Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-118/2022 06.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Məhkəməsinin 2(019)-678/2021 nömrəli 30.06.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə himayəsində olan 07.05.2014-cü il tarixdə anadan olmuş X5 və 11.01.2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh hər ay, hər bir uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 13 iyun 2013-cü il tarixdə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində 99 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər. Cavabdehlə birgə nikahlarından 07.05.2014-cü il tarixdə anadan olmuş X7 və 11.01.2019-cu il tarixdə X6 adında iki uşaqları olmuşdur.Cavabdehlə aralarında olan nikah Balakən Rayon Məhkəməsinin 2(019)-818/2021 nömrəli 07.10.2021-ci il tarixli qətnaməsinə əsasən məhkəmə qaydasında pozulmuşdur. Balakən Rayon Məhkəməsinin 2(019)-678/2021 nömrəli 30.06.2021-ci il tarixli qətnaməsinə əsasən himayəsində olan iki uşağın baxılıb saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Alimentin miqdarının artırılması ilə bağlı mediatora müraciət etmiş, məcburi mediasiya prosesində Cavabdeh iştirak etməmiş, hər hansı razılıq ifadə etməmişdir. O, hal-hazırda heç bir yerdə işləmir. Balakən Rayon Məhkəməsinin 2(019)-678/2021 nömrəli 30.06.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 130 manat alimentlə uşaqların palpaltarlarının,sağlamlığının, maddi təminatlarının və təhsil xərclərinin ödənilməsi heç cür mümkün deyildir. X1 hal-hazırda əməliyyat olunmasına ehtiyac vardır. Uşaqlar fiziki cəhətdən zəif olduqları üçün tez-tez xəstələnirlər, onların müalicəsi üçün əlavə pul xərcləməli olur. Ona görə alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X3 iştirak edilməməsi barədə 05.11.2021-ci il tarixli MŞİH-06635 nömrəli arayışdan görünür ki, İddiaçı X3 iştirak etmişdir və 50 manat mediasiya xərcini ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 iyun 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 329339 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından 07 may 2014-cü il tarixdə Əliyev Şamil Ramil oğlu anadan olmuş, ataları Cavabdeh, anaları isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 31 yanvar 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 243182 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahından 11.01.2019-cu ildə X6 anadan olmuş, ataları Cavabdeh, anaları isə İddiaçı Fərman qızı göstərilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(019)- 678/2021 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edlilməsi ,ərizənin verildiyi 01 iyun 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 07.05.2014-cü ildə doğulmuş X5 və 11.01.2019-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, ayda cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı Fərman qızına verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdlir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Fərman qızı 13 iyun 2013-cü ildə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində 99 nömrə ilə rəsmiləşdirməklə Cavabdeh oğlu ilə evlənmişdir. Birgə nikahlarından 07.05.2014-cü ildə Əliyev Şamil Ramil oğlu və 11.01.2019-cu ildə Əliyev Fərman Ramil oğlu adında iki uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(019)-678/2021 nömrəli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi ,ərizənin verildiyi 01 iyun 2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 05.07.2014-cü ildə doğulmuş X5 və 11.01.2019-cu ildə doğulmuş X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, ayda cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı qızına verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdlir. İddiaçı ödənilən alimentin miqdarının uşaqların tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa , habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin iddiaçının himayəsində olan uşaqların tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının cavabdehin qazancı barədə heç bir sübut təqdim edə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(019)-678/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 07.05.2014-cü ildə anadan olmuş X5 və 11.01.2019-cu ildə anadan olmuş Əliyev Fərman Ramil oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı qızına verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh 58,40 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X8” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Eyni zamanda 50 manat mediasiya xərcini İddiaçı qızı ödədiyindən Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat alınıb İddiaçı ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(019)-678/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 07.05.2014-cü ildə anadan olmuş X5 və 11.01.2019-cu ildə anadan olmuş Əliyev Fərman Ramil oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat,cəmi 320 (üç yüz iyirmi ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat alınıb İddiaçı və 58,40 manat dövlət rüsumu xərci alınıb dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-118/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-118/2022
06.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver