Məhkəmə qərarları › İş №2(019)-1121/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1121/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1121/2021 24.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh4, Cavabdeh3 Əhməd oğlundan, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 019R********** saylı kredit razılaşması üzrə 1361.68 manat məbləğində kredit borcu, 208.71 manat məbləğində faiz borcu və 239.65 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1810 (min səkkiz yüz on) manat 04 (dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, X1 qızına İddiaçı QSC ilə bağladığı 30.05.2014-cü il tarixli 19L000002787 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə X1 qızı İddiaçı QSC ilə bağladığı 06.02.2015-ci il tarixli 019R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit götürmüşdür. X1 qızı vəfat etdiyindən gəlini, Cavabdeh4 bütün kredit xətti müqaviləsi, kredit razılaşması üzrə onun mövcud olan öhdəliklərini qəbul etmiş və buna dair müvafiq saziş Cavabdeh4 ilə bağlanmışdır. Belə ki, Cavabdeh4 ilə İddiaçı QSC-nin bağladığı 08.12.2015-ci il tarixli 019R**********S saylı, 07.12.2016-cı il tarixli 019R**********SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.Cavabdehlər kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 06.12.2017-ci il tarixdən banka qaytarmamışdır. Borclu götürdüyü kredit borcundan 1638.32 manat ödəmiş, onun 1361.68 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır.Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririlər ki, X1 qızı kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13.09.2021-ci il tarixə 1375 gün üçün hesablanmış faiz borcu 208.71 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 13.09.2021-ci il tarixə 1375 gün üçün hesablanmış cərimə 239.65 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə X1 qızının öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh2,Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X1 qızı ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, nümayəndəsi Aidə Osmanlı məhkəməyə teleqram göndərərək göstərmişdir ki, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.1-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş,məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 30.05.2014-cü il tarixli 19L000002787 nömrəli kredit xətti müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən X1 qızına İddiaçı QSC ilə bağladığı 30.05.2014-cü il tarixli 19L000002787 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı QSC ilə cavabdeh X1 qızı arasında 06.02.2015-ci il tarixdə bağlanmış 019R********** saylı kredit müqaviləsindən görünür ki,İddiaçı QSC tərəfindən cavabdeh X1 qızına aylıq faiz dərəcəsi 2.5833 % olmaqla 24 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə əsasən borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. Müqavilənin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 07.12.2016-cı il tarixli 019R********** SA saylı Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə Sazişdən görünür ki, Cavabdeh4 ilə İddiaçı QSC-nin bağladığı 08.12.2015-ci il tarixli 019R**********S saylı, 07.12.2016-cı il tarixli 019R**********SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 30 may 2014-cü il tarixli 19S000004889, 19S000004890 nömrəli, 06 fevral 2015-ci il tarixli 019S**********01 nömrəli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr İddiaçı QSC ilə X1 qızının öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Ramazan qızı arasında bağlanmışdır. Zaminlik müqavilələrinə əsasən zaminlər bank qarşısında öz üzərlərinə X1 qızının öhdəliklərinin icrasını təmin etmək öhdəliyini götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdehlər Hontayeva Məryəm Məhəmməd qızı ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 21.09.2021-ci tarixli maliyyə arayışında göstərilmişdir ki, X1 qızının 13.09.2021-ci il tarixə əsas məbləğ üzrə 1361.68 manat, faiz üzrə 208.71 manat, cərimə üzrə 239.65 olmaqla cəmi 1810.04 manat borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, 30.05.2014-cü il tarixli 19L000002787 nömrəli kredit xətti müqaviləsinə əsasən İddiaçı QSC X1 qızı ilə bağladığı 30.05.2014-cü il tarixli 19L000002787 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC ilə cavabdeh X1 qızı arasında 06.02.2015ci il il tarixli 019R********** saylı kredit müqaviləsinə əsasən, sonuncu 24 ay müddətinə aylıq faiz dərəcəsi 2.5833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. X1 qızı vəfat etdiyindən gəlini, Cavabdeh4 bütün kredit xətti müqaviləsi, kredit razılaşması üzrə onun mövcud olan öhdəliklərini qəbul etmiş və buna dair müvafiq saziş Cavabdeh4 arasında bağlanmışdır. Belə ki, Cavabdeh4 ilə İddiaçı QSC-nin bağladığı 08.12.2015-ci il tarixli 019R**********S saylı, 07.12.2016-cı il tarixli 019R**********SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 06.12.2017-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır.Cavabdeh götürdüyü kredit borcundan 1638.32 manat ödəmiş və onun iddiaçıya 1361.68 manat məbləğində əsas kredit borcu qalmışdır. Cavabdeh X1 qızının kredit borcunu qaytarmadığı üçün 13.09.2021-ci il il tarixə 1375 gün üçün hesablanmış faiz borcu 208.71 manat təşkil edir. Ona 239.65 manat cərimə hesablanmışdır. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə, İddiaçı QSC ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Ramazan qızı arasında zaminlik müqaviləsi bağlanmış, zaminlik müqavilələrinə əsasən iddiaçı qarşısında öz üzərlərinə öhdəlik götürmüşlər və cavabdeh X1 qızı ilə birgə məsuliyyət daşıyırlar. İddiaçı QSC pretenziya qaydasına riayət edərək Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmiş, lakin cavabdehlər yenə də kredit borcunu ödəməmişlər.Ona görə də İddiaçı QSC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca və faiz borcuna aid hissədə əsaslıdır. Həmçinin məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Belə ki, 1361.68 manat əsas kredit borcu, 208.71 manat faiz borcu olduğu halda, 239.65 manat məbləğində penya hesablanması tənasübsüz dərəcədə yüksək hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə iddiaçının əmlak mənafelərini, həmçinin bütün əsaslı mənafeləri hesab edir ki, peniyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 25 manat həcmində müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1361.68 manat məbləğində kredit borcu, 208.71 manat məbləğində faiz borcu və 25 manat məbləğində cərimə olmaqla, cəmi 1595,39 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 26,40 manatı alınıb “AccessBank» QSC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1361.68 manat məbləğində kredit borcu, 208.71 manat məbləğində faiz borcu və 25 manat məbləğində cərimə olmaqla, cəmi 1595,39 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 26,40 manatı alınıb İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar