Məhkəmə qərarları › İş №2(019)-1140/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1140/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1140/2021 01.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Doldolova Ramilə Kamil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Arif qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2.500 (iki min beş yüz) manat pulun tutularaq İddiaçı verilməsi və dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə eyni qrupda təhsil aldıqları dövrdə tanış olmuşlar.Cavabdeh işlədiyi "Qnet" şirkəti vasitəsilə 2.500 manat qarşılığında ona xarici ölkələrdən birində təhsili üzrə təhsil alacağını və digər qrup yoldaşı X3 isə 3.000 manat qarşılığında xarici ölkələrdən birində təhsili üzrə təhsil alacağını, həmçinin bundan sonra "Qnet" şirkətinə işə düzəldəcəyini vəd edərək ondan 20.07.2018ci il tarixdə 2.500 manat, Ramilə Hüseynovadan 28.09.2018-ci il tarixdə 3.000 manat məbləğində pul almışdır. Lakin daha sonra cavabdeh öz vədini yerinə yetirməkdən imtina etmişdir və aldığı pulları geri qaytarmaqdan boyun qaçırtmışdır. Hadisə barədə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişlər. Şikayət ərizələrinə əsasən müvafiq araşdırma aparıldıqdan sonra, hadisədə cinayət əməli olmadığı müəyyən edilərək Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən 23.12.2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin işdə Cavabdeh öz izahatında onlardan aldığı pulların bir qismini etiraf etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23.12.2018-ci il tarixli qərarından sonra cavabdehə verdikləri pulları geri tələb etmək üçün məhkəməyə müraciət etmək istəsələrdə, cavabdeh və onun anası İradə xanım məsələnin məhkəmə müstəvisinə aparılmasına ehtiyac olmadığını və onların pullarını qısa zamanda geri qaytaracaqlarını bildirmişlər. Cavabdeh digər qrup yoldaşı-X1 aldığı 3.000 manatı hissə-hissə ona qaytarsa da, ondan almış olduğu 2.500 manat pulu hazırki dövrədək geri qaytarmamışdır. Buna görə də vermiş olduğu 2.500 manat pulu geri tələb etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Cavabdeh ondan aldığı pulu geri qaytarmalıdır. İddiaçı İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə vəsatət göndərərək göstərmişdir ki, Cavabdeh iddia tələbinə 18.10.2021-ci il tarixli etirazından görünür ki, Könül xanım ondan pul alaraq vəd verdiyini qismən etiraf etmişdir.Həmçinin Könül xanım iddia tələbinə etirazında Zeynəb Quziyeva adlı şəxsdən bəhs etmişdir. Lakin o, adı çəkilən şəxsi tanımır. Hesab edir ki, Zeynəb Quziyeva adlı şəxs məhkəmə işinə maraqlı tərəf qismində cəlb olunarsa və müvafiq izahatı qəbul edilərsə, Cavabdeh iddia tələbinə etirazının əsassız olduğu məhkəməyə müəyyən olar. Belə ki, vətəndaş araşdırması zamanı müəyyən olunmuşdur ki, "Qnet" adlı şirkət dövlət qeydiyyatından keçməmişdir. Yəni belə bir şirkət yoxdur. Odur ki, Cavabdeh yoldaşlıq münasibətlərindən istifadə edərək ona məxsus 2.500 manat pulu ələ keçirtmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh digər zərərçəkmiş Ramilə Hüseynovadan aldığı pulu ona geri qaytarmışdır. Könül xanım ondan aldığı pulu da geri qaytaracağına söz vermişdi. Lakin onlar üniversiteti bitirdikləri və artıq üz-üzə gəlmədikləri üçün Könül xanım bu vəziyyətdən sui -istifadə edir və ona geri qaytarmalı olduğu pulu qaytarmaqdan imtina edir. İş yükü çox olduğu üçün məhkəmə işi üzrə 01.12.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Göstərilənlərə əsasən, iş üzrə Cavabdeh tanıdığı Zeynəb Quziyeva adlı şəxsin məhkəmə işinə üçüncü şəxs qismində cəlb edilməsi və məhkəmə işi üzrə 01.12.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclası iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ona qarşı pul tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Onun iddia tələbini qəbul etmir. İddia əsassızdır. Belə ki, o Bakı şəhərində fəaliyyət göstərən “Qnet” şirkətində işləmiş və şirkətin məhsullarını reklam etmişdir. O, bu barədə qrup yoldaşı İddiaçı da məlumat vermişdir. Ətraflı məlumat verə bilmədiyi üçün işə gedərkən İddiaçı da onunla birlikdə şirkətə getmişdir. Şirkətdə Baharın suallarına cavab vermişlər və onu şirkətin qaydaları ilə tanış etmişlər. Bundan sonra İddiaçı “ Qnet” şirkətindən 860 ABŞ dollarına Tripsavr tur paketini almışdır. Sonradan Bahar işə Ramilə Hüseynovanı da cəlb etmişdir.Sonradan Şirkətdən razı qalmadıqları üçün İddiaçı və Ramilə Hüseynova birləşərək Bakı şəhəri Nəsimi Rayon Polis idarəsinə ondan şikayət etmişdirlər. Toplanmış materiallar üzrə heç bir sübut tapılmadığı üçün 23.12.2018-ci il tarixində Nəsimi Rayon Polis idarəsi cinayət işinin başlanmasını rədd etmişdir. İddiaçı şirkətə keçirən pulun qəbzlərini, iltizamı və Nəsimi Rayon Polis idarəsinin müəyyən etdiyi Qərarın bir nüsxəsini təqdim etmişdir. O, həmçinin göstərdi onun və anasının digər qrup yoldaşı-X3 3.000 manatı hissə-hissə qaytarmaları, İddiaçı da pulunu qaytaracaqlarına söz vermələri barədə iddia ərizəsində göstərilənlərin hamısı yalandır. O,və anası heç kimə pul qaytarmamışdır, nə də İddiaçı 2500 manat pul qaytarmağa söz verməmişlər. İddia tələbi tam əsassız, şər və yalandır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nəsimi RPİ-in müstəntiqi Fərid Mustafazadənin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 23 dekabr 2018-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizə ilə müraciət edərək bildirmişdir ki, 20.07.2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, X7 arxasında yerləşən “Qnet” şirkətində xarici ölkələrin birində təhsil almaq məqsədilə Cavabdeh vasitəsilə qeyd olunan şirkətə 2.500 manat pul ödəmiş, lakin sonuncu verdiyi vədə əməl etməyərək onu aldadaraq pulunu ələ keçirtmişdir.Həmçinin Tovuz rayonu, Qovlar şəhəri, N.Nərimanov küçəsi, ev 18-də yaşayan X4 ərizə ilə müraciət edərək bildirmişdir ki, 28.09.2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, X7 arxasında yerləşən “Qnet” şirkətində işə düzəltməsi məqsədilə Cavabdeh vasitəsilə qeyd olunan şirkətə 3.000 manat pul ödəmiş, lakin sonuncu verdiyi vədə əməl etməyərək onu aldadaraq pulunu ələ keçirtmişdir. Araşdırma zamanı İddiaçı və X2 Cavabdeh onları aldadaraq pullarını ələ keçirməsi barədə göstərdikləri yalnız öz izahatları ilə təsdiq olunduğundan, materialda olan digər sənədlərlə öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia rədd edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh tələbə yoldaşı olmuşlar. Cavabdeh işlədiyi “ Qnet” şirkətinin reklamını həyata keçirtmiş və bu barədə İddiaçı da məlumat vermişdir. Bundan sonra İddiaçı “Qnet” şirkətinə getmiş, orada şirkətin fəaliyyəti ilə tanış olmuş və “ Qnet” şirkətindən 860 ABŞ dollarına Tripsavr tur paketini almışdır. İddiaçı xidmətdən razı qalmamış və bundan sonra Cavabdeh 2500 manat pul tələb etməyə başlamışdır. Sonuncu pul ödəməkdən imtina etdiyi üçün İddiaçı Cavabdeh onu aldadaraq 2500 manat pulunu ələ keçirtməsi barədə Bakı şəhəri Nəsimi Rayon Polis idarəsinə şikayət ərizəsi vermişdir. Ərizə üzrə araşdırma aparılmış, toplanmış materiallar üzrə heç bir sübut tapılmadığı üçün 23.12.2018-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı ilə Cavabdeh arasında heç bir müqavilə olmamışdır və Bahar Məmmədova Cavabdeh 2500 manat pul verdiyini iddia etsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.Onun məhkəməyə təqdim etdiyi yeganə sübut Bakı şəhəri Nəsimi RPİ-in müstəntiqi Fərid Mustafazadənin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 23 dekabr 2018-ci il tarixli qərardır. Həmin qərarda isə İddiaçı Cavabdeh 2500 manat pul verdiyinin öz təsdiqini tapmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməli, həmçinin dövlət rüsumunun əskik ödənilmiş 15 manatı iddiaçıdan alınıb dövlət büdcəsinə ödənməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu tutulur. İddiaçı 2500 manat pul tələb etdiyindən qanunvericiliyin tələbinə əsasən o 45 manat dövlət rüsumu ödəməli olduğu halda, 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 113.1-cü maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməli, dövlət rüsumunun ödənilməmiş qalan 15 manatı iddiaçıdan alınıb dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət e tdi: İddiaçı Namiq qızının Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilsin, dövlət rüsumunun ödənilməmiş qalan 15 manatı İddiaçı alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar