nömrəli hökmünə əsasən 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nəzərinə çatdırılır ki, yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və ya hüquqi şəxslər tərəfindən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli, 41 nömrəli qərarı ilə təsdiq edilmiş "X6 üzrə dövlət fondu haqqında Əsasnamə"yə uyğun olaraq X6 üzrə dövlət fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir. Odur ki, 5070 (beş min yetmiş) manat məbləğində ziyan onun tərəfindən 30 gün müddətində aşağıdakı bank hesabına ödənilməlidir: Bİ. Benefisiar (alan ) bank Adı: DXA Kodu: 210005 VÖEN: ********** Müxbir hesab: AZ41NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ22 B2. Vəsaiti alan Adı: 7 saylı Regional Ekologiya və X7 HESAB N: AZ64CTRE******************** VÖEN: ********** Dİ. Ödənişin təyinatı və əsas D3. Büdcə təsnifat kodu: 142582 D4. Büdcə səviyyə kodu: 3 Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatları, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 1(019)-67/2020 saylı hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh qəsdən xx xxxxxx 2020-ci ildə Balakən rayon Mahamalar kəndinin inzibati ərazi dairəsinin Qazbinə vahidliyi ərazisindən keçən Yevlax-Zaqatala-Gürcüstan avtomagistral avtomobil yolunun Balakən rayonu ərazisindən keçən 149-cu kilometrliyində Balakən–Gürcüstan avtomagistral avtomobil yolunun mühafizə zonasında yerləşməklə dövlət mülkiyyətinə aid olan köküstə, yaş, 1 ədəd 28 sm diametrində 250 manat dəyərində, 2 ədəd 18 sm diametrində hər biri 180 manat olmaqla 360 manat dəyərində, 2 ədəd 10 sm diametrində hər biri 120 manat olmaqla 240 manat dəyərində, 2 ədəd 16 sm diametrində hər biri 150 manat olmaqla 300 manat dəyərində, 2 ədəd 12 sm diametrində hər biri 120 manat olmaqla 240 manat dəyərində, 1 ədəd 22 sm diametrində 200 manat dəyərində, 1 ədəd 20 sm diametrində 180 manat dəyərində, 1 ədəd 14 sm diametrində 150 manat dəyərində çinar ağaclarını, 3 ədəd 20 sm diametrində hər biri 180 manat olmaqla 540 manat dəyərində, 1 ədəd 10 sm diametrində 120 dəyərində, 1 ədəd 8 sm diametrində 100 manat dəyərində, 4 ədəd 24 sm diametrində hər biri 200 manat olmaqla 800 manat dəyərində, 1 ədəd 14 sm diametrində 150 manat dəyərində, 3 ədəd 16 sm diametrində hər biri 150 manat olmaqla 450 manat dəyərində, 2 ədəd 12 sm diametrində hər biri 120 manat olmaqla 240 manat dəyərində qızılağacaq ağaclarını, 1 ədəd 20 sm diametrində 180 manat dəyərində, 1 ədəd 12 sm diametrində 120 manat dəyərində, 1 ədəd 16 sm diametrində150 manat dəyərində, 1 ədəd 30 sm diametrində 300 manat dəyərində söyüd ağaclarını qanunsuz kəsərək dövlət mülkiyyətinə-yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdar hesab edilən 5070 manat məbləğində ziyan vurması müəyyən edilmiş və Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla və 1(bir) il sınaq müddəti müəyyən edilməklə ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmuş, Cavabdeh üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, ona təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmışdır. İşdəki sübutlarla Cavabdeh tərəfindən göstərilən ağacların kəsilməsi nəticəsində ətraf mühitə 5070 (beş min yetmiş) manat məbləğində ziyan vurulmuşdur. xx.xx.2020-ci il tarixdə Cavabdeh 5070 manat məbləğində ziyanın X6 üzrə Dövlət Fonduna ödənilməsinin təmin edilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin ziyanın ödənilməsi təmin edilməmişdir. İddiaçı 7 saylı Regional Ekologiya və X7 göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qanun normasının tələbinə əsasən qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(019)-67/2020 saylı hökmü ilə Cavabdeh qəsdən xx xxxxxx 2020-ci ildə Balakən rayon Mahamalar kəndinin inzibati ərazi dairəsinin Qazbinə vahidliyi ərazisindən keçən Yevlax-Zaqatala-Gürcüstan avtomagistral avtomobil yolunun Balakən rayonu ərazisindən keçən 149-cu kilometrliyində Balakən– Gürcüstan avtomagistral avtomobil yolunun mühafizə zonasında yerləşməklə dövlət mülkiyyətinə aid olan köküstə, yaş, 1 ədəd 28 sm diametrində 250 manat dəyərində, 2 ədəd 18 sm diametrində hər biri 180 manat olmaqla 360 manat dəyərində, 2 ədəd 10 sm diametrində hər biri 120 manat olmaqla 240 manat dəyərində, 2 ədəd 16 sm diametrində hər biri 150 manat olmaqla 300 manat dəyərində, 2 ədəd 12 sm diametrində hər biri 120 manat olmaqla 240 manat dəyərində, 1 ədəd 22 sm diametrində 200 manat dəyərində, 1 ədəd 20 sm diametrində 180 manat dəyərində, 1 ədəd 14 sm diametrində 150 manat dəyərində çinar ağaclarını, 3 ədəd 20 sm diametrində hər biri 180 manat olmaqla 540 manat dəyərində, 1 ədəd 10 sm diametrində 120 dəyərində, 1 ədəd 8 sm diametrində 100 manat dəyərində, 4 ədəd 24 sm diametrində hər biri 200 manat olmaqla 800 manat dəyərində, 1 ədəd 14 sm diametrində 150 manat dəyərində, 3 ədəd 16 sm diametrində hər biri 150 manat olmaqla 450 manat dəyərində, 2 ədəd 12 sm diametrində hər biri 120 manat olmaqla 240 manat dəyərində qızılağacaq ağaclarını, 1 ədəd 20 sm diametrində 180 manat dəyərində, 1 ədəd 12 sm diametrində 120 manat dəyərində, 1 ədəd 16 sm diametrində150 manat dəyərində, 1 ədəd 30 sm diametrində 300 manat dəyərində söyüd ağaclarını qanunsuz kəsərək dövlət mülkiyyətinə-yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və X5 xeyli miqdar hesab edilən 5070 manat məbləğində ziyan vurması hadisəsinin olmasının müəyyən edilməsi və Cavabdeh həmin hadisəyə aidiyyəti (həmin hadisənin törədilməsində təqsirli bilinməsi) məsələsində hazırki işə baxan məhkəmə üçün preyudisial əhəmiyyətə malikdir və məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli, 421 saylı qərarı ilə təsdiq edilmiş Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulmasında təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər yaşıllıqlara dəymiş ziyanla bağlı aşağıdakı hallarda maddi məsuliyyətə cəlb edilirlər: 2.1.1. yaşıllıqların zədələnməsinə, yəni bitkilərin boy artımının və inkişafının dayanmasına gətirib çıxarmayan fiziki və digər təsirlər nəticəsində bitkilərin çətirinin, kök sisteminin, gövdəsinin və ya torpaqüstü canlı hissəsinin tamlığının pozulması, həmçinin yaşıllıq ərazisində torpağın, su və hava mühitinin zəhərli maddələrlə çirklənməsinə görə; 2.1.2. yaşıllıqların məhv edilməsinə, yəni bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkətə (hərəkətsizliyə) görə; 2.1.3. yaşıllığın götürülməsi vərəqi olmadan “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsi (kökündən çıxarılması) və ya bərpa edilməsi şərtilə götürülməsinə (kəsilməsinə) görə; 2.1.4. yaşayış məntəqələrində, respublika və yerli əhəmiyyətli avtomobil yollarının, dəmir yolunun, su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara, at və dəvələrin otarılmasına görə; 2.1.5. yaşıllıqların salınması üçün nəzərdə tutulan tingliklərdə və böyütmə yerlərində toxmacarların, tinglərin, gülçiçəklərin və ot bitkilərinin məhv edilməsinə görə; 2.1.6. yaşıllığın, bələdiyyələrin istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarının yaşıllığın götürülməsi haqqında qərarlarında başqa əraziyə köçürülməsi əks olunduğu halda, müvafiq tədbirlərin həyata keçirilməməsinə görə; 2.1.7. şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanunazidd digər hərəkətlərin qarşısının ona cavabdeh olan şəxslər tərəfindən alınmamasına və qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə. Həmin qaydanın 3.1-ci bəndinə əsasən yaşıllıq sahələrində ağac, kol, gül-çiçək və ot bitkilərinin (qazonların) əkilməsi üçün nəzərdə tutulan tingliklərdə və böyütmə yerlərində toxmacar, ting, gül-çiçək və ot bitkilərinin məhv olması nəticəsində dəymiş ziyanın hesablanması üçün təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə aşağıdakı qaydada miqdarlar tətbiq edilir: 3.1.1. fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla ağacların və kolların götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın miqdarının bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun hesablanması; 3.1.2. fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara, at və dəvələrin otarılması nəticəsində dəymiş ziyanın miqdarının bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun hesablanması; 3.1.3. fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla yaşıllıq ərazilərində ot bitkiləri (qazon) və gül-çiçək sahələrinin məhv edilməsi nəticəsində dəymiş ziyanın miqdarının bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun hesablanması; 3.1.4. fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla yaşıllıqların salınması üçün nəzərdə tutulan tingliklərdə və böyütmə yerlərində toxmacar, ting və gül-çiçək sahələrinin məhv edilməsi nəticəsində dəymiş ziyanın miqdarının bu Qaydanın 4 nömrəli əlavəsinə uyğun hesablanması. Həmin qaydanın 4.1-4.3-cü bəndinə əsasən bu Qaydanın 3-cü hissəsinə əsasən yaşıllıqlara dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və ya hüquqi şəxslər tərəfindən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli, 41 nömrəli qərarı ilə təsdiq edilmiş “X6 üzrə dövlət fondu haqqında Əsasnamə”yə uyğun olaraq X6 üzrə dövlət fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir. Yaşıllıqlara dəymiş ziyanın ödənilməsi təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X2 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X3”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Eyni zamanda həmin qanun normaları əmlaka qanunsuz sahiblik edən və ya hüquq pozuntusu törədən şəxsin mülkiyyətçiyə həm neqator və vindikasiya tələbləri üzrə, həm də əmlakın məhv edilməsi nəticəsində vurulan ziyanın ödənilməli olmasını təsbit edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyn normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 5070 manat alınıb, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və X4 xeyrinə X6 üzrə Dövlət Fondunun Bİ. Benefisiar (alan ) bank Adı: DXA Kodu: 210005 VÖEN: ********** Müxbir hesab: AZ41NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ22 B2. Vəsaiti alan Adı: 7 saylı Regional Ekologiya və X7 HESAB N: AZ64CTRE******************** VÖEN: ********** Dİ. Ödənişin təyinatı və əsas D3. Büdcə təsnifat kodu: 142582 D4. Büdcə səviyyə kodu: 3 bank hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 30 manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr; həmin Qanunun 9.1.15-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə - dövlət orqanları dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin; Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 5070 manat alınıb, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və X4 xeyrinə X6 üzrə Dövlət Fondunun Bİ. Benefisiar (alan ) bank Adı: DXA Kodu: 210005 VÖEN: ********** Müxbir hesab: AZ41NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ22 B2. Vəsaiti alan Adı: 7 saylı Regional Ekologiya və X7 HESAB N: AZ64CTRE******************** VÖEN: ********** Dİ. Ödənişin təyinatı və əsas D3. Büdcə təsnifat kodu: 142582 D4. Büdcə səviyyə kodu: 3 bank hesabına ödənilsin; Cavabdeh 30 manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-112/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-112/2021
09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver