Məhkəmə qərarları › İş №2(019)-113/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-113/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-113/2022 13.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qantayeva Rahilə Tamrazovnanın katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Hüseynov Misirxan Ramis oğluna və Cavabdeh2 Katib oğluna qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Hüseynov Misirxan Ramis oğluna və Cavabdeh2 Katib oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək X1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3097.93 AZN əsas borc, 10.69 AZN faiz, 5.92 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 3114.54 AZN borc və 51.15 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X5 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 3398.3 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 Katib oğlu ilə 30 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır.08 oktyabr 2021-ci ilədək Hüseynov Misirxan Ramis oğlunun banka 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3097.93 manat əsas borcu, 10.69 manat faiz borcu və 11.84 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3120.46 manat borcu vardır.X2 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 11.84 manat təşkil etməsinə baxmayaraq , cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla , yəni 5.92 manat məbləğində tələb olunur. Xəbərdar edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən qoyun qaçırtmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər Hüseynov Misirxan Ramis oğlu və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə teleqram göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddia ərizəsini müdafiə etdiklərini, məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Hüseynov Misirxan Ramis oğlu və Cavabdeh2 məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 30 dekabr 2019-cu il tarixli 21-M-1-0- 58-15 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə iddiaçı "xxxx" ASC ilə X5 arasında sonuncunun vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı bağlanmışdır. Müqaviləyə əsasən X6 oğluna "xxxx" ASC tərəfindən 60 ay müddətinə, 1 faizlə 3398.30 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən bank müştəriyə kreditlər verməyi, müştəri isə kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditləri qaytarmağı öhdəsinə götürür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 30 dekabr 2019-cu il tarixdə bağlanmış 21-M-1-0-58-15 nömrəli zaminlik müqaviləsindən görünür ki,iddiaçı "xxxx" ASC ilə cavabdeh Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti iddiaçı "xxxx" ASC ilə X6 oğlu arasında bağlanmış 21-M-1-0-58-15 nömrəli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş maliyyə arayışından görünür ki, 08.10.2021-ci il tarixə Hüseynov Misirxan Ramis oğlunun 30.12.2019-cu il tarixli 21-M- 1-0-58-15 nömrəli kredit müqaviləsi üzrə borcu-3097.93 manat əsas, 10.69 manat faiz borcu, 11.84 manat cərimə borcu olmaqla cəmi -3120.46 manat təşkil edir. Məhkəmə işin materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, cavabdeh X6 oğlu 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC-dən illik 1 faizlə 60 ay müddətinə 3398.3 manat kredit götürmüşdür. Cavabdeh X6 oğlunun öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh2 ilə 30 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir.08 oktyabr 2021-ci il tarixədək cavabdeh X6 oğlunun banka 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3097.93 manat əsas borc, 10.69 manat faiz borcu yaranmış, ona 11.84 cərimə hesablanmışdır. İddiaçı ASC pretenziya qaydasına riayət edərək, X1 və Cavabdeh2 borcun ödənməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmiş, lakin cavabdehlər yenə də kredit borcunu ödəməmişdir.Ona görə də İddiaçı ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər X1 və Cavabdeh2 oğlundan müştərək qaydada 3097.93 manat əsas, 10.69 manat faiz və 5.92 manat cərimə borcu olmaqla, cəmi- 3114.54 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 51.15 manat alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia təmin edilsin. Cavabdehlər X1 və Cavabdeh2 oğlundan müştərək qaydada 3097.93 manat əsas, 10.69 manat faiz və 5.92 manat cərimə borcu olmaqla, cəmi- 3114.54 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 51.15 manat alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar