Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-122/2021 30.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2500 (iki min beş yüz) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafəi edib, onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Cavabdeh ilə uzun müddətdir ki ailəvi münasibətləri olmuşdur. Cavabdeh ondan 2015-ci il ərzində ayrı-ayrı vaxtlarda 2 dəfə 300 (üç yüz) manat, bir dəfə 400 manat, bir dəfə 500 manat, bir dəfə də 1500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 3000 (üç min) manat borc götürmüşdür. Hətta həmin borc pulun 1500 (bir min beş yüz) manat hissəsini bankdan kredit götürməklə Şahinə borc olaraq vermişdir. Cavabdeh 3000 (üç min) manat borcun 500 (beş yüz) manat hissəsini 2019-cu ilin yanvar ayında qaytarmış, lakin yerdə qalan 2500 (iki min beş yüz) manat hissəsini 1 (bir) ilə yaxın müddətdir ki, tələb etməsinə baxmayaraq ödəmir. Cavabdeh onun banka olan 260 manat borcunu ödəmişdir. Cavabdeh bankdan götürərək borc verdiyi 1500 (bir min beş yüz) manat pulu Cavabdeh ödəmədiyi üçün qızıl-zinət əşyalarını sataraq ödəmişdir. Faktik olaraq cavabdehin ona olan borcu daha çoxdur, lakin, o hazırda 2500 (iki min beş yüz) manatı tələb edir. Məsələ ilə bağlı hətta 2019-cu ilin yanvar ayında Azərbaycan Repsublikası Daxili İşlər Nazirliyi, Balakən Rayon Polis Şöbəsinə müraciət etmiş, ancaq 14 yanvar 2019-cu il tarixli, 109-204M-3219 nömrəli məktubla məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydadla xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına təkrarən gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, oğlu-iş üzrə Cavabdeh fərdi əməklə məşğuldur və fəhlə işləyir. İddiaçı tanıyır. Uzun müddət əvvəl eşitmişdir ki, oğlu Şahin İddiaçı işi ilə bağlı Gürcüstan Respublikasına getməkdən ötrü 260 manat borc götürmüşdür. Həmin dövürdə oğlunun maddi vəziyyəti pis olduğu üçün İddiaçın borcu özü ödəmək qərarına gəlmiş və bu barədə Sevdaya dedikdə oğlunun borcunun əvəzinə onun banka olan 260 (iki yüz) manat borcunu ödəməsini ona bildirmişdir. O isə öz növbəsində İddiaçı banka olan 260 (iki yüz) manat borcunu şəxsən özü ödəmişdir. Qallacov X1 Sevda Yusif qızı ilə bir yerdə ər-arvad kimi yaşamış və qazandıqlarını bir yerdə xərcləmişlər. Cavabdeh İddiaçı heç bir borcu yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 400 manata yaşıl rəngli 06 markalı avtomaşını təxminən 2015-ci ilin axırlarında almışdır. Avtomaşının nömrəsini də dəqiq bilmir, deyəsən həmin nömrə 10-507-dir. Cavabdeh İddiaçı nə qədər borc pul almasını və nə qədər borcunun olmasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 qızı ifadəsində bildirmişdir ki, iş üzrə Cavabdeh tanıyır. Anası- iş üzrə İddiaçı Cavabdeh pul verməsinin dəfələrlə şahidi olmuşdur. Amma İddiaçı Cavabdeh nə qədər borc pul verməsini bilmir. Cavabdeh anası-iş üzrə İddiaçı olan ümumi borcu 3500 (üç min beş yüz) manat olmuşdur. İddiaçı hər dəfəsində Cavabdeh borcunu qaytarmasını tələb etdiyi zaman, Şahin özünə məxsus avtomobili satıb borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, İddiaçı və Cavabdeh tanıyır və onların münasibətindən məlumatlıdır. İddiaçı və cavabdeh bir dəfə ondan onları, Cavabdeh səhhətinəki problemi müayinə və müalicə etmək məqsədi ilə Gürcüstan Respublikasının Tibilisi şəhərində yerləşən tibb müəssisələrindən (xəstəxanalardan) birinə aparmalarını xahiş etmişdir. O, iddiaçı və cavabdehi Gürcüstan Respublikasının Tibilisi şəhərində yerləşən tibb müəssisələrindən (xəstəxanalardan) birinə aparmışdır. Həmin vaxt Cavabdeh müayinə və müalicəsi ilə bağlı bütün xərcləri İddiaçı çəkmişdir. Amma İddiaçı Mustafa qızının həmin vaxt nə qədər xərc çəkməsini bilmir. Cavabdeh özünə məxsus VAZ 2107 markalı avtomobili İddiaçı verməsindən xəbəri yoxdur. Bildiyi qədəri ilə Cavabdeh əvvəlki maşınını özü satıb. İş materiallarında olan Azərbaycan Repsublikası Daxili İşlər Nazirliyi, Balakən Rayon Polis Şöbəsi tərəfindən İddiaçı göndərilmiş 14 yanvar 2019-cu il tarixli, 109-204M-3219 nömrəli məktubdan görünürü ki, onun 04 yanvar 2019-cu il tarixdə Balakən RPŞ-yə ünvanladığı şikayət ərizəsi araşdırılmış və müraciətdə göstərilən xüsusatların araşdırılması məhkəmənini səlahiyyətinə aid olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Repsublikası Daxili İşlər Nazirliyi, Balakən Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 12 mart 2021-ci il tarixli, 109-5773-1221 nömrəli məktubdan görünürü ki, İddiaçı Balakən RPŞ-də araşdırma materialı qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Repsublikası Daxili İşlər Nazirliyi, Balakən Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 30 mart 2021-ci il tarixli, 109-7171-1221 nömrəli məktubdan görünür ki, İddiaçı Balakən RPŞ-yə rəsmi qaydada etdiyi müraciət yoxdur. İş materiallarından həmçinin görünür ki, İddiaçı iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı Cavabdeh ondan 2015-ci il ərzində ayrı-ayrı vaxtlarda 2 dəfə 300 (üç yüz) manat, bir dəfə 400 manat, bir dəfə 500 manat, bir dəfə də 1500 (bir min beş yüz) manat olmaqla ümumilikdə 3000 (üç min) manat borc götürdüyünü və hazırd ona 2500 (iki min beş yüz) manat borcu qaldığını iddia etsə də, həmin halları sübut edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş üzrə dindirilən şahidlər də Cavabdeh İddiaçı 3000 manat borc almasını və hazırda 2500 manat borclu qalmasını təsdiq etməmişlər. İş üzrə şahid qismində dindirilmiş iddiaçının qızı Şahid4 qızı İddiaçı Cavabdeh nə qədər borc pul verməsini bilmədiyini, amma Cavabdeh İddiaçı olan ümumi borcunun 3500 manat olduğunu bildirmişdir ki, məhkəmə də digər şahid ifadələri ilə yanaşı onun ifadəsini də mötəbər sübut kimi qəbul etmir. Belə ki, X2 cavabdehin ondan ümumilikdə 3000 manat borc aldığını bildirdiyi təqdirdə, Şahid4 Cavabdeh anası İddiaçı 3500 manat borcunun olduğunu, bu zaman Cavabdeh İddiaçı nə qədər pul borc almasını bilmədiyini bildirmişdir. Belə olan halda Şahid4 qızının ifadəsində göstərdiyi məlumatların həqiqiliyi şübhə doğurur. İş üzrə Şahid2 ifadəsində Cavabdeh İddiaçı qədər borc almasını və nə qədər borcunun olduğunu bilmədiyini qeyd etmiş, iş üzrə digər Şahid3 da ifadəsində iddiaçı və cavabdehi Gürcüstan Respublikasının Tibilisi şəhərində yerləşən tibb müəssisələrindən (xəstəxanalardan) birinə aparan zaman Cavabdeh müayinə və müalicəsi ilə bağlı İddiaçı həmin vaxt nə qədər xərc çəkməsini bilmədiyini göstərmişdir. Şahid1 isə oğlu Cavabdeh İddiaçı heç bir borcunun olmadığını bildirmişdir. Göründüyü kimi, göstərilən şahid ifadələri iddia tələbinin əsaslandırıldığı halları sübut etmir və ona görə də məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul olunmur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Yuxarıda istinad olunan qanun normalarının tələbindən görünür ki, hazırki işdə İddiaçı Cavabdeh ondan 2015-ci il ərzində ayrı-ayrı vaxtlarda 2 dəfə 300 (üç yüz) manat, bir dəfə 400 manat, bir dəfə 500 manat, bir dəfə də 1500 (bir min beş yüz) manat olmaqla ümumilikdə 3000 (üç min) manat borc götürdüyünü və hazırd ona 2500 (iki min beş yüz) manat borcu qaldığını iddia etsə də, həmin halları sübut edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş və iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanunun tələbinə görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunanlar bu iddia tələbinin tamamilə əsassız olmasını göstərir. Məhkəmə İddiaçı izahatını və şahidlərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı 2500 (iki min beş yüz) manat pul tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin iddia təmin olunmadığı üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı Cavabdeh qarşı 2500 (iki min beş yüz) manat pul tələbinə dair iddiası təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-122/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-122/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver